Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-185/2024 19.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (Çıxarışa əsasən verilmiş xx.xx.2013-cü il tarixli. 248 inventar nömrəli Texniki Pasporta) əsasən xüsusi mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin eni 1,40 metr, uzunu 39,60 metr olmaqla, torpaq sahəsinin Cavabdeh2 qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və qeyri-qanuni inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülərək, hasarın əvvəlki yerindən cavabdeh tərəfindən inşa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışlar ki, o, Quba rayonunun Alekseyevka kəndində xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Çıxarışın və Çıxarışa əsasən verilmiş xx.xx.2013-cü il tarixli, 248 inventar nömrəli Texniki Pasportun notariatda təsdiq olunmuş surətlərini əlavə edirəm) fərdi yaşayış evi və evin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Həyətyanı torpaq sahəsi sol tərəfdən Cavabdeh2 evi və həyətyanı torpaq sahəsi ilə qonşudur. O, həyat yoldaşı ilə birlikdə əsasən Bakı şəhərində yaşayır. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar bu il uzun müddət Alekseyevka kəndindəki evinə gəlməmişdir. Bu yaxınlada evə gələrkən qonşusu Cavabdeh2 həyətyanı torpaq sahələrinin arasındakı hasarı sökərək 1,40 metr məsafədə ona məxsus torpaq sahəsini zəbt etməklə hasarı mənim xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmişdir. Belə ki, o, eni 1,40 metr, uzunu 39,60 metr olmaqla, onun torpaq sahəsini qanunsuz zəbt etmişdir. Cavabdehin zəbt etdiyi göstərilən ölçülərdə torpaq sahəsi ona məxsusdur. Cavabdeh tərəfindən onun torpaq sahəsinin bir hissəsinin zəbt olunması barədə bildikdən sonra o, dəfələrlə Cavabdeh2 şifahi şəkildə müraciət etsə də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Göstərilən səbəblərdən xüsusi mülkiyyətinin qorunması üçün iddia ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciət edərək Cavabdeh1 əsil Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh1 isə cavabdehi əsl cavabdehlə əvəz edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında mütəxəssis rəyini vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki vəzifəsində çalışan X2 ifadəsində göstərmişdir ki, mütəxəsis rəyi onun tərəfindən tərtib olunmuşdur. Məhkəmənin qərardadına əsasən Quba rayon Alekseyevka kəndində yerləşən 0.08 ha mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus 0.08 ha kənd həyətyanı torpaq sahəsinin Cavabdeh2 tərəfindən hansısa formada istifadə olunmur. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsində hər hansı bir tikili inşa edilməmişdir. Rəyi təsdiq edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4766 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh2 tərəfindən hansısa formada istifadə olunmur. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsində hər hansı bir tikili inşa edilməmişdir.(sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Quba rayonu, Alekseyevka kəndində yerləşən ona məxsus 0.08 ha kənd həyətyanı torpaq sahəsinin Cavabdeh2 qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və qeyri-qanuni inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülərək, hasarın əvvəlki yerindən cavabdeh tərəfindən inşa edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən İddiaçı məxsus 0.08 ha kənd həyətyanı torpaq sahəsinin Cavabdeh2 tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-185/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-185/2024
19.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver