Məhkəmə qərarları › İş №2(027)-1839/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1839/2021

07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1839/2021 07.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 01 fevral 2005-ci il tarixdə Quba rayonu Rustov kəndində doğulması faktının müəyyən olunmasını, vətəndaş qrafasında “X7” kimi qeyd edilməsi, doğum haqqında şəhadətnamə verərkən ana qrafasında Ərizəçi, ata qrafasında X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 02 fevral 1995-ci il tarixdə X8 ilə ailə qurmuşdur. Birgə nikahlarından beş övladları doğulmuşdur. 01 fevral 2005-ci il təvəllüdlü qızı X7 ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Doğum haqqında şəhadətnaməni ala bilmədikləri üçün qızı Məsuməyə şəxsiyyəti təsdiq edən sənədin almaq mümkün olmamışdır. Hazırda 01 fevral 2005-ci il təvəllüdlü qızı X5 doğum haqqında şəhadətnamə almaq istəyir. Lakin qızı Məsumənin doğulmağına görə tibb müəssisəsindən sənəd olmadığından qeydiyyat şöbəsində doğumun qeydə alınmasının mümkün olmamış və bununla bağlı rəsmi imtina məktubu verilmişdir. Ona görə də 01 fevral 2005-ci il təvəllüdlü qızı X3 doğumunun qeydə alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, 01 fevral 2005-ci il tarixdə anadan olmuş X7 onun X14un qızıdır. Onun anası isə Ərizəçidır. X14 09.06.2021ci ildə vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09.06.2021-ci il tarixdə Quba rayonu, Sofikəndində vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında 02.02.1995-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba rayon Rustov kənd İƏD üzrə nümayəndəliyinin 14.07.2021-ci il tarixli arayışından görünür ki, X7 01.02.2005-ci ildə Quba rayonu Rustov kəndində doğulmuş və doğulduğu gündən həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26.07.2021-ci il tarixli, 63 nömrəli məktubdan görünür ki, X7 barəsində Maraqlı şəxsndə doğum haqqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan X9, X2 və X4 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 07.09.2021-ci il tarixli aktdan görünür ki, X7 01.02.2005-ci il tarixdə anadan olmuşdur. X3 valideynləri: atası- mərhum X8, anası isə Ərizəçidır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X3 01.02.2005-ci il tarixdə Quba rayonu, Rustov kəndində Ərizəçi doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, atalıq faktının müəyyən edilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi bununla əlaqədar ilk öncə Maraqlı şəxsnə müraciət etməli, atalıq faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmadıqda Quba rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi qismən təmin edilsin. X3 01.02.2005-ci il tarixdə Quba rayonu, Rustov kəndində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar