Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1764/2020 18.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Məlikova(Baxşıyeva) Böyükxanım Nadir qızının iştirakı ilə Ərizəçi maraqlı şəxslər Həsənova (Baxşiyeva) Xatirə Nadir qızı, Maraqlı şəxs2 və Məlikova(Baxşıyeva) Böyükxanım Nadir qızına və Quba rayon Qeydiyyat şöbəsinə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Baxşiyeva Qələnfir Əlövsət qızı və X2 o, Ərizəçi anası və atası olması, eləcə də, X5, Maraqlı şəxs2, Baxşiyeva Böyükxanım Nadir qızı, X6 və ilə o, Ərizəçi ataları X3 və anaları Baxşiyeva Qələnfir Əliövsət qızı olmaqla bacı-qardaş olmalarına dair qohumluq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, valideynləri- X3 ilə Baxşiyeva (Heydərova) Qələnfir Əliövsət qızı xx xxxx 1960-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından uşaqları-xx xxxx 1964-cü il tarixdə Xatirə, xx xxxxxxx 1965-ci il tarixdə Təvəkkül, xx xxxxxx 1969-cu il tarixdə Böyükxanım, xx xxxx 1970-ci il tarixdə Xanım və xx xxxxxx 1971-ci il tarixdə mən- Seyfəddin doğulmuşlar. X1 xx xxxxxxx 1995-ci il tarixdə, anası Baxşiyeva Qələnfir Əliövsət qızı xx xxxxxx 2020-ci il tarixdə, bacısı Baxşiyeva Xanım Əliövsət qızı xx xxxxx 2004-cü il tarixdə vəfat etmişlər. Bildirir ki, atasının soyadı Baxşiyev olmuş, anası Qələnfir atası ilə rəsmi nikaha daxil olarkən onun soyadı olan Baxşiyeva soyadını qəbul etmişdir. Bacıları və qardaşının da soyadları Baxşıyev olmaqla doğum haqqında şəhadətnamələrində soyadları Baxşiyev, ata və ana qrafalarında valideynlərin soyadı Baxşiyev kimi qeyd edilmişdir. Lakin onun doğum haqqında şəhadətnasində soyadı Baxışov, ana və ata qrafasmda valideynlərinin soyadları da Baxşiyev əvəzinə Baxışov kimi qeyd olunmuşdur. Hansı ki, X3 və Baxşiyeva Qələnfir Əlövsəl qızı onun doğma valideynləridir. Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 1856 saylı arayışından görünür ki, anası Baxşiyeva Oələnfir Əliövsət qızı vəfat edənədək oğlu olaraq onunla bir ailədə yaşamışdır. Hazırda anası Baxşiyeva Qələnfir Əliövsət qızından miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakını vərəsəlik üzrə öz adına rəsmiləşdirmək istəyir. Lakin onun Baxışov soyadı ilə valideynlərinin Baxşiyev soyadı uyğun gəlmədiyindən vərəsəliyi həll etdirə bilmir. Bunun üçün Baxşiyeva Qələnfir Əlövsət qızının və X2 o, Ərizəçi anası və atası olması, eləcə də, X5, Maraqlı şəxs2 və Baxşiyeva Böyükxanım Nadir qızının o, Ərizəçi atası Pıxşıy v Nadir Seyfəddin oğlu ilə və anası Baxşiyeva Qələnfir Əliövsət qızı olmaqla bacı- qardaş olmağına dair qohumluq faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur. Bu fakt şahidlərlə də təsdiq olunur.Göstərilənləri nəzərə alaraq, Baxşiyeva Qələnfir Əlövsət qızının və X2 o, Ərizəçi anası və atası olması, eləcə də, X5, Maraqlı şəxs2, Baxşiyeva Böyükxanım Nadir qızı, X6 və o, Ərizəçi ataları X3 və anaları Baxşiyeva Qələnfir Əliövsət qızı olmaqla bacı-qardaş olmaqlarına dair qohumluq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Maraqlı şəxs2 ərizəni qəbul edərək, ərizənin təmin edilməsi baradə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Məlikova(Baxşıyeva) Böyükxanım Nadir qızı ərizəni qəbul edərək, ərizənin təmin edilməsi baradə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 1856 nömrəli xx.xx.2020-ci il tarixli arayışın surətində Ərizəçi X1 xx.xx.1995-ci ildə, anası Baxşiyeva Qələnfir Əliövsət qızı xx.xx.2020-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra aşağıda adları göstərilən Maraqlı şəxs2, Həsənova (Baxşiyeva) Xatirə Nadir qızı, Ərizəçi və Maraqlı şəxs3 vərəsələri qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Baxşiyeva Qələnfir Əlövsət qızı və X2 Ərizəçi anası və atası olması faktı, X5, Maraqlı şəxs2, Baxşiyeva Böyükxanım Nadir qızı, X4 və Ərizəçi ataları X3 və anaları Baxşiyeva Qələnfir Əliövsət qızı olmaqla bacıqardaş olmaqlarına dair qohumluq faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Baxşiyeva Qələnfir Əlövsət qızı və X2 Ərizəçi anası və atası olması faktı və X5, Maraqlı şəxs2, Baxşiyeva Böyükxanım Nadir qızı, X6 və Ərizəçi ataları X3 və anaları Baxşiyeva Qələnfir Əliövsət qızı olmaqla bacı-qardaş olmalarına dair qohumluq faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1764/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1764/2020
18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver