Məhkəmə qərarları › İş №2(027)-183/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-183/2021

04.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-183/2021 04.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın natura qaydasında bölünməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışa əsasən Quba rayonu, Girdah kəndi ərazisindən yerləşən 4,207 ha torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və onlara düşən torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nın xx.xx.1998ci il tarixli qərarı ilə Torppağın Mülkiyyətə Verilməsinə dair JN-011 nömrəli şəhadətnaməyə əsasən ona və ailə üzvlərin atası Cavabdeh2, anası Cavabdeh5, qardaşları Cavabdeh1, İddiaçı2, bacıları Cavabdeh3 və Cavabdeh4 kənd təsərrüfat məhsullarının istehsalı üçün Quba rayonu, Girdah kəndi ərazisindən 4,207 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. O, dəfələrlə cavabdehlərə ona düşən torpaq payının natura ayrılıb ona verilməsini xahiş etsə də, cavabdehlər ona torpaq sahəsinin düşmədiyini ona görə ona torpaq sahəsi verilmədiyini bildirmişlər. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək gəlir qazanırlar. İmkansız şəxsdir. Ozünə məxsus torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək, o da, qazanc əldə etmək istəyir. Hazırda ona uşaqlarının paylarına düşən lakin, şəhadətnamədə birlikdə göstərilmiş torpaq sahələrinin ayrılmasını istəyir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaı qəbul etməyərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarış alınarkən, iddiaçıya kompensasiya ödənildiyini qeyd etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər İddiaçı2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, Quba rayonu, Girdah kəndində yerləşən 4,207 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, Quba rayonu, Girdah kəndində yerləşən 4,207 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixə ona bazar dəyəri 8400 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/577 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Ərazi İdarəsi Torpaq sahəsinin və ölçüsü sənədində (AN 176200, tərtib edilmə tarixi xx.xx.2017) qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron baza və xəritə üzərində otuzdurulmuş, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsinin paylara uyğun bölgüsü məqsədə uyğun hesab edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışa əsasən Quba rayonu, Girdah kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 4,207 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü məqsədə uyğun hesab edilməmişdir. İş üzrə təyin edilmiş Məhkəmə ekspertiza Mərkəzinin 10/3791 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/577 saylı mütəxəssis rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Ərazi İdarəsi Torpaq sahəsinin və ölçüsü sənədində (AN 176200, tərtib edilmə tarixi xx.xx.2017) qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron baza və xəritə üzərində otuzdurulmuş, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğun hesab edilmir. Mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Quba rayonu, Girdah kəndində yerləşən 4,207 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışa əsasən Quba rayonu, Girdah kəndi ərazisindən yerləşən 4,207 ha torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və onlara düşən torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/577 saylı mütəxəssis rəyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Ərazi İdarəsi Torpaq sahəsinin və ölçüsü sənədində (AN 176200, tərtib edilmə tarixi xx.xx.2017) qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron baza və xəritə üzərində otuzdurulmuş, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsinin paylara uyğun bölgüsü məqsədə uyğun hesab edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışa əsasən Quba rayonu, Girdah kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 4,207 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü məqsədə uyğun hesab edilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan əsaslara əsasən, Torpaq sahəsinin və ölçüsü sənədində (AN 176200, tərtib edilmə tarixi xx.xx.2017) qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron baza və xəritə üzərində otuzdurulmuş, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsinin paylara uyğun bölgüsü məqsədə uyğun hesab edilmədiyi üçün iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1- və 220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən olunur ki, torpaq sahəsinin və ölçüsü sənədində qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron baza və xəritə üzərində otuzdurulmuş, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın natura qaydasında bölünməsi“ tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın natura qaydasında bölünməsi“ tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar