Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-176/2022 21.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı hüquqi varisi X3, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı hüquqi varisi X4 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı hüquqi varisi X3 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı ərizədə göstərmişdi ki, Quba rayonu Paşaoba kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,3808 ha torpaq sahəsi mülkiyyət hüququ ilə onlara məxsusdur. Hazırda cavabdeh mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq istifadə etməkdədir. Bununla da onlar mülkiyyət hüquqlarından faktiki olaraq məhrum ediliblər. Onlar cavabdehə torpaq sahəsindən çıxması barədə dəfələrlə müraciət və xəbərdarlıqlar etmələrinə baxmayaraq o, özbaşınalığını davam etməkdədir və bu səbəbdən Cavabdeh mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsindən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən heç bir torpaq sahəsi zəbt edilməyib, Torpağa Mülkiyyət Hüququna Dair JN-0505 KOD 30310038 nömrəli Dövlət Aktına əsasən alqı-satqı müqaviləsinə əsasında Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 6.21 ha torpaq sahəsi ona məxsusdur. Qeyd edilən torpaq sahəsi naturada göstəriləndən azdır. Dövlət Aktının hansı səbəbdən rəsmi qaydada qeydiyyata alınmaması və arxiv sənədlərində olmaması barədə məlumatı yoxdur. Lakin o, uzun müddətdir ki, həmin torpaqdan istifadə edir və ona həmin müddət ərzində torpaq sahəsi ilə bağlı iddia irəli sürülməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1.3808 ha torpaq sahəsi ½ hisədə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ ******* seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X4 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixində Quba rayonu, Çiçi İƏDsi üzrə nümayəndəliyində nikah bağlanmış, nikah haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 231385 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 892 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş V-232/2022 vərəsəlik işi üzrə 2V-849 reyestr nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” nə əsasən xx.xx.2021-ci il tarixində vəfat etmiş İddiaçı vərəsələri, əri- ünvan 1i ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1.3808 ha torpaq sahəsindən İddiaçı çatan ½ hisədən ibarət olan əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan JN:505 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X8 görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 22 mart 2021-ci il tarixli, 4ə-1/-38-39 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 1.3808 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Lakin İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş və iş üzrə icraat hüquqi varis müəyyən edilənə kimi dayandırılmışdır. X1 Ziyafət Nurəddin qızının hüquqi varisi müəyyən edildikdən sonra onun ərizəsinə əsasən iş üzrə icraat təzələnərək baxılmışdır. İddiaçı X4 Cavabdeh mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsindən çıxarılmasını xahiş edib. Cavabdeh tərəf Cavabdeh iddianı qəbul etməyərək, onun tərəfindən heç bir torpaq sahəsinin zəbt edilmədiyini və Torpağa Mülkiyyət Hüququna Dair JN-0505 KOD 30310038 nömrəli Dövlət Aktına əsasən alqı-satqı müqaviləsi əsasında Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 6.21 ha torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, ona qarşı verilmiş iddianın rədd edilməsini xahiş edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: İddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir, ilk növbədə məhkəmə iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışda göstərilən Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 1,3808 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışda göstərilən Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 1,3808 ha torpaq sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-176/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-176/2022
21.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver