Məhkəmə qərarları › İş №2(027)-1837/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1837/2021

18.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1837/2021 18.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli, qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Quba Rayon Məhkəməsinin ləğv edilmiş 02 fevral 2017-ci il tarixli qətnaməsi və həmin qətnamə ilə əlaqəli, qanuni qüvvəyə malik Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, N° 2(105)-941/2020 saylı qərardadı üzrə mülki iş materiallarında olan 09 sentyabr 2016-cı il tarixli, **********69№-li AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum atası X1 adına Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Quba rayonu Tİ və MHQ İdarəsinin reyestrində edilmiş 81 reyestr nömrəli qeydiyyat əsasında qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” haqqında heç bir məlumat aşkar edilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Quba Rayon Məhkəməsinin ləgv edilmiş 07 mart 2019-cu il tarixli, № 2(105)-184/2019 saylı qətnaməsi və həmin qətnamə ilə əlaqəli, qanuni qüvvəyə malik Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, № 2(105)-3349/2019 saylı qətnaməsi üzrə mülki iş materiallarında olan 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə; dair Şəhadətnamə” surətinə əsasən Quba rayon aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı ilə Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsi qardaşı X3 mülkiyyətinə verilmişdir. Hazırki iddia ərizəsi ilə bağlı mübahisəyə səbəb ondan ibarətdir ki, mərhum qardaşı X3 mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair mövcud olmayan 13 mart 2003cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə surətində göstərilən torpaq sahəsi, həmin dövrə qədər, Quba rayonu Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinin reyestrində edilmiş 81 nömrəli qeyd və həmin qeyddən verilmiş qeydiyyat vəsiqəsi əsasında mərhum atası X1 mülkiyyətində olan Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Vərəsəlik və ya bağışlama hüququ olmadan, atası Abasov Hacıbaba Mustafa oğlunun mülkiyyətində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, atasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qardaşı İlyasın mülkiyyətinə verilə bilməzdi. Hesab edir ki, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı mövcud deyildir, həmin şəhadətnamə ilə bağlı hüquqlar uydurmalardır. Göründüyü kimi, aqrar islahat komissiyaları yaradılığı dövrə qədər Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə atası X1 mülkiyyət hüququ Quba rayonu Tİ və MHQ İdarəsində 81 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və həmin qeyd əsasında atasının adına 81 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Yuxarıda istinad edilən məhkəmə aktlarından göründüyü kimi Quba rayon Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixi JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dar Şəhadətnamə” rəsmiləşənə və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərara qədər həmin torpaq sahəsi X3 istifadəsində olmamış, torpaq üzərindəki ev isə ona məxsus olmamışdır. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” surətinə əsasən şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 009 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X4 verilib, ikinci nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Lakin, ikinci nüsxəsinin hansı şöbədə saxlanıldığı müəyyən deyildir. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” həmin Şəhadətnamənin surətindən göründüyü kimi şəhadətnamə Dövlət Yerquruluşu Layihə İnstitutunun, səlahiyyəti bəlli olmayan şəxsi F.Cəfərovun imzası və institutun möhürü ilə təsdiq olunsa da, həmin hüquqverici sənədin doğruluğunu təsdiq etməli digər dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri Allahverdi Xudaverdiyevin imzası və Komitənin möhürü ilə təsdiq edilməmişdir, 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mövcud olmadığı həm də onunla təsdiq olunur ki, həmin şəhadətnamənin əsli yoxdur, Azərbaycan Respublikası X18 filialı tərəfindən verilmiş 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”-nın surətinə əsasən Quba RİHB-mn Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X10 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası X18 filialı tərəfindən verilmiş 02 may 2014-cü il tarixli, 934 saylı “Arxiv çıxarışı”-nın surətinə əsasən Quba rayonu Vladimirovka kəndi X15 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Vladimirovka kəndi üzrə təsərrüfatbaşına kitabında X5 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 1986-1990-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, N° 2(105)- 3349/2019 saylı qətnaməsinə əsasən həmin mülki iş üzrə materiallarda olan Azərbaycan Respublikası X18 filialı tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli “Arxiv arayışı”-na əsasən Quba rayonu Vladimirovka kəndi X15 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitabında X5 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur; Həmin məhkəmə aktlarından göründüyü kimi X18 filialının 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”-na əsasən Quba RİHB-mn Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991- 1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X10 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Yenə də həmin məhkəmə aktlarından göründüyü kimi həmin mülki işlər üzrə iş materiallarında olan Azərbaycan Respublikası X18 filialı tərəfindən verilmiş 16.10.2017-ci il tarixli, 1797 saylı “Arxiv arayışı”-na əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı, qərarı Aqrar islahatın aparılması ilə əlaqədar "Xınalıq” kolxozunun fəaliyyətnə xitam verilməsi haqqında "Xınalıq” kolxozunun ümumi yığıncağının 23 dekabr 1997-ci il tarixli, 06 saylı qərarının təsdiqi barədədir. Həmin qərarda Vladimirovka kəndində aqrar islahatın aparılması barədə heç bir qeyd yoxdur. Lakin, hazırki iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 4 saylı « ASAN xidmət» Mərkəzində notariat kontorunda olan V-390/2024 vərəsəlik işinin materiallarında olan Bakı şəhəri, Sabunçu rayon İHB-nın A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin 2014-cü il tarixli arayışının surətindən göründüyü kimi X10 1991-ci ildən Bakıxanov qəsəbəsində pasport qeydiyyatında olmuş, 24.01.2014-cü il tarixdə vəfat etmiş, vəfat edənə kimi həmin ünvanda yaşamışdır. Həmin fakt X3 ünvan 1zibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991 - 1995-cı illər üzrə təsərrüfatbaşına kitabında təsərrüfat başçısı olması barədə qeydin uydurma olduğunu təsdiq edir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası X18 filialı tərəfindən verilmiş 26 may 2014-cü il tarixli, 1194 saylı “Arxiv çıxarışı”-dan göründüyü kimi Quba rayon aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir, Azərbaycan Respublikası X18 filialı tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli, 1797 saylı “Arxiv çıxarışı”-dan göründüyü kimi Quba rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı protokolunun 03 saylı qərarı aqrar islahatın aparılması ilə əlaqədar “Xınalıq” kolxozunun ümumi yığıncağının qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir; Göründüyü kimi 13 mart 2003-cü il tarixli, JN - 009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin verilməsinə əsas olmuş aqrar islahat komissiyasının qərarı mövcud deyildir. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı əvvəl də eyni məzmunlu iddia tələbi ilə müraciət etmiş, iddası Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Quba Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq, İddiaçı iddası rədd edilmişdir. Həmçinin, İddiaçı özü Rusiya vətəndaşı olub, Azərbaycan vətəndaşlığını 2016-cı ildə almışdır. Mübahisə olunan torpaq 2015-ci ildə yoldaşının adına çıxarış əsasında rəsmiləşdirilmiş, daha sonra yoldaşının vərəsələri kimi 2017-ci il tarixli çıxarışla onun Cavabdeh2, X6 və Cavabdeh3 adına rəsmiləşdirilmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009F seriyalı, kod 30311028 saylı şəhadətnamənin surətindən görünür ki, X2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 182,9 kv.metrdən ibarət fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1 Həmzə qızı, ¼ hissədə Abasova Nəzrin İlyas qızı, ¼ hissədə Abasov İsmayıl İlyas oğlu və ¼ hissədə Cavabdeh3 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********35-10301 olan, ********** qeydiyyat nömrəli, 06.02.2015-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 54,9 kv.m yaşayış, 128,0 kv.m yardımçı və 182,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi 27,7 kv.m sahədən ibarət təndirxana, hin, 16,0 kv.metrdən ibarət sanitar qovşağı, 6,5 kv.metrdən ibarət hasar (mişar daşı), 6,7 kv.metrdən ibarət hasar (metal tor), darvaza (metal) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X18 Filialı tərəfindən verilmiş 03.03.2014-cü il tarixli, 03.03.2014-cü il tarixli arxiv arayışdan görünür ki, Quba rayonu RİHB-nın Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991- 1995-ci illlər üzrə təsərrüfatbaşına kitabında X8 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-ci illərdə ümumu 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan 21 fevral 2015-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24.01.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsələri, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 5-da qeydiyyatda olanlar arvadı Cavabdeh1, qızı X12, yetkinlik yaşına çatmayan xx.xx.1997-ci il təvəllüdlü qızı Cavabdeh2, 22.03.2003-cü il təvəllüdlü oğlu X9r və onların hər biri miras əmlakdan bərabər hissələrdə miras almalıdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(105)-3349/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-184/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(105)-941 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 434/2017 saylı, 02 fevral 2017-ci il tarixli, qətnaməsi ləğv olunmuş, İddiaçı Hacıbaba oğlunun Quba rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Quba rayonu Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən X5 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. X5 12.02.1990-cı vəfat etmişdir. Bundan sonra təsərrüfatbaşı kitabda qeyd edilən torpaq sahəsi və orada inşa edilmiş yaşayış evinin istifadəçisi kimi X10 qeyd edilmişdir. Aparılmış torpaq islahatı zamanı qeyd edilən 0,20 ha torpaq sahəsi qanuni istifadəçi kimi 30311028 saylı şəhadətnamə ilə X3 mülkiyyətinə verilmişdir. Torpaq islahatı aparılan zaman iddiaçı özünün izahatına əsasən Azərbaycan Respublikasında yaşamamış, Azərbaycan Respublikası vətəndaşı olmamışdır. X10 24.01.2014-cü ildə vəfat etmiş və miras əmlak - Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 21 fevral 2015-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X6 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 182,9 kv.metrdən ibarət fərdi yaşayış evi ¼ hissədə Cavabdeh1 Həmzə qızı, ¼ hissədə Abasova Nəzrin İlyas qızı, ¼ hissədə Abasov İsmayıl İlyas oğlu və ¼ hissədə Cavabdeh3 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli, qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə iddia qaldırsa da, iddia tələblərinin əsasını təsdiq edən heç bir sənədi yoxdur. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar