Məhkəmə qərarları › İş №2(027)-1878/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1878/2024

14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1878/2024 14.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla fərdi yaşayış evinin alqı-satqısına dair əqdin bağlanmış hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosu tərəfindən 16 sentyabr 1976-cı il tarixdə verilmiş və 3282 inventar nömrəsi ilə qeyd edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 11 iyul 1992-ci il tarixdə vəfat etmiş X11 tərəfindən ona 1992-ci ilin əvvəlində satılmasına dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosu tərəfindən 16 sentyabr 1976-cı il tarixdə verilmiş və 3282 inventar nömrəsi ilə qeyd edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X9 məxsus olmuşdur. O 1992-ci il ildə qeyd edilən fərdi yaşayış evini X2 almışdır. Fərdi yaşayış evinə görə evin mülkiyyətçisinə aralarında olan razılaşmaya əsasən 8000 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin həmin vaxt aralarında olan alqı-satqı müqaviləsini notarial qaydada təsdiqlədə bilməmişdir. Belə ki, evin mülkiyyətçisi olan X11 11 iyul 1992-ci il taridə vəfat etmişdir. O X7 vəfatından sonra onun vərəsələrini axtarsa da, heç kimi tapa bilməmişdir ki, onlarla da olsa, aralarında olan alqı-satqı müqaviləsini rəsmiləşdirə bilsin. Ona həmin mülkiyyətçinin vərəsələrinin olmaması bildirilmişdir. Ona görə də sənədləşmə işləri ondan asılı olmayan səbəbdən bu günə kimi rəsmiləşmədən qalmışdır. Lakin o fərdi yaşayış evini satın aldığı gündən bu günə kimi qeyd edilən fərdi yaşayış evindən faktiki olaraq sahiblik və istifadə edirəm və bu müddət ərzində mənə qeyd edilən evlə bağlı hər hansı pretenziya və tələb digər şəxslər tərəfindən irəli sürülməmişdir. Hətta o son zamanlar fərdi yaşayış evini öz adıına rəsmiləşdirmək üçün rəsmi şəkildə müvafiq dövlət orqanlarına müraciət edərək, Əzrə Muradxanovaya aid hər hansı vərəsəsinin olmasını axtarsa da, ona həmin şəxsin nikahı və övladları barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Əzrə Muradxanovadan satın aldığı ünvan 1 saylı evin bütün kommunallarla bağlı sənədləri də onun adındadır. O bir alıcı kimi üzərinə düşən vəzifəni layiqincə icra edərək fərdi yaşayış evinin dəyərini tamamilə ödəmişdir. Əgər həmin evin dəyərini ödəməsəydi, yəqin ki, ev uzun müddət ərzində heç bir mübahisəsiz onun sahibliyində və istifadəsində olmazdı. Eyni zamanda fərdi yaşayış evinin mülkiyyətçisi olan X11 isə mənzili ona satdıqdan qısa müddət sonra vəfat etdiyindən və onun vərəsələri olmadığından alqı-satqı əqdini notarial qaydada təsdiq etdirə bilməmişdir. Yaranmış mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onunla X11 arasında fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı münasibətlər 1992-ci ildə yarandığından aralarında olan mübahisənin həllinə də həmin vaxt qüvvədə olan qanunvericilik normaları şamil edilməlidir. Belə ki, həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (xx.xx.1964- cü ildə qəbul edilən) 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Əzrə ilə üzbəüz evlərdə qonşu olmuşlar və Əzrə 20-25 il qeyd edilən evdə yaşamış, sonra həmin evi Minirəyə almışdır. Minirə alanda 8000 ABŞ dollarını onların yanında vermiş və bağlı qonşuların iştirakı ilə akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, onlar Əzrə ilə uzun illər qonşu olublar. Qeyd edilən fərdi yaşayış evini X1 satın almışdır. O vaxtdan da orda yaşayır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən, elektron informasiya sistemində xx.xx.2023-cü ilədək araşdırılma aparıldığı və elektron informasiya sistemində olan məlumatlara əsasən X7 nikahı və övladları barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. İş materiallarında olan 3282 nömrəli Texniki İnventarizasiyası və Qiymətləndirilməsinə aid pasportun surətində göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X9 məxsus olmuşdur. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixdə Quba şəhərində tərtib olunmuş aktdan göründüyü kimi, Quba şəhərində yaşayan X5, X12, X3 iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, X15 özünə məxsus Quba şəhəri, Muxtadır küçəsi ev 10 da yerləşən fərdi yaşayış evini 1992-ci il də 8000(səkkiz min) dollara Ərizəçi satmışdır. Həmin vaxtdan indiyə kimi Ərizəçi o evdə yaşayır və əmlakı idarə edir. Evin komunalları Ərizəçi məxsusdur və komunal xərclərini Ərizəçi ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosu tərəfindən 16 sentyabr 1976-cı il tarixdə verilmiş və 3282 inventar nömrəsi ilə qeyd edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportla X9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqısı barədə 1992-ci ildə razılığa gəlmiş və aralarında notarial qaydada təsdiqlənməyən əqd bağlamışlar. Məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan əqd mövcuddur. Yazılı əqdin mövcud olması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkün edir. Həmçinin bağlanmasının müəyyən edilməsi xahiş edilmiş əqdin icrası elə həmin tarixdən baş tutmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosu tərəfindən 16 sentyabr 1976-cı il tarixdə verilmiş və 3282 inventar nömrəsi ilə qeyd edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 11 iyul 1992-ci il tarixdə vəfat etmiş X11 tərəfindən Ərizəçi 1992-ci ildə satılmasına dair bağlanmış alqı-satqı əqdinin etibarlı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X4 Bürosu tərəfindən 16 sentyabr 1976-cı il tarixdə verilmiş və 3282 inventar nömrəsi ilə qeyd edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport əsasında X9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən Ərizəçi satılmasına dair alqı-satqı əqdinin etibarlı olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar