Məhkəmə qərarları › İş №2(027)-1846/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1846/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1846/2021 21.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və cavabdeh Cavabdeh1 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X3 Cəmiyyətinin Xaçmaz Filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 966.52 (doqquz yüz altmış altı manat, əlli iki qəpik) manat əsas borc, 472.51 (dörd yüz yetmiş iki manat, əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1439.03 (min dörd yüz otuz doqquz manat, üç qəpik) manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59, Qeydiyyat nömrəsi: **********, Seriya RX: ******* olan 29.04.2017 tarixli Çıxarışa əsasən) Quba rayonu, Barlı kəndində yerləşən 0.54 ha ümumi sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, 14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borcalan, ipoteka qoyan - Cavabdeh1; zamin-Cavabdeh2, zamin - Cavabdeh3) tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin dəqiqləşdirərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 966.52 (doqquz yüz altmış altı manat, əlli iki qəpik) manat əsas borc, 472.51 (dörd yüz yetmiş iki manat, əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1439.03 (min dörd üz otuz doqquz manat, üç qəpik) manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan ARƏMDKYDƏDRXHDQHDƏDRnin Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59, Qeydiyyat nömrəsi: **********, Seriya RX: ******* olan 29.04.2017 tarixli Çıxarışa əsasən) Quba rayonu, Barlı kəndində yerləşən 0.24 ha ümumi sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, 14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borcalan, ipoteka qoyan - Cavabdeh1; zamin - Cavabdeh2, zamin - Cavabdeh3) tutularaq İddiaçı- yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X2 iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, X3 Cəmiyyətinin Xaçmaz filialı ilə Şamilov Zahir Hacı oğlu arasında bağlanmış 14 avqust 2017-ci il tarixli, BK 266/SKMF-17 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% faiz olmaqla 36 (otuz altı) ay müddətinə 5,000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 14 avqust 2017-ci il tarixli 266/SKMF-17-02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 olan (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59, Qeydiyyat nömrəsi: **********, Seriya RX: ******* olan 29.04.2017 tarixli Çıxarışa əsasən) Quba rayonu Barlı kəndində yerləşən 0.24 ha ümumi sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh2, Cavabdeh3 arasında 14 avqust 2017-ci il tarixli, 266/SKMF-17-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh1 14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsinə əsasən 06 avqust 2021-ci il tarixinədək 966.52 (doqquz yüz altmış altı manat, əlli iki qəpik) manat əsas borc, 472.51 (dörd yüz yetmiş iki manat, əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1439.03 (min dörd yüz otuz doqquz manat, üç qəpik) manat borcu vardır. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 14 avqust 2017-cu il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafıkin tələbləri pozulduğu gündən etibarən illik 18 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün 14 avqust 2017-ci il tarixli, 266/SKMF-17-01 saylı zaminlik müqaviləsinin 2.3.-cü bəndinə görə “Borcalan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “zamin” və “borcalan” “Bank” qarşısında birgə məsuliyyət daşıyır. 2.4.-cü bəndə görə “borcalan”ın “Bank” qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Bank”a dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, “zamin” “Bank” qarşısında “borcalan” ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən əsas borc və faizlər üzrə iddianın təmin olunmasına etiraz etmir, iddia ərizəsində göstərilən borc məbləğindən müəyyən ödənişlər etmiş, ona görə də iddianın borcun ipotekaya yönəldilməsi hissəsində təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.08.2017-ci il tarixli, 266/SKMF-17 saylı Kredit müqaviləsindən, həmin tarixli kassa məxaric orderindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı tərəfindən 36 ay müddətinə illik 6% ödəmək şərti ilə Cavabdeh1 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14.08.2017-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialından kredit götürmüş «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminər Cavabdeh2 və Cavabdeh3 öz üzərinə götürmüşlər. İş materiallarında olan 14 avqust 2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 2400 (iki min dörd yüz) manat dəyərində qiymətləndirilmiş, ARƏMDKYDƏDRXHDQHDƏDR-nin Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi: **********60, Qeydiyyat nömrəsi: **********, Seriya RX: ******* olan 29.04.2017 tarixli Çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, Barlı kəndində xüsusi mülkiyyətində olan, 0,24 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********60 olan, ********** qeydiyyat nömrəli, 29.04.2017-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Barlı kəndində yerləşən, 0,24 ha torpaq sahəsi tam Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 160 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********60 olan, 15.08.2017ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Quba rayon Barlı kəndində 0,24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan № 266/SKMF-17-02 saylı, 14.08.2017-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Barlı kəndində yerləşən 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tərəflərin razılığı ilə bazar dəyərinə uyğun qiymətləndirilmiş və torpaq sahəsinin bazar dəyəri 2400 manat müəyyən edilmişdir. İş materiallarında olan 05 iyul 2021-ci il tarixli, 528 saylı bilidirşdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 könüllü şəkildə, tutmanın ipoteka predmetinə yönəldilməsi təklif olunmuş, əks təqdirdə banka olan kredit borcunu dərhal ödəməzsə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, kredit müqaviləsinin təminatı olaraq ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Filialının 07.07.2021-ci il tarixli, 542 saylı ərizəsindən görünür ki, iddiaçı bank hazırki iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi barədə elektron qeydiyyatdan görünür ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 14 avqust 2017-ci il tarixli, 266/SKMF-17 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilatdan 36 ay müddətinə, illik 6%-lə 5000 (beş min) manat məbləğində kreditin verilməsi, 14 avqust 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmələri, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün reyestr nömrəsi **********60-olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan, Quba rayonu, Barlı kəndində yerləşən, 0,24 ha torpaq sahəsinin ipotekaya qoyulması, həmin ipotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, cavabdehlərin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, Cavabdeh1 iddiaçı təşkilata 966.52 (doqquz yüz altmış altı manat, əlli iki qəpik) manat əsas borc, 472.51 (dörd yüz yetmiş iki manat, əlli bir qəpik) manat faiz borcunun yaranması və hazırki iddianın qaldırılması üçün iddiaçı təşkilat tərəfindən 30 manat dövlət rusumunun ödənilməsi, cavabdehin (borclunun) müqavilə öhdəlikləri icra edilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar olunması və xəbərdarlıqdan sonra da müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün həmin orqana ərizə ilə müraciət olunması və bildirişin bu orqanda dövlət qeydiyyatına alınması müəyyən olunmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli cavabdeh Şamilov Zahir Hacı oğlundan 966.52 (doqquz yüz altmış altı manat, əlli iki qəpik) manat əsas borc, 472.51 (dörd yüz yetmiş iki manat, əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1439.03 (min dörd yüz otuz doqquz manat, üç qəpik) manat borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçı "xxxx" ASC-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan ARƏMDKYDƏDRXHDQHDƏDR-nin Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********60, Qeydiyyat nömrəsi: **********, Seriya RX: ******* olan 29.04.2017 tarixli Çıxarışa əsasən) Quba rayonu, Barlı kəndində yerləşən 0.24 ha ümumi sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılaraq satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 2400 (iki min dörd yüz) manat müəyyən edilməli və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-nə olan 966.52 manat əsas borc, 472.51 manat məbləğində faiz borcu olmaqla, cəmi 1439.03 manat borc, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat ödənilməli,14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borcalan, ipoteka qoyan - Cavabdeh1; zamin - Cavabdeh2, zamin - Cavabdeh3) tutularaq "xxxx" ASC- yə ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia təmin olunsun. Cavabdeh Şamilov Zahir Hacı oğlundan 966.52 (doqquz yüz altmış altı manat, əlli iki qəpik) manat əsas borc, 472.51 (dörd yüz yetmiş iki manat, əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1439.03 (min dörd yüz otuz doqquz manat, üç qəpik) manat borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" ASC-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan ARƏMDKYDƏDRXHDQHDƏDR-nin Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********60, Qeydiyyat nömrəsi: **********, Seriya RX: ******* olan 29.04.2017 tarixli Çıxarışa əsasən) Quba rayonu, Barlı kəndində yerləşən 0.24 ha ümumi sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılaraq satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 2400 (iki min dörd yüz) manat müəyyən edilsin və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-nə olan 966.52 manat əsas borc, 472.51 manat məbləğində faiz borcu olmaqla, cəmi 1439.03 manat borc, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat ödənilsin; 14 avqust 2017-ci il tarixli 266/SKMF-17 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borcalan, ipoteka qoyan - Cavabdeh1; zamin - Cavabdeh2, zamin - Cavabdeh3) tutularaq "xxxx" ASC- yə ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar