Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1794/2020 25.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılmasına” dair ərizələrini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılmasına” dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəməyə daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 ərizələrində mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş etmişlər. Müddətin pərpa edilməsi xüsusi icraat qaydasında deyil ümumi icraat qaydasında baxılmalıdır.. Ona görə də, yuxarıda qeyd olunanları ərizəçilər tərəfindən Azərbaycan Respublikası MPMnin 149-cu maddəsində müəyyən edilmiş ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirib və Azərbaycan MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edirəm ki, ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılmasına” dair ərizələri və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 ərizələrinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılmasına” dair ərizələri və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilər İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı, Ömərova (Nurəliyeva) İradə Əlimirzə qızı və Ərizəçi3 izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1794/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1794/2020
25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver