Məhkəmə qərarları › İş №2(027)-1863/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1863/2021

22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1863/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçın və cavabdeh Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Quba Rayon Polis Şöbəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat bölməsinə qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvanında yerləşən 44.5 kv. metr fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 13.09.2014-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 (eyni zamanda Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi) alaraq, adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, RX seriyah, ******* nömrəli Çıxarış almışdır. Qeyd edilən mənzili Cavabdeh1 alqı-satqı müqaviləsi ilə əldə edərkən həmin evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmuşlar və adları çəkilən şəxslər hal-hazıra kimi mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Cavabdehlər həmin evdə formal olaraq qeydiyyatda olmaqla sözügedən evdən xeyli müddətdir ki, yaşamamaqla istifadə etmirlər və başqa tanımadığı ünvanda yaşayırlar. O, cavabdehlərlə əlaqə yaradaraq dəfələrlə müraciət edib mənzilindən könüllü olaraq qeydiyyatdan çıxmağı təklif etmiş, lakin onlar hər dəfə müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan boyun qaçırmışlar. Cavabdehlərin mülkiyyətimdə olan mənzildə qeydiyyatda qalmaları onların formal olaraq istifadə hüququ yaradır ki, nəticədə onun adına olan daşınmaz əmlakı başqa şəxsin adına rəsmiləşdirilməsində, mülkiyyət hüquqlarının həyata keçirilməsində mane olur. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sübutlara əsaslanaraq, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlərin ona məxsus fərdi yaşayış evində qeydiyyatda olmaları formal xarakter daşıyır, ona görə də tə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən 44.5 kv. metr fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 79, m.27 saylı mənzili 13.09.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışlar. O, uzun müddətdir ki, başqa evdə kirayədə yaşayır, pasport qeydiyyatına düşmək üçün özlərinə məxsus yaşayış evi olmadığından bu günədək həmin məzildən pasport qeydiyyatıdnan çıxmamışlar. Alq-satqı zamanı həmin mənzildə qeydiyyatda qalmaları barədə iddiaçı tərəfdən xahiş etmişlər. İddiaçı həmin mənzillə bağlı heç bir tələbi yoxdur. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 qızı və Cavabdeh3 Bəybala oğlu və üçüncü şəxs Quba Rayon Polis Şöbəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat bölməsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə digər cavabdehlərin üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.09.2014-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Quba şəhəri Fətəlixan küçəsi 79 saylı evin 27 saylı mənzili 22000 manat məbləğinə (Osmanova) İddiaçı satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, Fətəlixan küçəsi, 79 saylı evin, 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı qzının adına qeydə alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər üzrə nümayəndəsinin 15.04.2021-ci il tarixli, 1232 saylı arayışından görünür ki, İddiaçı qızının mülkiyyətində olan ünvan 1 ünvanda Cavabdeh1, Məmmədova Yazbəhər Bəybala qızı və Cavabdeh3 Bəybala oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin İddiaçı ünvnalanmış 11.06.2021-ci il tarixli məktubundan görünür ki, göstərilən şəxslərin ona məxsus Quba şəhəri, Fətəlixan küçəsi 79 saylı evin 27 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkündür. Məhkəmə tərəfindən müəyyyən edildi ki, İddiaçı Quba şəhəri Fətəlixan küçəsi 79 saylı evin 27 saylı mənzilini 13.09.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 almış, mənzil satıldığı gündən keçmiş mülkiyyətçilər, yəni cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamırlar və mənzili satdıqdan sonra onlar daimi yaşamaq üçün başqa ünvanlara köçmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Quba şəhəri Fətəlixan küçəsi 79 saylı evin 27 saylı mənzilində qeydiyyatda qalmaları iddiaçının həmin evə mükiyyət hüquqlarını pozur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Quba şəhəri Fətəlixan küçəsi 79 saylı evin 27 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus Quba şəhəri, Fətəlixan küçəsi 79 saylı evin 27 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar