Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1879/2021 30.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cəfərova Fərqanə Valeh qızına qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* reyestr nömrəli 27 fevral 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 86,2 kv.metr, torpaq sahəsi 0,073 ha olan ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* reyestr nömrəli 14 fevral 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 86,2 kv.metr, torpaq sahəsi 0,073 ha olan ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cəfərova Fərqanə Valeh qızının istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 27 fevral 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86.2 m2, torpaq sahəsi 0,073 ha olan fərdi yaşayış evi ona məxsusdur. O, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məxsus fərdi yaşayış evində ondan başqa cavabdehlərin də qeydiyyatda olmalarını öyrənmişdir. Cavabdehlər ona məxsus fərdi yaşayış evində illər əvvəl yaşamışlar. Hazırda cavabdehlər ona məxsus fərdi yaşayış evində yaşamırlar. Cavabdehlərin özlərinə məxsus fərdi yaşayış evləri vardır. O, cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmiş, Quba rayon Polis Şöbəsinin 25 yanvar 2019-u il tarixli məktubu ilə cavabdehlərin qeydiyyatdan çıxarılmaları məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən mülki iddia qaydasında aidiyyatı üzrə müraciət etməsi bildirilmişdir. Bildirmək istəyir ki, hazırda cavabdehlər ona məxsus fərdi yaşayış evində qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarının pozulması sayılır. Cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda qalmaları ona mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur, bu səbəbdən də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cəfərova Fərqanə Valeh qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 iyun 2007-ci il tarixli, müqavilədən surətindən görünür ki, X5 özünə məxsus ünvan 3 ünvanda, ümumi sahəsi 85,2 kv.metr, yaşayış sahəsi 42,6 kv.metr, köməkçi sahəsi 42,6 kv.metr, 0,073 ha torpaq sahəsində yerləşən evini oğlu İddiaçı bağışlamışdır. İş materiallarında olan 19 aprel 2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X5 AR ƏMDKYDƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 05.04.2013-cü il tarixdə verilmiş 4/559 saylı arayışa və AR ƏMDKYDƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 27.02.2013-cü il tarixdə verilmiş, seriya nömrəsi RX 0133259, reyestr nömrəsi **********30- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,073 hektar torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, reyestr nömrəsi **********30-10301 olan, ********** qeydiyyat nömrəli 27.02.2013-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi 19 №li reyestr kitabının 69 №li vərəqində 27.02.2013-cü il tarixdə fərdi yaşayış evi tam İddiaçı və torpaq sahsi tam X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********30-10301 olan, ********** qeydiyyat nömrəli 14.02.2014-cü il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri, Səməd Vurğun kçüəsi, ev 88 saylı fərdi yaşayış evi 19 №li reyestr kitabının 69 №li vərəqində 14.02.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdı İş materiallarında olan AR DİN Yaşayış yeri qeydiyyat haqqında 02.08.2021-ci il tarixli, ******* №li arayışdan görünür ki, Quba şəhəri, Səməd Vurğun kçüəsi, ev 88 saylı fərdi yaşayış evində X5, X4, Cavabdeh3, X3 və X2, Cavabdeh2, Cavabdeh4 və Cəfərova Fərqanə Valeh qızı qeydiyyatdadırlar. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin İddiaçı ünvnalanmış 25.01.2019-cü il tarixli məktubundan görünür ki, X4, Cavabdeh3, X2, Rəhimov Əmin Nizami oğlu, Cavabdeh2, Cavabdeh4 və Cəfərova Fərqanə Valeh qızının ünvan 2 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən mülki iddia qaydasında aidiyyatı üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən müəyyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqaviləsinə əsasən İddiaçı məxsusdur. Keçmiş mülkiyyətçilər, yəni cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamırlar və onlar daimi yaşamaq üçün başqa ünvanlara köçmüşlər. Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatda qalmaları iddiaçının həmin evə mükiyyət hüquqlarını pozur. Ona görə də, məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* reyestr nömrəli 14 fevral 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 86,2 kv.metr, torpaq sahəsi 0,073 ha olan ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cəfərova Fərqanə Valeh qızının istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* reyestr nömrəli 14 fevral 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 86,2 kv.metr, torpaq sahəsi 0,073 ha olan ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cəfərova Fərqanə Valeh qızının istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1879/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1879/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver