Məhkəmə qərarları › İş №2(027)-1795/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1795/2021

24.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1795/2021 24.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı “evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Haçıağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin yetkinlik yaşına çatmayan X1, Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda erləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X1 və Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(105)-87/2017 saylı icra vərəqəsinə uyğun olaraq, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 19.03.2018-cu il tarixli 34/3 saylı hərracın yekunları barədə protokola əsasən hərrac vasitəsi ilə satılmışdır. Alğı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 13.08.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Qanundan da göründüyü kimi cavabdehlər Cavabdeh1, oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X1 və Cavabdeh2 İlham qızı yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər X5, X6, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməməylərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 2 ünvanında - Cavabdeh1, X5, Cavabdeh3, X6, Cavabdeh5 və X8 qızı qeydiyyatdadırlar. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X7 arasında 22.08.2006-cı il tarixdə nikah bağlanmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 13.08.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 416.4 kv.m-dən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5041/2017 saylı, 06.09.2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti tımin edilməmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(105)-87/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hərrac yekunları barədə 19.03.2018-ci il arixli protokolundan və 19.03.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 164.900 manata İddiaçı ASC-yə satılmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2212/2021 saylı, 02.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh “X3” (“Capitals Auction”) məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 saylı qətnaməsi qismən, “X3” MMC tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli hərrac təşkilatının yekunları barədə protokolun və “X3” MMC-nin direktoru X13 ilə alıcı İddiaçı ASC-nin nümayəndəsi X2 arasında bağlanmış Cavabdeh1 məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 416,4 kv.metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin 123675 manata alıcı İddiaçı ASC-nə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilmələri hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, iddia tələbi bu hissələrdə təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac yekunları barədə 19.03.2018-ci il arixli protokoluna və 19.03.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 164.900 manata İddiaçı ASC-yə satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 13.08.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 416.4 kv.m-dən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X6, Cavabdeh5 və Cavabdeh6 hələdə həmin evdə qeydiyyatda olduğları və hal-hazıradək həmin ünvanda yaşadığları, yaşayış sahəsini tərk etmədikləri və hazırda da həmin evdə qanuni əsaslar olmadan yaşamaqla, mülkiyyətçinin bu mənzilə olan mülkiyyət hüquqlarını pozulması müəyyən olunmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: bu Məcəllənin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya bu Məcəllənin 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, ünvan 2 ünvanında yerləşən 416.4 ümumi sahəsi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X6, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, ondan istifadə edirlər. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlər, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 416.4 kv.m olan, xüsusi mülkiyyət növü olan, yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlərin, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416.4 kv.m-dən ibarət fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları, iddiaçının həmin evə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması o deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416.6 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilərək, həmin ev satıldığından, eyni zamanda sözügedən evə İddiaçı ASC-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416.6 kv.m-dən ibarət fərdi yaşayış evində yaşayan cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilməli, ev boşaldılmalı və iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416.6 kv.m-dən ibarət fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1 Haçıağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin yetkinlik yaşına çatmayan X1, Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda erləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X1 və Cavabdeh2 İlham qızının Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 13.08.2018-ci il tarixli Çıxarışa əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416 kv.m-dən ibarət fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməldir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin; Cavabdehlər Cavabdeh1 Haçıağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin yetkinlik yaşına çatmayan X1, Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda erləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X1 və Cavabdeh2 İlham qızının Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 13.08.2018-ci il tarixli Çıxarışa əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416 kv.m-dən ibarət fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar