Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1749/2023 02.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 258 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh lərəFındən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(027)-630/2023 saylı qətnaməsi ilə İddiaçı MMCnin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 2617.54 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X3 tərəfindən inzibati qaydada cərimə olunmuşdur. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağdıkalrdan ibarətdir: EQ 10680594 saylı protokola görə 9 manat; EQ 10680568 saylı protokola görə 9 manat; EQ 10680575 saylı protokola görə 18 manat; EQ 10680576 saylı protokola görə 9 manat; EQ 10680578 saylı protokola görə 9 manat; EQ ******* saylı protokola görə 9 manat; EQ 10680564 saylı protokola görə 36 manat; EQ 10680562 saylı protokola görə 9 manat; EQ 10680555 saylı protokola görə 9 manat; EQ 10680552 saylı protokola görə 45 manat; İXP ******* saylı protokola görə 96 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 258 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər. İddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X2 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsindən və müqavilənin ayrılmaz tərkib nissəsi olan Lizinq ödənişləri cədvəlindən görünür ki, “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220583 ban nömrəli, gümüşü rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, sonuncu illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür; İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 630/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh 21 iyul 2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 1055,54 manat əsas, 512 manat mükafat, 100 manat cərimə pulu və 950 manat dəymiş zərər olmaqla, ümumilikdə 2617,54 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 49,96 manat İddiaçı MMC-nin xeyrinə tutulmasəı qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə İddiaçı MMC-yə yaranmış borcun 7 gün ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Elektron portalından əldə olunmuş çıxarışa əsasən Cavabdeh EQ 10680594 saylı protokola görə 9 manat; EQ 10680568 saylı protokola görə 9 manat; EQ 10680575 saylı protokola görə 18 manat; EQ 10680576 saylı protokola görə 9 manat; EQ 10680578 saylı protokola görə 9 manat; EQ ******* saylı protokola görə 9 manat; EQ 10680564 saylı protokola görə 36 manat; EQ 10680562 saylı protokola görə 9 manat; EQ 10680555 saylı protokola görə 9 manat; EQ 10680552 saylı protokola görə 45 manat; İXP ******* saylı protokola görə 96 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh barəsində olan protokollar üzrə cərimələr ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30,40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli MAS-2557 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmiş, həmin müddətdə Cavabdeh barəsində inzibati xəta haqqında protokol və qərarlar tərtib olunmuş, həmin qərarlarda nəzərdə tutulmuş cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh Cavabdeh 258 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cababdeh Cavabdeh 258 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1749/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1749/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver