Məhkəmə qərarları › İş №2(027)-1809/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1809/2021

01.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1809/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X12 oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəklii və nümayəndəsi X3, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə yaşayış hüququnun müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, 194 reyestr nömrəli, 26 noyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsi ilə ona məxsus Quba şəhəri, Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarımın həyata keçirilməsinə maneçilik törədən hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və onun sözügedən 2 saylı evdə yaşayışının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, yaşadığı və qeydiyyatda olduğu Quba şəhəri, Fətəlixan küçəsi ev 69, 2 saylı mənzil 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun həyat yoldaşı olub, 25 ildir ki, faktiki olaraq ayrılmışlar, heç bir münasibətləri yoxdur. Bir müddət əvvəl yenidən ona məxsus olan evə gələrək evi satıb ona verməsini tələb edir. Buna etiraz etdiyinə görə onu ölümlə hədələyir, mənzilini yandıracağını bildirir. Mənzildə rahat yaşamağına imkan vermir. Bununla da mülkiyyət hüququ pozulur. Öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Son vaxtlarda onun belə hərəkətləri mütamadi xarekter alıb. Bu barədə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma aparan polis əməkdaşları cavabdehin ailə üzvü olması səbəbindən onu məhkəmə qərarı olmadan tədbir görə bilmədiklərini deyirlər. Onun belə hüquqazidd hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etməkdə qərarlıdır. Eyni zamanda bildirir ki, onsuz da formal xarekter daşıyan nikahlarının pozulması üçün də məhkəməyə müraciət etmiş, həmin iş hal-hazırda Quba rayon Məhkəməsinin icraatındadır. Buna da məhəl qoymayan cavabdeh mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsinə hər vasitə ilə maneçilik törədir, öz əmlakımdan istədiyi kimi istifadə etmək imkanlarından məhrum olur. İddia tələbinin təmin edilərək, Cavabdeh, 194 reyestr nömrəli, 26 noyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsi ilə ona məxsus Quba şəhəri, Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarımın həyata keçirilməsinə maneçilik törədən hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasın, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 İddiaçı izahatına uyğun izahat vermiş və ilkin iddianın təmin, qarşlılqı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı isə müdafiə edərək, izahatında göstərmişdir ki, ilkin iddia üzrə İddiaçı onun həyat yoldaşıdır. O, İddiaçı ilə 1983-cü ildə nikaha girməklə ərarvad münasibətindədirlər. Birgə nikahdan övladları yoxdur. İddiaçının iddia etdiyi Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin, 2-ci mənzili anası X1 məxsus olmuşdur. Mərhum anası G.M.Süleymanova 20.06.2000-ci ildə vəfat etmişdir. Onun valideynləri əslən İran İslam Respublikasından olmuşlar. O, özü Tehran şəhərində anadan olmuşdur. Valideynləri o, uşaq olarkən köçüb Quba şəhərinə gəlmişlər. Atası erkən ölmüşdür. Anasına 1957-ci ildə 4 uşaqla hazırda iddiaçının iddia etdiyi mənzil verilmişdir. O, İddiaçı ilə 1983-cü ildə nikaha girmiş və nikaha girdikdən sonra mərhum anası G.Süleymanovaya verilmiş həmin fərdi evdə yaşamışlar. O, sözügedən evdə qeydiyyatda daimi olaraq həmin evdə yaşamışdır. Lakin İddiaçı mərhum anasına məxsus 2 saylı mənzili öz adınaa qeydiyyatdan keçirərək özəlləşməsindən məlumatı olmamışdır. Yalnız hazırkı iddia ərizəsini aldıqdan sonra ona məlum olmuşdur ki, mərhum anasına məxsus evi həyat yoldaşı İddiaçı öz adına özəlləşdirərək qeydiyyat vəsiqəsi almışdır. Onu da bildirir ki, bu ilin iyun ayının 26dək o, heç bir maneəsiz həmin mənzildə yaşamışdır. 26 iyun 2021-ci ildə, 7 iyul 2021-ci ildə, 29 iyul 2021-ci ildə, 02 avqust 2021-c ildə yaşadığı həmin mənzil yaşamaq üçün gəlsə də İddiaçı onu mənzilə buraxmamışdır. Əlacsız qalıb mənzilə buraxılmamağına görə Quba Rayon Polis İdarəsinə müraciət etmişdir. İlkin iddiaçının iddia etdiyi 2 saylı mənzil mərhum anası Gülsüm Süleymanovaya məxsus olmuş, anası öldükdən sonra da o, İddiaçı həmin evi öz adına özəlləşməsindən xəbəri olmamışdır. Hesab edir ki, Quba rayonu, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzili vərəsəlik qaydasında ona məxsus olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Heab edir ki, ilkin iddia tələbi rədd edilməli, Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Mülki işin materiallarında olan 26 noyabr 1999-cu il tarixli, 194 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 №li yaşayış evi mülkiyyət hüququ əsasında Quba rayonu, XDS İcraiyyə Komitəsinin 31 avqust 1997-ci il tarixli qərarı əsasında İddiaçı adına 26 noyabr 1999-cu il tarixdə 194 reyestr nömrə ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan qeyd olunan yaşayış evinin Texniki Pasportundan görünür ki, İddiaçı məxsus Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 №li yaşayış evi 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 41,5 kv metr, yaşayış sahəsi 26,3 kv.metr, o cümlədən köməkçi sahəsi 15,2 kv.metrdir. Mülki işin matetiallarında olan 1 saylı Mənzil Kommunal sahəsinin 16.11.2018-ci il tarixli, 4118 saylı arayışından görünür ki, Cavabdeh 6 saylı məhəllə Nizami küçəsi ev 19 saylı mənzildə qeydiyyatdadır, mənzilin daxil olduğu sektor Polis İdarəsinin inzibati binasıdır, həmin binada yaşayış yoxdur. Mülki işin materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 26.11.2018-ci il tarixli, 866№li arayışından görünür ki, Cavabdeh oğlu DSMF-nin Sumqayıt şəhər Şöbəsindən 03.07.2003-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası alır. Pensiyanın məbləği 194 manat, 14 qəpikdir. İş materiallarında olan 12 iyul 2000-ci il tarixdə verilmiş AZ seriyalı, 049510 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 12.07.2000-ci il tarixdə ölmüşdür. 1.Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi Tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar, hal-hazırda rəsmi nikahdadırlar. Quba şəhəri, Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzil ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir. İşdəki sübutlardan görünür ki, Cavabdeh İddiaçı münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İlkin İddiaçı, cavabdeh Hüseyn Mahcirli tərəfindən Quba şəhəri, Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. 2.Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla Cavabdeh 1980-cı ildə İddiaçı ilə rəsmi qaydada evləndikdən sonra, Cavabdeh İddiaçı mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilində yaşaması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsi və sonradan həmin evə qayıdarkən, cavabdeh tərəfindən iddiaçının iradəsinin ziddinə həmin evdən istifadə etməsinə maneələrin yaradılması və bununla da iddiaçının evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarını pozmaları sübuta yetirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu hüquq normasının tətbiqi üçün 3 dispozitiv şərtin mövcudluğu mütləqdir: 1) əmlak mülkiyyət hüququ əsasında şəxsə məxsus olmalıdır;2) bu əmlak özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin bu əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə də həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh Quba şəhəri, Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzilə köçürülməlidir. Qarşılıqı iddia ərizəsindən görünür ki, iddiaçının tələblərinin bir qismi, o cümlədən Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.1-ci maddəsinə əsasən məhkəmə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədənkənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qanunvericiliyin tələbinə əsasən qarşlıqlı iddianın Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan və iddiaçı həmin qaydaya əməl etmədiyindən, onun həmin qaydaya riayət etmək imkanı isə itirilmədiyindən iddia həmin hissədə baxılmamış saxlanılmalıdır. Eyni zamanda ərizəçiyə həmin tələblərlə bağlı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına riayət olunduqdan sonra müvafiq inzibati məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət e t d i: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh Quba şəhəri, Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzilə köçürülsün. Qətnamədən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar