Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1868/2022 21.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən, ata qrafasında “X4” ana qrafasında “Ərizəçi’’ qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə X4 ilə ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə qızı Zərifə dünyaya gəlmişdir. Qızının doğulması ilə bağlı X5 Mərkəzi tərəfindən ona xx.xx.2020-ci il tarixli TQS № 103 doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Uşaq hal-hazırda sağlamdır və onunla həyat yoldaşının himayəsindədir. Bu günə qədər qızı Zərifə üçün doğum haqqında şəhadətnamə almamışdır. Uşağın doğumundan sonra uzun müddət keçdiyi üçün Maraqlı şəxsndən məhkəmənin qərarı olmadan doğum haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən, ata qrafasında “X4” ana qrafasında “Ərizəçi’’ qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi onun bacısıdı. X9 Babayev ilə rəsmi ailə qurub, birgə nikahdan iki övladı var. Fərəhin qızı Zərifə ev şərəatində anadan olub. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi doğum haqqında tibbi şəhadətnamədən (TQS 103) görünür ki, Zərifə Babayeva xx.xx.2020-ci il tarixdə Quba rayon MX xəstəxananın doğun şöbəsində doğulmuş, atası, X4, anası, Ərizəçi qeyd olunub. İş materiallarında olan AZ-T 036192 seriya və nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah xx.xx.2018-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış və 191 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05Q/-348 nömrəli məlumatından məlum olur ki, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, tərəflər xx.xx.2018-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikah qeyd etdirərək ailə qurub və bigə nikahdan xx.xx.2020-ci il tarixdə tarixdə X3 doğulmuşdur. Lakin by günə kimi uşağa doğum haqqında şəhadətnamə alınmadığından, Ərizəçi Babayeva Zərifənin xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən, ata qrafasında “X4” ana qrafasında “Ərizəçi’’ qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli və X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X4” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X4” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1868/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1868/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver