Məhkəmə qərarları › İş №2(027)-1808/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1808/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1808/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə, İddiaçılar X5 və X4 Cavabdehlər Cavabdeh1 Zöhrab qızının və Cavabdeh2 iştirakı ilə, İddiaçılar X12 və X4 cavabdehlər Cavabdeh1 Zöhrab qızı, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar X12, X6 iddia ərizəsilə müraciət edərək, X5 və X4 övladı X13 ilə birlikdə cavabdehlər - Cavabdeh1 Zöhrab qızı və Cavabdeh2 məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X12, xx xxxxxx 1991-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində doğulmuşdur. Cavabdehlər-Cavabdeh1 Zöhrab qızı və Cavabdeh2 valideynləridirlər. Quba rayonu, Vladimirovka kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı və 1 aynabənddən ibarət yaşayış evi valideynlərinə məxsusdur. O, doğulduğu gündən həmin evdə yaşayıb boya-başa çatmış, həmin üvanda da qeydiyyatdadır. 30 mart 2022-ci il tarixdə onlar- X12 və Məmmədova (Şıxəliyeva) Umnisə Elbrus qızı nikahı rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 15 dekabr 2022-ci il təvəllüdlü oğlu Raul doğulmuşdur. Ailə qurduqdan sonra da yoldaşı və oğlu ilə birlikdə onun qeydiyyatda olduğu evdə yaşamışlar. 2022-ci ilin mart ayında anası Cavabdeh1 Zöhrab qızı evdə mübahisə yaradaraq, onları körpə övladı ilə birlikdə evdən qovmuş və onları evə buraxmamışdır. Onlar məcbur olub kirayədə yaşamışlar, heç bir yerdə işləmir, övladı 8 aylıqdır. Onun və ailəsinin qeydiyyatda olduğu ünvandan başqa yaşayış yeri yoxdur. Kirayədə yaşamağa isə maddi imkanı çatmır. Onlara məxsus bütün əmlaklar mübahisəli yaşayış evində qalmışdır. Cavabdeh1 onları evə buraxmır və yaşamağlarına icazə vermir. Məhkəmə iclasında iddiaçılar X12 və X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 Zöhrab qızı iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazını onunla əsaslandırmışdır ki, 4 övlad böyütmüşdür. Aliment tələbinə dair məhkəmədən iddia qaldırmış, ataları alimentdən boyun qaçırdığı üçün birgə tikdirdiyi evi ataları alimentin yerinə vermişdir. Ev bütövlükdə ona bağışlanmışdır. Min bir əziyyətlə onları böyüdüb, boyabaşa çatdırıb, toylarını edib. Dövlət verən paydan da hər kəsin özünə çatan payını verib. İndi o xərçəng xəstəsidir. Özünə çatan bağ payını satıb əməliyyat etdirmişidir. Əməliyyatdan sonra müalicəyə qohumqardaş və qonşular maddi cəhətdən kömək etmişlər. Ona oğulları tərəfdən heç bir köməklik edilməmişdir. Onkoloji xəstə olduğu üçün vaxtı-vaxtında müayinələrdən keçir. 2022-ci ildə kiçik oğlunu evləndirmiş və həmin gündən mübahisələi düşmüşdür. Oğlu və gəlini onu evindən çıxarmağa cəhd etmişlər. Həmçinin onu təhqir edib və döymüşlər. Quba rayon Polis Şöbəsinə müraciət etmiş və dözməyib ərizəni geri götürmüşdür. Gəlini və oğlu onu təhqir edib üstünə şər və böhtan atmışlar. Birlikdə yaşamaları qeyri-mümkündür. O öz xəstəliyilə mübarizə apardığı zaman onlar onu rahat yaşamağa qoymurlar. O sakit həyat sürmək istəyir, çünki həkim ona həyəcan keçirməməyi məsləhət görür. Xəstəliyi yenidən qayıda bilər. Evin böyüyü olduğu halda onlar onu təhqir edir, onu evindən çıxarırlar. Bu ev onun olduğu halda onların bu evdə yaşamalarına icazə vermir. Oğlu İddiaçı1 hətta o yerə çatdırıb ki, onu övladlıqdan silmək istəyir. Artıq Şixəliyevlərə heç bir borcu qalmamışdır. Bir ana kimi, onun vəziyyətini onkoloji xəstə olduğunu və övladlarının ona qarşı etdiyi bu hörmətsizliyi nəzərə alıb, övladının onun evindən istifadə hüqüquna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 Zöhrab qızı ilə nikahları pozulduqdan sonra qeyd edilən evi ailəsinə verərək həmin evdən çıxıb getmişdir. Bununla belə oğlu onun qayğısına qalmadığı üçün oğlunun həmin evə köçürülməsinə etiraz edir. Evin yerləşdiyi torpaq sahəsi təsərrüfatbaşına kitab üzrə ona məxsusdur. Əlavə edərək gəlninin və nəvəsinin köçürülməsilə etiraz etməmiş və həmi hissədə iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iddiaçıların və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 010366 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 Zöhrab qızı arasında olan nikah xx.xx.2003-cü il tarixdə Quba rayon Qeydiyyat şöbəsində ləğv olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2022-ci il nömrəli arayışından görünür ki, Quba rayon Vladimirovka kənd XDSİK-nin 1986-1990-cı illərə aid Vladimirovka kəndi üzrə 3 saylı təsərrüfatbaşına kitabında Cavabdeh2 154 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 1986-cı ildə 0.04 ha, 1988-1990-cı illərdə 0.06 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 493715 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X12 ilə X7 arasında olan nikah xx.xx.2022-ciı il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 0339 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Şıxəliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 814518 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X13 doğulmuş, atası- X12, anası- X3 qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 478 nömrəli arayışına əsasən, X12 həqiqətən Quba rayon Vladimirovka kəndində qeydiyyatdadır və ailə tərkibi arvadı- X6 və oğlu X9r. İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli məlumatına əsasən, Quba rayonu, Cavabdeh2 məxsus 0.06 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı, 1 balkonlu fərdi yaşayış evi vardır. Hal-hazırda həmin evdə keçmiş arvadı Cavabdeh1 Zöhrab qızı və qızı X8 yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh1 Zöhrab qızı və Cavabdeh2 nikaha daxil olmaqla Quba rayonu, Vladimirovka kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış evi inşa etmiş və nikahları pozulduqdan sonra qeyd edilən evdə Cavabdeh1 Zöhrab qızı azyaşlı övladları, o cümlədən X12 ilə birlikdə yaşamışlar. Daha sonra övladı olan hazırki iş üzrə iddiaçı X2 Umnisə Elbrus qızı ilə 2022-ci ildə rəsmi nikha daxil olmaqla ailə qurmuş və birgə nikahdan olan 15 dekabr 2022-ci il təvəllüdlü oğlu Raulla birlikdə aralarında münaqişə baş verənədək Ş.Şıxəliyevin qeydiyyatda olduğu həmin evdə yaşamışlar. Qeyd edilən evin yerləşdiyi torpq sahəsi təsərrüfatbaşına kitabda Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisəli evin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini nəzərə alaraq, tərəflər arasında yaranmış mövcud mübahisənin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməsi qənaətinə gələrək, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. Mübahisə predmeti olan evə və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən Cavabdeh1 Zöhrab qızı və Cavabdeh2 üçün tanına bilər. Odur ki, məhkəmə iddianın dəyərləndirilməsini , 1982-ci ildə qəbul edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsilinin 123-cü maddəsinin dispozisiya şərtləri daxilində aparmağı mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd edilmiş Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişdirsə,, evdə yaşayış sahəsindsindən onunla bərabər istifadə etmə ixtiyarına malikdirlər. Beləliklə də iddia X5 Quba rayonu, Vladimirovka kəndində yerləşən təsərrüfatbaşına kitabda Cavabdeh2 aid edilmiş 0.06 ha torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsi hissəsində təmin edilməlidir. X1 övladı X13 ilə birlikdə qeyd edilən evə köçürülməsi hissəsilə bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan evə və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ Cavabdeh2 üçün də tanına bildiyindən və o X4 evə köçürülməsinə etiraz etmədiyindən, iddia həmin hissədə də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X12 və X6 azyaşlı övladları X13 ilə birlikdə Quba rayonu, Vladimirovka kəndində yerləşən təsərrüfatbaşına kitabda Cavabdeh2 aid edilmiş 0.06 ha torpaq sahəsində yerləşən yaşayış evinə köçrülsünlər. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar