Məhkəmə qərarları › İş №2(027)-1808/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1808/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1808/2021 03.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 30.05.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Quba rayonu, Çiçi kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı onun ölümündən sonra, onun yəni, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.05.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Quba rayonu, Çiçi kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı onun ölümündən sonra, onun yəni, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Ərizəçi xx xxxxx 1951-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuşdur. X2r. Atası və anasının birgə münasibətlərindən o, Ərizəçi və qardaşı 05 iyun 1964-cü il təvəllüdlü X15 doğulmuşdur. X3 18 fevral 1982-ci il tarixdə vəfat etmişdir. X4 30 may 2019- cu il tarixdə vəfat etmişdir. X4 ailəli olmamış və övladı yoxdur. X18 vəfat etdikdən sonra onun birinci növbəli vərəsəsi anası vəfat etdiyi üçün ikinci növbəli vərəsəsi kimi o qalmışdır. X5 0,02 ha torpaq sahəsi və fərdi yaşayış evi qalmışdır. Torpaq sahəsinin arxiv sənədi olsa da, evin heç bir sənədi yoxdur. Qardaşından qalmış miras əmlakı faktiki olaraq o, idarə etmişdir. Lakin qanunu bilməməzlikdən mərhum X4 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Bundan sonra X1 qalmış miras əmlakı qəbul etmək vərəsəlik haqqında şəhadətnamə almaq üçün Quba regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisinin 30 aprel 2021-ci il tarixli məktubu ilə miras əmlakla bağlı sənədləri təqdim edə bilmədiyi üçün ona imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olmuşdur. X4 nikaha daxil olmamış və övladı yoxdur. Qardaşı vəfat etdikdən sonra onun tək vərəsəsi o, Ərizəçi qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X15 05.06.1964-cü il tarixdə anadan olmuşdur. Onun anası – X8r. X15 30.05.2019-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X11 18.02.1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X15 vəfat etdikdən sonra onun ailə üzvü olaraq qardaşı Ərizəçi qalmışdır. İş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli arxiv arayışından görünür ki, Quba rayonu Çiçi kənd X14 İcraiyyə Komitəsinin 1983-1985-ci illərə aid Çiçi kəndi üzrə 1 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X15 58 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində ümumi sahəsi 30 kv.m olan, 1950-ci ildə tikilmiş yaşayış evi olduğu yazılmışdır. Quba RİHB-nın Çiçi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Çiçi kənd üzrə 1 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X15 49 saylı təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1999-cu illərdə 0,02 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 01.05.1951-ci il tarixdə anadan olmuşdur. Onun anası – X8r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X15 30.05.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin 30.04.2021-ci il tarixli, məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Çiçi-Səbətlər Bələdiyyəsinin 30.04.2021-ci il tarixli arayışından görünür ki, Çiçi kənd sakini X15 öldükdən sonra onun mülkiyyətində olan evə 0,02 ha həyətyanı torpaq sahəsinə qardaşı Ərizəçi sahiblik edir və son 6 ayda bütün vergilərini ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Quba rayonu Çiçi kənd X14 İcraiyyə Komitəsinin 1983-1985-ci illərə aid Çiçi kəndi üzrə 1 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X15 58 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində ümumi sahəsi 30 kv.m olan, 1950-ci ildə tikilmiş yaşayış evi olduğu yazılmışdır. Quba RİHB-nın Çiçi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Çiçi kənd üzrə 1 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X15 49 saylı təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində 1996- 1999-cu illərdə 0,02 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Ərizəçinin X4 30.05.2019-cu il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum X6 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin, Ərizəçi qanunu bilməməzlikdən və savadsızlıqdan qardaşı vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni 30.05.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Quba rayonu, Çiçi kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı onun ölümündən sonra, onun yəni, Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, 30.05.2019-cu il tarixdə vəfat etmiş X6 qalmış miras Quba rayonu Çiçi kəndində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vərəsəliyin açılma yeri Quba rayonu, Çiçi kəndi olmaqla, onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçinin qardaşı 30.05.2019-cu ildə vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Çiçi kəndində yerləşən, ümumi sahəsi 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vərəsəliyin açılma yeri Quba rayonu, Çiçi kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar