Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1788/2020 24.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1,Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1,Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi ərizəsində mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbini üzrlü sayılaraq uzadılmasını xahiş etmişdir. Müddətin pərpa edilməi xüsusi icraat qaydasında deyil ümumi icraat qaydasında baxılmalıdır.. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən edilmiş ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirir və Azərbaycan MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edirəm ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1,Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1,Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1788/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1788/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver