Məhkəmə qərarları › İş №2(027)-180/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-180/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-180/2025 07.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh ilə onun arasında xx.xx.2024-cü il tarixdə X4 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nişanlanmış və xx.xx.2024-cü il tarixdə nişan mərasimi keçirilmişdir. xx.xx.2024-cü il tarixdə X4 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ-İİ № 610403 nikah haqqında şəhadətnamə qeyd edilmişdir. Lakin nişan mərasimindən sonra münasibətləri pozulduğu üçün gəlin kimi ər evinə köçməmiş və cavabdehlə ailə həyatı qurmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə X4 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş nikah haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş AZ-İİ 610403 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 21 iyun 2024-cü il tarixdə Quba regional “ASAN Xidmət” X1 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 408 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MSQ-MT-027-2024-01424 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. İş üzrə təyin edilmiş və keçirilmiş Azərabycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 16 yanvar 2025-ci il, 26 saylı rəyindən görünür ki, İddiaçı qızlıq bəkarətinin anatomik tamlığı pozulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasına və hüquqi əsas kimi isə Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edib. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Belə ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etməmişlər və niyyətləri rəsmi nikaha formal olaraq daxil olmaq olmuşdur. Yəni, tərəflər ailə qurmaq niyyəti olmadan nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 21 iyun 2024-cü il tarixində Quba regional “ASAN Xidmət” X1 bağlanmış 408 nömrəli nikah qeydi etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 21 iyun 2024-cü il tarixində Quba regional “ASAN Xidmət” X1 bağlanmış 408 nömrəli nikah qeydi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar