Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1856/2020 02.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər ADPU-nun Quba Filialının direktoru, ADPU-nun X2 İttifaqının Yerli Komitəsinin sədri və ADPU-nun X3 X1 sədrinə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası tələbi”nə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər ADPU-nun Quba Filialının direktoru, ADPU-nun X2 İttifaqının Yerli Komitəsinin sədri və ADPU-nun X3 X1 sədrinə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADPU-nun X3 mübahisələrinə baxan orqanının ona verilməyən müvafiq qərarını tələb edilməsi və pozulmuş hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 150.0.1 və 150.0.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı şəxs məhkəmədən “ADPU-nun X3 mübahisələrinə baxan orqanının ona verilməyən müvafiq qərarının tələb edilməsi və pozulmuş hüquqlarının bərpası” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh kimi ADPU-nun Quba Filialının direktoru Yusif Əliyevi (ata adı qeyd olunmamışdır), ADPU-nun X2 İttifaqının Yerli Komitəsinin sədrini (anket məlumatları qeyd olunmamışdır) və ADPU-nun X3 X1 sədrini (anket məlumatları qeyd olunmamışdır) göstərsə də, onların hər birinə qarşı yönəlmiş tələbini ümumiyyətlə açıqlamamışdır. Halbuki, MPM-nın 149.2.-ci maddələrinə görə, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Bundan başqa, iddiaçı tələbini aydın ifadə etməmişdir. İddiaçı ərizəsində ADPU-nun X3 mübahisələrinə baxan orqanının ona verilməyən müvafiq qərarının məhkəmə tərəfindən tələb edilməsini xahiş etsə də, hansı qərarı nəzərdə tutduğunu qeyd etməmişdir. Həmçinin iddia ərizəsinin qoşmasına “həlledici səs hüquqlu üzv olaraq seçki komissiyasında fəaliyyəti barədə arayışın, əmək müqaviləsinin surətinin, əmək müqaviləsinin ləğvi barədə əmrin, müraciətlərinin aidiyyəti qurumlara çatmasını təsdiq edən sənədlərin, məktubların” əlavə edilməsi qeyd edilsə də, faktiki olaraq həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddia ərizəsinin surəti, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlərin surətləri cavabdehlərə verilməsi üçün iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər ADPU-nun Quba Filialının direktoru, ADPU-nun X2 İttifaqının Yerli Komitəsinin sədri və ADPU-nun X3 X1 sədrinə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası tələbi”nə dair iddia ərizəsi geri qaytarılmalı, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada hazırkı iddia tələbi ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər ADPU-nun Quba Filialının direktoru, ADPU-nun X2 İttifaqının Yerli Komitəsinin sədri və ADPU-nun X3 X1 sədrinə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1856/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1856/2020
02.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver