Məhkəmə qərarları › İş №2(027)-179/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-179/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-179/2021 29.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ilə 21 iyun 2013-cü il tarixdə Susay İƏD üzrə icra nümayəndəliyi tərəfindən bağlanmış 03 nömrəli nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş 17.10.2014-cü il təvəllüdlü X7, 17.01.2018-ci il təvəllüdlü X3 və 17.10.2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılması və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birgə nikahlarını 21 iyun 2013-cü il tarixdə rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından 17 oktyabr 2014-cü il tarixdə X7 və X6 adlı əkiz və 17 yanvar 2018-ci il tarixdə X8 adlı övladları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Belə ki, cavabdeh və anası ona işgəncə vermiş, daim onu döymüş, onunla kobud rəftar etmişlər. Bir müddət bundan əvvəl Cavabdeh, Elcan adlı oğlu ilə birlikdə onu evdən qovmuş, digər uşaqlarını ona verməmişlər. O, oğlu X8 ilə birlikdə hal-hazırda valideynlərinin yanında qalır. X1 və X6 Cavabdeh ilə birlikdə qalır. Halbuki cavabdehlə qalan uşaqları da onunla birlikdə qalmaq istəyirlər. Cavabdeh və anası uşaqlarını daim qorxu və təzyiq içində saxlayaraq onları onunla gəlməyə qoymur. Hazırda cavabdehlə nikahları formal xarakter daşıyır. Ona görə də cavabdehlə nikahlarından doğulmuş X1, X6 və X3 onun yanında qalmasını təmin etməklə aralarında bağlanmış nikahın pozulması qərarına gəlmişdir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, məhkəmə iclasına gəlmiş tərəflər nikahın pozulmasına təkid etmişlər. İddiaçı və onun nümayəndəsi vəkil X10 məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qismən qəbul edərək, nikahın pozulmasına etiraz etmədiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, 17 oktyabr 2014-cü il təvəllüdlü X4 və 17 oktyabr 2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılmasını, 17.01.2018-ci il təvəllüdlü X3 iddiaçının yanında qalmasına etiraz etmədiyini və halhazırda iddiaçıda aliment tələbinin olmadığını qeyd edərək, iddianın həmin hissə də təmin edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, bir-birlərinə qarşı aliment tələblərinin olmadığını bildirmişlər. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnaməyə əsasən tərəflər 21.06.2013-cü il tarixində nikah bağlamış, bu nikah Quba rayonu, Susay İƏD icra nümayəndəliyi tərəfindən həmin tarixli, 03 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materialları ilə müəyyən olunur ki, tərəflərin nikahından 17 oktyabr 2014-cü il təvəllüdlü X7, 17 oktyabr 2014-cü il təvəllüdlü X6 və 17.01.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 18.01.2021-ci il tarixli rəyindən görünür ki, 17 oktyabr 2014-cü il təvəllüdlü X4 və 17 oktyabr 2014cü il təvəllüdlü X2 ataları Cavabdeh yanında, 17.01.2018-ci il təvəllüdlü X3 isə anası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Psixoloji ekspertizasının 31.05.2021-ci il tarixli, 11/108 saylı ekspert rəyindən görünür ki, İddiaçı və Cavabdeh fərdi-psixi xüsusiyyətlərində uşaqların emosional-irad sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmamışdır. 17 oktyabr 2014-cü il təvəllüdlü X4 və 17 oktyabr 2014-cü il təvəllüdlü X2 hazırda ataları Cavabdeh qarşı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müşahidə olunmaqla, anaları İddiaçı qarşı bağlılıqları müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ona görə də məhkəmə hesab edir ki, nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 18.01.2021-ci il tarixli rəyini və Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Psixoloji ekspertizasının 31.05.2021-ci il tarixli, 11/108 saylı ekspert rəyini məhkəmə nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 17 oktyabr 2014-cü il təvəllüdlü X7 və 17 oktyabr 2014-cü il təvəllüdlü X6 cavabdehin, 17.01.2018-ci il təvəllüdlü X8 isə iddiaçının yanında qalmalıdır. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. İş materillarında olan ərizədən görünür ki, tərəflər bir-birindən aliment tələb etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə 21.06.2013-cü il tarixdə Quba rayonu, Susay İƏD üzrə icra nümayəndəliyində bağlanmış 03 nömrəli nikah qeydi pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 17 oktyabr 2014-cü il təvəllüdlü X7 və 17 oktyabr 2014-cü il təvəllüdlü X6 atası Cavabdeh, 17.01.2018-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsinə verilsin. Tərəflərin bir-birindən alimentlə bağlı tələblərinin olmadığı nəzərə alınsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar