Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1758/2020 21.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair» ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 xx.xx.1957-ci ildə Quba rayonu, Timiryazev kəndində anadan olmuşdur. X2, anaları X10r. X4 1978-ci ildə X3 şəhərinə getmiş, həmin vaxtdan qardaşı ilə əlaqələri kəsilmişdir. O, qardaşını axtarmağa cəhdlər etmişdir. Belə ki, bununla bağlı Quba rayon Polis şöbəsi tərəfindən Rusiya Federasiyasının DİO-na müvafiq sorğu məktubları göndərilmiş, axtarış tədbirləri həyata keçirilmiş, lakin bugünədək qardaşı Əzizdən heç bir xəbər yoxdur. Uzun illərdir ki, qardaşı itkin düşmüş və bugünə kimi onu görən və barəsində nəsə eşidən olmamışdır. X1 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, şöbənin xx.xx.2020-ci il tarixli 508 nömrəli məktubu ilə ona bu barədə imtina verilərək, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qardaşının ölmüş elan edilməsi onlara vərəsəlik məsələsinin həlli üçün lazımdır. Qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1957-ci ildə Quba rayonu, Timiryazev kəndində anadan olmuş X1 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və bildirdi ki, xx.xx.1957-ci ildə Quba rayonu, Timiryazev kəndində anadan olmuş X4 1978-ci ildə X3 şəhərinə getdikdən sonra ilk vaxtlardan ondan xəbər gəlirmiş. Lakin artıq 20-30 ildirdir ki, qardaşından heç bir xəbər yoxdur. Qardaşının yerinin məlum olmamasını məhkəməyə təqdim etdiyi bir çox arayışlar təsdiq edir. Qardaşının yaşadığı yerdə olmaması səbəbindən vərəsəlik işi aça bilmirlər. Qardaşının axtarılması ilə bağlı 2020-ci ilin sentyabr ayında Quba RPŞ-müraciət etmiş, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əzizova (Məmmədova) X8 Allahqulu Rəcəb oğlu ilə X7 birgə nikahından doğulub; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi Quba rayonu, Timiryazev kəndində yaşayır; Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 508 nömrəli məktubundan görünür ki, X6 ölümünün qeydə alınması ilə bağlı imtina verilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1957ci il təvəlldülü X11 qohumları ilə əlaqələri itirilmiş şəxs kimi axtarışa verilmiş və hazırda Əziz Əzizovun tapılması üçün axtarış tədbirləri davab etdirilir; Quba rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, X12 xx.xx.2020-ci il tarixli müraciəti əsasında xx.xx.1957-ci il təvəlldülü X6 axtarışı ilə əlaqədar Rusiya Federasiyasının DİO-na müvafiq sorğu məktubları göndərilmiş, axtarış tədbirləri həyata keçirilmişdir; Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 144 nömrəli arayışında göstərilir ki, X11 2000-ci ildən hal-hazıradək Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində yaşamamış və onun harada olması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi iddia tələbinin əsası kimi X1 1978-1979-cu illərdə Rusiya Federasiyasına getməsi və bugünədək Azərbaycan Respublikasına geri qayıtmamasını göstərir. Həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, o, qardaşının axtarılması ilə bağlı Quba RPŞ-nə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və bu vaxtdan 14 gün sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçının təqdim etdiyi digər sənədlərdə X6 2000-ci ildən Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində yaşamadığı, onun barəsində Quba RİH başçısının Alekseyevka kənd inzibati dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında heç bir məlumat olmadığı göstərilir. Lakin, bu məlumatlar heç də X6 ölmüş elan edilməsi üçün əsas ola bilməz. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun ölmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs yaşayış yerini tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırki halda 5 il ərzində real hərəkətlər həyata keçirilməlidir. İddiaçının təqdim etdiyi sübutlarla X5 beş il ərzində axtarılması təsdiq edilmir. İddiaçının deməsinə görə, Əziz Əzizov 1978-1979-cu illərdə Azərbaycan Respublikasını tərk edib Rusiya Federasiyasına getmişdir (halbuki, buna dair də heç bir mötəbər sübut işdə mövcud deyildir). Lakin, Əziz Əzizovun həmin vaxtdan Rusiya Federasiyasında yaşaması qəbul edilsə belə, bu onun ölmüş hesab edilməsinə dəlalət etmir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət ətmək üçün əsası yalnız Quba RPŞ-nə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən beş il keçdikdən sonra yarana bilər. Daha dəqiq desək, ölmüş elan edilməli olan şəxsin qohumları tərəfindən Quba RPŞ-nə xx.xx.2020-ci il tarixdə müraciət edilmiş və ancaq bundan sonra axtarış tədbirləri həyata keçirilməyə başlamışdır. Bu da onu göstərir ki, ərizəçidə qardaşı X18 Federasiyasına getməsi barədə məlumat olsa da, sonuncunun qanunla nəzərdə tutulmuş qaydada son beş il ərzində nə ölkə ərazisində, nə də ki Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyası çərçivəsində Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair» ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1758/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1758/2020
21.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver