Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1774/2020 22.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz zəbt olunmuş torpaqdan çıxarılması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz zəbt olunmuş torpaqdan çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan 0,22 ha torpaq sahəsindən cavabdehlərin çıxardılması və 0,22 ha torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə etməmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 150.0.1 və 150.0.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı şəxs məhkəmədən “onun adına olan 0,22 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və 0,22 ha torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə etməmələri barədə qətnamə qəbul edilməsini” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələb aydın ifadə edilməmiş, cavabdehlərin hansı ünvanda yerləşən torpaq sahəsindən çıxsrılması ümumiyyətlə açıqlanmamışdır. Həmçinin iddia ərizəsinin qoşmasında ərizəyə əlavə edilmiş sənədlərin sırasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-474/02018 saylı hökmünün əlavə edilməsi qeyd edilsə də, faktiki olaraq həmin sənəd zərfdən aşkar edilməmişdir. Eyni zamanda iddia ərizəsi qanunla müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edilməklə işdə iştirak edən şəxslərin adları (Cavabdeh2) tam şəkildə qeyd olunmamış, onların poçt ünvanları göstərilməmişdir. Bununla yanaşı, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Nəhayət, cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlərin surətləri cavabdehlərə verilməsi üçün iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz zəbt olunmuş torpaqdan çıxarılması tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada hazırkı iddia tələbi ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz zəbt olunmuş torpaqdan çıxarılması tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1774/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1774/2020
22.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver