Məhkəmə qərarları › İş №2(027)-1851/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1851/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1851/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X21 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 17 iyul 2001-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulması faktının müəyyən olunmasını, vətəndaş qrafasında Ərizəçi kmi qeyd edilməsi, ona doğum haqqına şəhadətnamə verərkən ana qrafasında X13 qızı, ata qrafasında X3 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, 17 iyul 2001-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. O, ev şəraitində doğulduğu üçün valideynləri vaxtında tibb müəssisəsinə müracitə etməmişlər. Maraqlı şəxsndən doğum haqqında şəhadətnamə almamışlar. Sonradan isə doğum haqqında şəhadətnaməni yalnız məhkəmə qətnaməsi ilə almaq mümkün olduğu bildirilmişdir. Valideynləri isə məhkəməyə müraciət etməmişlər. X2 09 iyun 2021-ci il tarixdə vəfat etmişdir. O, anasının himayəsində qalaraq böyümüşdür. Doğum haqqında şəhadətnaməni ala bilmədiyindən şəxsiyyəti təsdiq edən sənədi ala bilməmişdir. Hazırda özünə doğum haqqında şəhadətnamə almaq istəyir. Doğulmağına görə tibb müəssisəsində sənəd olmadığına qeydiyyat şöbəsində doğumunun qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bununla bağlı rəsmi imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də doğumunun qeydə alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəninin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında Vİİ-JQ seriyalı, 250032 №-li şəhadətnamədən görünür ki, X10 ilə X8 arasında nikah 02 fevral 1995-ci ildə bağlanmış və nikahdan sonra arvada «Ramazanova» soyadı verilmişdir. İş materiallarında Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyinin 10 iyul 2021-ci il tarixli, 554 saylı arayışdan görünür ki, Ərizəçi Quba rayonu, Rustov kəndində yaşayır. İş materiallarında olan 24 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 181142 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 09.06.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli, 64 №-li Arayışdan görünür ki, 1998-2004-cü ilədək olan dövrdə Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli, 05/Q-389 saylı məktubda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarında qeyd edilmişdir ki, doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu qaydalarda nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, X10 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından 6 uşaqları olmuş, onlar biri rəhmətə getmişdir. Yeganə 17.07.2001-ci il tarixdə dünyaya gəlmişdir. Qızı Yeganə ev şəraitində doğulduğuna görə ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X10 ilə X1 birgə nikahlarından 5 uşaqları doğulmuş, ərizəçi Yeganə Ramzanova 17 iyul 2001-ci il tarixdə rayon Rustov kəndində ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X12 ifadəsində X6 ilə X7 birgə nikahlarından 6 uşaqlarının doğulduğunu, ərizəçi Yeganə Ramzanovanın 17.07.2001-ci il tarixdə dünyaya gəldiyini, Yeganənin ev şəraitində doğulduğuna görə valideynlərinin ona doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Ərizəçi 17 iyul 2001-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuşdur. Ərizəçi evdə anadan olduğundan və onun anadan olmasını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığından onun doğumun rəsmi olaraq qeyd etdirə bilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi 17 iyul 2001-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “Ərizəçi”, ata qarfasında “X10” və ana qrafasında “X5” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin olunsun. Ərizəçi 17 iyul 2001-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “Ərizəçi”, ata qarfasında “X10” və ana qrafasında “X5” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar