Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1850/2021 22.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun kredit borcuna görə X1 filialı tərəfindən onun pensiyasından tutulmuş 2500 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, özü, İİİ cü qrup Qarabağ əlilidir. Təxminən 2009-2010-cu illərdə tanışı olan Cavabdeh “Dəmiryol” bankdan kredit almaq üçün ona zamin dayanmağını xahiş etmişdir. O, da vəziyyətinin pis olduğundan və ona inandığı üçün ona zamin dayanmaq qərarına gəlmişdir. Xəyal krediti aldıqdan sonra aylıq ödənişləri vaxtlı-vaxtında ödəyəcəyinə söz verdi. Lakin, Xəyal kredit ödənişlərini ödəmədiyi üçün 2015-ci il tarixdən 2019-cu il tarixə qədər kredit ödənişləri məcburi qaydada onun pensiyasına yönəldilmiş və onun pensiyasından ödənişlər həyata keçirildi. O, Xəyaldan heç bir məbləğdə pul almamışdır. Pensiyasından 2015-ci il tarixdən 2019-cu il tarixədək 2500 manat məbləğində pul tutulmuşdur. Dəfələrlə cavabdehə kredit borcunun ödəməsini və onun pensiyasından tutulan borcunu ödəməsini tələb etsə də, cavabdeh hər dəfəsində müxtəlif bəhanələr gətirərək, pulu ödəməkdən yayınmışdır. Ona görə də, həmin borcun alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, 20 fevral 2008-ci il tarixdə "xxxx" ASC-nin Quba filalından Səkinə adlı qadın üçün öz adına kredit götürmüş və qeyd edilən pul vəsaitini də Səkinə almışdır. Ona görə də götürülən kredit məbləğinin və faizlərin ödənilməsi barədə Səkinə öz üzrinə öhdəlik götürmüş, 2-3 il kredit pulunu ödəmiş, qalan borc Raufun pensiyasına yönəldilmişdir. İddiaçı Səkinə adılı qadının vasitəçiliyi ilə kredit borcuna görə zamin durmuş, özü Raufdan onun üçün zamin durmasını xahiş etməmişdir. Rauf Səkinə ilə birlikdə onun yaşadığı ünvana gələrək onlarla banka kredit götürməyə getməsini təklif etmişlər, həmin götürülən məbləğdən ona da 100 ABŞ dolları verməli olmuşlar, lakin ona 100 ABŞ dolları da verməmişlər. İddiaçı öhdəliklərinə görə o, məsuliyyət daşıya bilməz. Ona görə də iddianı əsassız sayır və təmin olunmamasını xahiş edir. İş materiallarında olan 20 fevral 2008-ci il tarixili, 98-08 AYİB-AAF saylı Kredit müqaviləsindən "xxxx" ASC-nin Quba filalı tərəfindən 18 ay müddətinə illik 30% ödəmək şərti ilə Cavabdeh 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 fevral 2008-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Quba filalından kredit götürmüş «Borc alan» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zamin İddiaçı öz üzərinə götürmüşdür. İş materiallarında olan Quba rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli, 2(027)- 426 saylı Məhkəmə Əmrindən görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan Cavabdeh, zaminlər Quba şəhəri, M.Hüseynzadə küçəsi ev 23-də yaşayan İddiaçı və Quba rayonu, Ərməki kəndində yaşayan Mövludova Xurmaxanım Nəsrulla qızı kredit borcuna görə 2897,06 manat, hesablanmış faiz borcuna görə 970,50 manat, vaxtı keçmiş borcuna 893,38 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat-cəmi 4770,94 manat pul müştərək qaydada alınıb "xxxx"-ın hesabına verilməlidir. İş materiallarında olan Azərbaycan Respbublikası Əmək və Əhalinin Sosial Madafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 2 saylı Regional Ərazi Filialının 18 noyabr 2021-ci il tarixli, **********5 saylı arayışından görünür ki, İddiaçı pensiyasından "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) hesabına 01.07.2015-ci il tarixdən 28.02.2019-cu il tarixədək cəmi 2171,37 (iki min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat məbləğində tutulma aparılmışdır. İş materiallarında olan 26.07.2021-ci il tarixli, 6846 saylı qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunan qanun normasına əsasən məhkəmə Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli, 2(027)-426/2010 saylı məhkəmə əmrində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar kimi qəbul edir. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Quba filalı ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2008-ci il tarixili kredit müqaviləsi üzrə həmin bank tərəfindən Cavabdeh illik 30 % ödəmək şərtilə 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, bankla zamin İddiaçı arasında bağlanmış 20 fevral 2008-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin İddiaçı borclu Cavabdeh həmin kredit müqaviləsi üzrə bank qarşısındha öhdəliklərini yerinə yetirməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, Quba rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli, 2(027)-426 saylı Məhkəmə Əmri ilə Cavabdeh, zaminlər İddiaçı və Mövludova Xurmaxanım Nəsrulla qızından kredit borcuna görə 2897,06 manat, hesablanmış faiz borcuna görə 970,50 manat, vaxtı keçmiş borcuna 893,38 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat-cəmi 4770,94 manat pul müştərək qaydada alınıb "xxxx"-ın hesabına verilməsi barədə məhkəmə əmri verilmiş, iş üzrə zamin İddiaçı pensiaysından, Cavabdeh 20 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcuna görə "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) hesabına 01.07.2015-ci il tarixdən 28.02.2019-cu il tarixədək cəmi 2171,37 (iki min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat məbləğində tutulmuşdur. Bununla da Cavabdeh İddiaçı 2171,37 manat məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə mənsubiyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, Cavabdeh onun əvəzinə "xxxx" ASC-yə ödədiyi pul müqabilində 2500 manat tələb edir. Lakin işdəki sübutlardan görünür ki, İddiaçı Cavabdeh 20 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) hesabına 01.07.2015-ci il tarixdən 28.02.2019-cu il tarixədək cəmi 2171,37 manat pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-2171,37 manat hissəsində təmin edilməli, bu məbləğdən yuxarı məbləğ hissəsində isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilddia qismən təmin edildiyi üçün Cavabdeh 26,00 (iyirmi altı) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2171,37 (iki min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 26,00 (iyirmi altı) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2171,37 (iki min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 26,00 (iyirmi altı) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1850/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1850/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver