Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-182/2025 13.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Onun nümayəndəsi qismində vəkili Vəkil2, Cavabdeh Cəmaləddin oğlunun Onun nümayəndəsi qismində vəkili Vəkil1 iştirakı ilə, 2(027)-182/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı torpağdan çıxarılma və sahiblik, yaradılan maneələrin aradan qaldırılması tələbinə dair və 2(027)-2471/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdehlər X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işlərə bir icraatda məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 iddia ərizəsilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha, **********00 reyestr nömrəli torpaq sahəsindən cavabdeh X1 çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi o cümlədən həmin torpaq sahəsinə cavabdeh tərəfindən istifadə və ya sahiblik etməklə yaradılacaq maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Susay-qışlaq kəndində yerləşən 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********00 reyestr nömrəli çıxarışla mənim mülkiyyətimdədir. Lakin ona məxsus sözügedən torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bu onun hüquqlarını ciddi şəkildə pozmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsinin boşaldılmasını tələb etsə də, o, bu tələblərə heç bir məhəl qoymamış, ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmiş və hal-hazırda da davam etməkdədir. Onun mülkiyyət huququ qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və buna dair onun hüququnun təsdiq edən **********00 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, ərizədə göstərmişdi ki, iddia ərizəsində onun soyadı Şixbalayeva əvəzinə Şixbabayeva kimi, cavabdehin adı isə Telman əvəzinə Fərman kimi qeyd edilmişdir. Ona görə də iddia üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh Cəmaləddin oğlu olaraq qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdehlər X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuş və 2(027)-2471/2024 saylı mülki iş üzrə icraata götürülmüşdür. Mülki iş üzrə iddiaçı Cavabdehlər Şixbalayeva (Mədətova) Nəzakət Hacbağı qızı, X11 və Şıxbalayeva Şahanə Şahin qıznın adına Quba rayonunun Susayqışlaq kəndi ərazisində yerləşən 1.25 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdehlər X7, X12 və Şixbalayev Şahanə Şahin qızı arasında 28 dekabr 2002-ci il tarixində bağlanmış 4-ə-171 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonunun, Susayqışlaq kəndi ərazisindən 1.25 ha torpaq sahəsi almış və bununla da məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı olmuşdur. Həmin müqavilə bağlandıqdan sonra qeyd edilən torpaq sahəsinə dair ona keçmiş X14 Komitəsinin Quba rayon şöbəsi tərəfindən 18 may 2006-cı il tarixdə Torpağa mülkiyyət hüququna dair J№ 0276 saylı, kod 30308028 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsini iddiaçı əkib becərmiş, müxtəlif növ meyvə ağacları əkmiş və bu gün də qeyd edilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Təxminən 2023-cü il tarixdə iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu Dövlət qeydiyyatına aldırmaq məqsədi ilə cavabdeh təşkilata, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 5 saylı Xaçmaz ərazi idarəsinə ərizə ilə müraciət etmiş və həmin təşkilat ona 19 mart 2023-cü il tarixli 3-21-3-34/2-6396 saylı məktubla imtina vermişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə olunmuş J№ 0276 saylı, kod 30308028 olan Dövlət Aktı ləğv olunmuş DTXK-nin Quba rayon şöbəsi tərəfindən hazırkı iş üzrə cavabdehə təhvil verilmiş “Dövlət Aktlarının qeydiyyatı kitabında qeydiyyata alınmamışdır. Bundan başqa onun Dövlət Aktının nömrəsi guya elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır”. Belə ki, iddiaçı Cavabdeh tərəfindən 2002ci ilin dekabr ayının 28-də bağlanmış 4-ə-171 saylı alqı-satqı müqaviləsi digər zəruri sənədlərlə birlikdə ləğv olunmuş DTXK-nin Quba rayon şöbəsinə təhvil verilmiş və həmin Şöbə tərəfindən ona mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq Dövlət Aktı verilmişdir və həmin Dövlət Aktı əsasında o artıq 20 ildən çoxdur ki, qeyd edilən torpaq sahəsinə sahiblik edir və ondan təyinatı üzrə istifadə edir. Onun həmin Dövlət Aktının DTXK-nin Quba rayon şöbəsində saxlanılan “Dövlət Aktlarının qeydiyyatı kitabı”nda qeydiyyata alınmamasında hər hansı bir təqsiri yoxdur və ola da bilməz, ona görə ki, həmin “Kitab” onun üçün əl çatan olmamış və bunun üçün məsuliyyət daşımamışdır. Həmin kitaba məlumatların daxil edilməsi və eləcə də həmin kitabda olan məlumatların doğruluğuna biləvasitə DTXK-nin Quba rayon şöbəsi məsuliyyət daşımışdır. Yuxarıda sözügedən və Quba rayonunun Susayqışlaq kəndi ərazisində yerləşən, alqı-satqı yolu ilə əldə etdikləri 1.25 ha torpaq sahəsinə onun mülkiyyət hüququ Dövlət reyestrində qeydə alınması və bununla əlaqədar müvafiq Çıxarış verilməsi üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş və məhkəmə tərəfindən inzibati iş üzrə müvafiq prosessual hərəkətlər edilmişdir. Eyni zamanda, inzibati iş üzrə hazırki iş üzrə cavabdehlər X7, X11 və Şixbalayev Şahanə Şahin qızı sözügedən 28 dekabr 2002-ci il tarixində bağlanmış 4-ə-171 saylı alqı-satqı müqaviləsinin tərəfləri olduğu üçün məhkəmə icraatına cəlb olunsalar da, məhkəmə proseslərində qəsdən iştirak etməmişlər. Dəfələrlə luzumsuz yerə məhkəmə proseslərini uzatmışlar. Bununla da məkrli planlarını həyata keçirməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 5 saylı Xaçmaz ərazi idarəsinə qüvvədə olmayan dövlət aktını təqdim edərək istifadəsində olan Quba rayonunun, Susayqışlaq kəndi ərazisində yerləşən 1.25 ha torpaq sahəsinə öz adlarına çıxarış almışlar. Göründüyü kimi, cavabdehlər X7, X11 və Şixbalayev Şahanə Şahin qızı Sumqayıt İnzibati Məhkəməsində işin uzadılmasından sui-istifadə edərək, iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi halal əmlakını ələ keçirmişlər. İddiaçı Cavabdehlər X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-2471/2024 saylı mülki işə açıq məhkəmə iclasında baxılaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-2471/2024 saylı qərarına əsasən, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və sahiblik, yaradılan maneələrin aradan qaldırılması tələbinə dair 2(027)-2456/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı müqavilə əsasında hazırki torpaq sahəsini deyil, digər torpaq sahəsini satmışdır. Müqavilədəki imza ona məxsus ola bilər. Belə ki, ailə vəziyyətilə bağlı qohumu Cavabdeh ilə torpaq alqı-satqısına dair razılıq əldə olunmuşdur, lakin razılığı mübahisəli torpağa dair verməmişdir. İddiaçı nümayəndəsi qismində vəkili Vəkil2 etiraz ərizəsi ilə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha, **********00 reyestr nömrəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Qarşılıqlı iddiaçı öz iddiasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və hüquqlarını qoruduğu İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürüb. Aşağıdakı səbəblərdən Cavabdeh iddiası əsassızdır və təmin edilməməlidir: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsində göstərilir: Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Amma Cavabdeh öz əlində kağız gətirib ki, bəs bunu mülkiyyət sahibi imzalayıb. Mülki Məcllənin 144-cü maddəsinin əks mənasından belə nəticə hasil olur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə sərəncamı verilməsinə dair müqavilə notarial olmazsa o əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlər isə etibarsızdır.
2. Belə bir iddianın təmin edilməsinin əsas şərti əqdin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Yəni əqd bağlanarkən bu formalardan birinə riayət olunmazsa o zaman onun etibarlı olması sual altına düşmüş olacaqdır. 3. Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir: Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. İndiki halda iddiaçı çıxarışın ləğvi üçün ilk olaraq çıxarışın verilməsinə əsas olmuş sənədlərinin etibarsızlığını məhkəmə qaydasında qoymalı idi. İddiaçı isə iddianı ümumiyyətlə düzgün qoymamışdır. Yuxarıdakıları əsas tutaraq Sizdən xahiş edirəm ki, Cavabdeh Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsi **********00 reyestr nömrəli Çıxarışın ləğvinə dair iddiası təmin edilməsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Vəkil2 iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, ərizədə göstərmişdir ki, Hüquqlarını qoruduğu İddiaçı Hacıbağı qızı Cavabdeh qarşı iddia tələbi irəli sürüb ki, sonuncunun əlində rəhbər tutduğu 28 dekabr 2002-ci il tarixli, reyestr nömrəsi isə 4-Ə-171 saylı alqı-satqı müqaviləsinin əhmiyyətsiz hesab edilməli, onun nəticəsində alınmış 18 may 2006-cı il tarixli JN0276 saylı, ******* kodlu dövlət aktının etibarsız hesab edilməli, Ş.Nəzakətə məxsus və A.Telman tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılmalı, istifadə hüququna maneə aradan qaldırılmalıdır. Belə ki, son hazırlıq iclasında iş materialları ilə tanış olduqdan sonra işin içində olan və elektron məhkəmə sisteminə yüklənməyən müqavilənin həqiqi formaya uyğun gəlməsi məndə şübhə oyatdı və tərəfimdən Dövlət Notariat Arxivinə xx.xx.2025-ci il tarixli 058 saylı və xx.xx.2025-ci il tarixli 059 saylı Vəkil Sorğularına cavab olaraq, “Quba Rayon Dövlət Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2000- 2006-cı illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı Hacıbağı qızı ilə Cavabdeh arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilmədiyi, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2002-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 4-ə171 nömrəsi ilə İddiaçı ilə Cavabdeh arasında deyil, digər şəxslər arasında rəsmiləşdiyi müyəyyən edildiyi qeyd edilmişdir. Əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən, notarius bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda 111ci bəndində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Sözügedən əmlak Şıxbalayeva Nəzakətə aqrar islahat komissiyasının qərarı ilə onların nikahda olduğu dövrdə verilib və onların birgə əmlakı sayılır. “Əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən, notarius bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır”. Quba Notariat Kontoru isə bunu yoxlamadan birgə nikah dövründə əldə olunmuş əmlaka ərin razılığı olmadan əqdi təsdiq edib. Ümumiyyətlə bu əqdə dair notariat işi yoxdur, onda qalmış ərin razılığına dair ərizə olmalıdır. Əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunmasına gəldikdə; Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Göründüyü kimi həmin dövrdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yüklülük arayışı təqdim edilməli idi. İndiki halda nəinki notariat işi yoxdur, ümumiyyətlə belə bir arayış yoxdur. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı Hacıbağı qızı ilə Cavabdeh arasında olan 28 dekabr 2002-ci il tarixli, reyestr nömrəsi isə 4-Ə-171 saylı alqı-satqı müqaviləsinin əhmiyyətsiz hesab edilməsi, onun nəticəsində alınmış 18 may 2006-cı il tarixli JN0276 saylı, ******* kodlu dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, istifadə hüququna maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək qarşı tərəfin iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və Cavabdeh Cəmaləddin oğlunun nümayəndəsi qismində vəkili Vəkil1 Cavabdeh qarşı verilən iddianın əssasız olduğunu qeyd edərək izahatında bildirmişdir ki, sözü gedən torpaq sahəsini bu illər ərzində Cavabdeh əkib becərmiş, müxtəlif növ meyvə ağacları əkmiş, həmin sahələrə görə dövlətdən subsidiyalar da almışdır və bu gün də qeyd edilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Sumqayıt İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş iş üzrə müvafiq prosessual hərəkətlər edilmişdir. Eyni zamanda, hazırki iş üzrə cavabdehlər X7, X11 və Şixbalayev Şahanə Şahin qızı sözü gedən alqı-satqı müqaviləsinin tərəfləri olduğu üçün məhkəmə icraatına cəlb olunsalar da, məhkəmə proseslərində qəsdən iştirak etməmişlər. Dəfələrlə luzumsuz yerə məhkəmə proseslərini uzatmışlar. Hazırda da eyni planları həyata keçirməklə işin uzadılmasına nail olmaq istəyirlər. Qarşı tərəf dəlil və sübutlarını daha əvvəlki iclaslarda təqdim edə bilərdi. Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizəyə etirazını bildirərək rədd edilməsini və öz iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və Cavabdeh Cəmaləddin oğlu iddia tələbini qəbul etməyərək izahatında, heç bir qanun pozuntusu etmədiyini, İddiaçı məxsus torpağın onun tərəfindən zəbt edilmədiyini, əvəzini ödəməklə aldığını, həmin vaxtdan istifadəsində olğunu bildirərək, İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdeh şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materialarını nəzərə alaraq hesab edir ki, 2(027)-182/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməməli, 2(027)- 2471/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdehlər Şixbalayeva (Mədətova) Nəzakət Hacbağı qızına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışından görünür ki, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1.25 ha torpaq sahəsi İddiaçı, X9 və X6 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1.25 ha torpaq sahəsinin bazar dəyəri 19.000 manatdır. İş materiallarında olan Quba rayon Dövlət Notariat Kontorunun “Torpaq alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1.25 ha torpaq sahəsi 2.000.000 manata Cavabdeh satılmışdır. İş materiallarında olan JN:0276, KOD 30308028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1.25 ha torpaq sahəsi Quba rayon Dövlət Notariat Kontorunun 28 dekabr 2002-ci il tarixli, 4-Ə-171 saylı alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətindədir. Vəkil2 məhkəmə iclasında təqdi etdiyi sorğulara cavab olaraq, Dövlət Notariat Arxivin məlumatlarından görünür ki, Quba Rayon Dövlət Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2000-2006-cı illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı Hacıbağı qızı ilə Cavabdeh arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir’’, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2002-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən 4-ə171 nömrəsi ilə İddiaçı Hacıbağı qızı ilə Cavabdeh arasında deyil, digər şəxslər arasında rəsmiləşdiyi müyəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2025-ci il tarixli məlumatından görünür ki, mülki iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Səbəb olaraq, adından tədqiqat aparılacaq şəxsin kifayət qədər xətt və imza nümunələrinin təqdim edilməməsi, 3-16-16/2- 4/97/2024 saylı “əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə” ekspert vəsatətinə əsasən, İddiaçı Hacıbağı qızı münasibətində “Mədətova” soyadından imtina etdiyini bildirmiş, öz xətti ilə “Mədətova Nəzakət - bu familyadan imtina edirəm. İmza---- İddiaçı, 31 yanvar 2025” yazısı yazılmış vəsatətin surəti ekspert Zaur Nəsirova göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Torpağa Mülkiyyət Hüququna X21 əsasən Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmışdır, lakin Cavabdeh həmin müqavilədən irəli gələn hüquqlarını dövlət qeydiyyatına dövlət aktı əsasında qeydiyyata aldırmış, lakin müvafiq çıxarış alınmamışdır. Qeyd olunan çıxarış alınmadığından, İddiaçı Hacıbağı qızı torpaq sahəsi faktiki olaraq satdığı vaxtdan Cavabdeh sahibliyində olsa da, naturada müayinə aparılmadan və dövlət aktının olması araşdırılmadan, hətta faktiki istifadədə olan şəxsin müqaviləsinin olması müəyyən olunmadan İddiaçı Hacıbağı qızına mübahisəli torpa sahəsinə çıxarış verilmişdir. Halbuki, həmin vaxtda qeyd edilən torpaq sahəsinə dair etibarsızlığı mübahisələndirilməyən dövlət aktı mövcud olmuşdur. Göründüyü kimi, eyni torpaq sahəsinə dair İddiaçı Hacıbağı qızına çıxarışın verilməsi əsassız olmuşdur. Hazıda İddiaçı torpaq alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirməməsi əsası ilə həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 139-1.1-.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əasən xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Cavabdeh məhkəməyə notarial təsdiq olunmuş müqavilə, dövlət aktı və torpaq sahəsinin onun istəfadəsində olmasına dair sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə İddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə imzanın yalnız xüsusi bilik əsasında mütəxəssis (ekspert) rəyi əsasında müəyyən edilməsi mümkün olduğundan, iddiaçı tərəfindən isə müvafiq ekspertizanın keçririlməsi üçün zəruri olan sənəd (imza nümunələri) təqdim edilmədiyindən, hazırki iş üzrə MPM-nin 97.5-ci maddəsinin tələbi nəzərə alınmaqla nəticə əldə edilməsi üçün əsas vardır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, 2(027)-182/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməməlidir; Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri) Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyеktin оna mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib оlmaq, оndan istifadə еtmək və оna dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qоrunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Avropa İnsan Hüquqları Məhkəməsinin Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, «öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir:1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci və ən mühüm tələbi odur ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyytin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün madələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri əsasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassz olmasın.» Həmçinin həmin qərarda göstərilir ki, «məcburi köçkünərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunun 5-ci maddəsinin, habelə məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri tapanadək digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onlara başqa yaşayış yerləninə köçürməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı torpağdan çıxarılma və sahiblik, yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin, iddiaçı Cavabdehlər X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlər İddiaçı, X9 və X10 adına olan Quba rayonunun Susayqışlaq kəndi ərazisində yerləşən 1.25 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı torpağdan çıxarılma və sahiblik, yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdehlər Şixbalayeva (Mədətova) Nəzakət Hacıbala qızına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər İddiaçı, X9 və X6 adına olan Quba rayonu Susayqışlaq kəndi ərazisində yerləşən 1.25 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev