Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1854/2020 30.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:324, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının həmin Dövlət Aktında qeyd olunan X1 deyil, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nm xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarına əsasən anası Babayeva Mənsurə Mövlan qızına və özü Ərizəçi Quba rayonu, Digah kəndi ərazisindən 0,98 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi verilmiş və adlarına JN:3xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı verilmişdir. Həmin Dövlət Aktında anası Babayeva Mənsurə Mövlan qızının soyadı, adı və atasının adı düzgün olaraq yazılmış, lakin onun soyadı və atasının adı düzgün yazılsa da, adı Romal əvəzinə Ramil kimi səhvən yazılmışdır. Bu fakt ərizəsinə əlavə etdiyi Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 658 saylı arayışı ilə də təsdiq olunur. Hazırda həmin torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında olan yalnışlıqlara görə, yəni “Ərizəçi” əvəzinə “X2” kimi yazıldığından həmin torpaq sahəsinə dair Çıxarış almaq mümkün deyildir. Bildirir ki, o, həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nin saylı Ərazi İdarəsinə müraciət etmiş, DƏDRX-nin 5 saylı X5 xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə ona JN:3xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd etmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktını verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN:3xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının “X2”na deyil “Ərizəçi”na məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı, soyadı və atasının adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş JN:324, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının surətindən görünür ki, Babayeva Mənsurə Mövlan qızına və X1 Quba rayon AİKnın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən xx.xx.1999-cu il tarixdə Torpağa Mülkiyyət Hüququna dair JN:324, KOD:30307038 saylı Dövlət Aktı tərtib edilərək 0.98 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı X5 xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X1 JN:3xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadda yaranmış uyğunsuzlugun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən xx.xx.1999-cu il tarixli 0.98 ha torpaq sahəsi verilərək Torpağa Mülkiyyət Hüququna dair JN:324, KOD:30307038 saylı Dövlət Aktı tərtib edilmişdir.Torpağa Mülkiyyət Hüququna dair JN:324, KOD:30307038 saylı Dövlət Aktında“Ərizəçi” əvəzinə səhvən “X2” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN:324, KOD:30307038 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN:324, KOD:30307038 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN:324, KOD:30307038 saylı Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1854/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1854/2020
30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver