Məhkəmə qərarları › İş №2(027)-1757/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1757/2020

16.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1757/2020 16.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 və cavabdehlər X1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Abdullayev (Qafarov) Taleh İntiqam oğlu və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması,ona məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması tələbinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Abdullayev (Qafarov) Taleh İntiqam oğlu və Cavabdeh2 qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Seriya RX ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba şəhəri İspik yolu yaşayış massivi ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X9 iddianı müdafiə edərək göstərdi ki, Quba şəhəri İspik yolu yaşayış massivi ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Seriya RX ******* saylı Çıxarışa əsasən İddiaçı məxsusdur. Həmin torpaq sahəsinin sərhədində X11 Təsərrüfatı mərkəzinin xidməti evi yerləşir. Həmin evdə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayında İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus torpaq sahəsi mişar daşından hasara almaq istədikdə cavabdehlər İddiaçı tikinti işləri aparmağa maneələr yaradaraq, torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər və şər böhtan edərək hədələmişlər. Bundan sonra İddiaçı torpaq sahəsinin dəqiq ərazisinin göstərilməsi üçün DƏDRX-ə ərizə ilə müraciət etmiş, ərizəsi əsasında torpaq sahəsinə baxış keçirmək üçün DƏDRX-dan mütəxəssislər gəlsələr də, cavabdehlər mütəxəssislərə ölçmə işlərinin aparılmasına maneələr yaradaraq, özlərini yandıracaqları ilə hədələmişlər. DƏDRX-nm mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, torpaq sahəsinin daş hasarla hasarlanmış 0,41 ha hissəsi və hasara alınmamış digər 0,12 ha hissəsi yerində İddiaçı tanıdılmışdır. Bu fakt iddia ərizəsinə əlavə etdiyi DƏDRX-nm xx xxxxxx 2020-ci il tarixli məktubu ilə də təsdiq olunur. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin X11 Təsərrüfatı Mərkəzinin xx xxxx 2020-ci il tarixli 341 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı torpaq sahəsinin planı və ölçüsünün əsas döngə koordinatları vurularaq X11 X2 Fondu torpaqlarına heç bir aidiyyəti olmadığı müəyyən olunmuş və ərazi Meşə quruluşu xəritələrində qeyd olunmamışdır. Cavabdehlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin təqsiri üzündən həmin torpaq sahəsindən istifadə edə bilmir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Seriya RX ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Quba şəhəri İspik yolu yaşayış massivi ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X1 iddanı qəbul etməyərək göstərdi ki, o, 20 ildir ki, mübahisə predmeti olan ərazinin yanında yerləşən X11 Təsərrüfatı mərkəzinin xidməti evində yaşayır.Mübahisəli torpaq sahəsinə dair onda hüquqmüəyyənedici sənədi yoxdur.İddiaçı həmin torpaq sahəsini qanunsuz yollar ilə əldə etmişdir. Onlara qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddanı qəbul etməyərək göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsi meşə zolağında yerləşdiyi üçün Meşə Fondu torpaqlarına aiddir.Onların mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yoxdur.İddiaçı həmin torpaq sahəsini qeyriqanuni yollarla əldə etmişdir. Göstərilənləri nəzərə alaraq, onlara qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X4 və cavabdehlər X1 və Cavabdeh2 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Quba şəhər üzrə icra nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 2254 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* nömrəli Çıxarışdan görünür ki, Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olanAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin X11 Təsərrüfatı Mərkəzinin xx xxxx 2020-ci il tarixli 341 saylı məktubundan görünür ki, İddiaçı torpaq sahəsinin planı və ölçüsünün əsas döngə koordinatları vurularaq X11 X2 Fondu torpaqlarına heç bir aidiyyəti olmadığı müəyyən olunmuş və ərazi Meşə quruluşu xəritələrində qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 xx.xx.2020-ci il tarixli **********71 nömrəli məktubundan görünür ki, Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin daş hasarla hasarlanmış 0,41 ha hissəsi və hasara alınmamış digər 0,12 ha hissəsi yerində İddiaçı tanıdılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmzadır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı özünə məxsus torpaq sahəsini hasara almaq istəyir, lakin cavabdehlər ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermirlər. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadəsinə maneələr yaradıldığı üçün iddiaçı ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını haqlı olaraq tələb edir. Cavabdehlər isə həmin ərazinin onlara aid olduğu bildirərək, iddiaçının hərəkətlərinin qarşısının almaları faktını inkar etmirlər. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Seriya RX ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlərX1 və Cavabdeh2tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsi cavabdehlər X1 və Cavabdeh2qanunsuz sahibliyindən geri alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı məxsus Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər X1 və Cavabdeh2tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və Cavabdeh2qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar