Məhkəmə qərarları › İş №2(027)-1790/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1790/2020

24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1790/2020 24.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı ata adında düzəliş edilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Ərizəçi Cavabdeh Maraqlı şəxsnə qarşı ata adında düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Ərizəçi məhkəməyə təqdim etdiyi iddia ərizəsində atasının adının “Şixbala”dan “Şahbala” ya düzəliş edilməsini və ölüm haqqında şəhadətnamə, pasport, şəxsiyyət vəsiqəsi xx.xx.2014-cü il tarixli arayışda atasının adının Şahbala kimi göstərilməsini xahiş etmişdir. Hesab edirəm ki, hazırki tələbə xüsusi icraat qaydasında baxılmalıdır.. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə, göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə məhkəmələr işə baxır. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən edilmiş ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirir və Azərbaycan MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edirəm ki, iddiaçı Ərizəçi Cavabdeh Maraqlı şəxsnə qarşı ata adında düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçı Ərizəçi iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra xüsusi icraat qaydasında ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Ərizəçi Cavabdeh Maraqlı şəxsnə qarşı ata adında düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi izah edilsin ki, iddia ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra xüsusi icraat qaydasında ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar