Məhkəmə qərarları › İş №2(027)-1791/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1791/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1791/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Quba şəhəri Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzilə pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Quba şəhəri, Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Quba şəhəri Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olmuş, mən həmin mənzili 14 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin şəxslərdən satın almış və onun həmin mənzilə dair mülkiyyət hüququ 04.08.2015-ci il tarixli Seyira RX 0”02418 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Alqısatqı müqaviləsi bağlanarkən satıcıların hər üçü 24.07.2015-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmaq barədə üzərlərinə öhdəlik götürmüşlər. Lakin, həmin şəxslər indiyədək ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Halbuki, o həmin mənzili satın aldıqdan sonra həmin şəxslər oradan çıxmışlar və artıq uzun müddətdir ki, başqa ünvanda yaşayırlar. Hal-hazırda həmin mənzildə həmin şəxslərə aid heç bir əşya yoxdur. Bununla da həmin şəxslərin həmin mənzilə qeydiyyatları formal xarakter daşıyır, mənimlə onunla alqı-satqı müqaviləsini bağlamaqla həmin şəxslərin mənzilə dair mülkiyyət hüququları ona keçmiş, mülkiiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququları da isə itirilmişdir. Həmin şəxslərin hal-hazırda formal olaraq ona məxsus mənzildə qeydiyyatda qalmaları isə mülkiyyətçi kimi onun hüquqlarını pozur və məhdudlaşdırır. Belə ki, o, həmin mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ona görə o, mənzilə dair əlavə kommunal və digər xərclər ödəməli olur. Bundan basqa, artıq cavabdehlərin özlərinin başqa yaşayış sahəsi vardır. Beləliklə, cavabdehlər özlərinə məxsus mənzili ona satmaqla həmin mənzilə dair mülkiyyət, o cümlədən mülkiyyət hüququnun tərkib elementi olan istifadə hüquqları itirildiyindən, özlərinə başqa daimi yaşayış sahəsi seçdiklərindən, hazırda həmin mənzildə onlara aid heç bir əmlaklar olmadığından və bununla da onların ona məxsus mənzildə qeydiyyatda olmaları formal xarakter daşıdığından, bu isə öz növbəsində onun həmin mənzilə mülkyyət hüququnu pozduğundan və əsassız məhdudlaşdırdığından hesab edir ki, onların ona məxsus Quba şəhəri Fətəlixan klçəsi 5 saylı evin 23 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Quba şəhəri, Fətəli Xan küçəsi ev 57, m. 23 saylı mənzil İddiaçı satmışlar. Təmsil etdiyi Cavabdeh1 uzun müddətdir ki, başqa evdə yaşayır, lakin buna baxmayaraq, İddiaçı məxsus Quba şəhəri, Quba şəhəri, Fətəli Xan küçəsi ev 57, m 23 saylı mənzildən qeydiyyatdan çıxmamışdır. Onun həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Onun, başqa yaşayış evi vardır. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, o, Quba şəhəri, Fətəli Xan küçəsi 57 saylı evin 23 saylı mənzilini İddiaçı satmışlar. O, uzun müddətdir ki, başqa evdə yaşayır, lakin evlərinin sənədləri qaydasında olmadığından, İddiaçı məxsus Quba şəhəri, Fətəli Xan küçəsi ev 57, m 23 saylı mənzildən qeydiyyatdan çıxmamışlar. İddiaçı həmin mənzillə bağlı heç bir tələbi yoxdur. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.07.2015-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba şəhəri Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzili 31.000 manat məbləğinə İddiaçı satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, Fətəlixan küçəsi, 57 saylı evin, 23 saylı mənzili tam mülkiyyət hüququ üzrə Hacıyeva Məhriyyə Arif qzının adına qeydə alınmışdır. İş materiallarında olan AR DİN Yaşayış yeri qeydiyyat haqqında 03.08.2021-ci il tarixli, ******* №li arayışdan görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 57, mənzil 23 saylı ünvanda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Nadir qızı qeydiyyatdadırlar. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin İddiaçı ünvnalanmış 17.08.2021-ci il tarixli məktubundan görünür ki, göstərilən şəxslərin ona məxsus Quba şəhəri, Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkündür. Məhkəmə tərəfindən müəyyyən edildi ki, İddiaçı Quba şəhəri Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilini 14.07.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 almış, mənzil satıldığı gündən keçmiş mülkiyyətçilər, yəni cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamırlar və mənzili satdıqdan sonra onlar daimi yaşamaq üçün başqa ünvanlara köçmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba şəhəri Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilində qeydiyyatda qalmaları iddiaçının həmin evə mükiyyət hüquqlarını pozur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba şəhəri Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Quba şəhəri, Fətəlixan küçəsi 57 saylı evin 23 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar