Məhkəmə qərarları › İş №2(027)-1827/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1827/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1827/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mirasın qəbuluna dair buraxılmış müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəl olunmaqla mirasın qəbuluna dair buraxılmış müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, hazırda heç bir tələbi olmadığını qeyd edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mirasın qəbuluna dair buraxılmış müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Qəraradad iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun (təyinatı: Quba Rayon Məhkəməsi, mədaxil qəbzinin nömrəsi: **********, ödəniş Tarixi: xx.xx.2023, Büdcə səviyyə kodu: 1) ödənişi edən şəxsə - ödənişi edən şəxsə geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar