Məhkəmə qərarları › İş №2(027)-1750/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1750/2023

30.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1750/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnisə Tahir qızı və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət sənədinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnizə Tahir qızı və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli aktın, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın 0.80 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnizə Tahir qızı və İddiaçı4 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli aktın, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın 0.80 ha hissəsində etibarsız hesab edilməsi; 0.80 ha bağ sahəsindəki tikilinin cavabdehlərin hesabına sökülməsi, JN 0027 kod 30301004 nömrəli torpağ mülkijyət hüququna dair Dövlət Aktı əsasında 0.80 ha bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması; cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən müştərək 100 (bir yüz) manat məbləğində məhkəmə rüsumu alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. 30 oktyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçılar, cavabdehlər və ya onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnizə Tahir qızı və İddiaçı4 Tahr oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli aktın, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın 0.80 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad iddiaçılar tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar