Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1880/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X21 oğlunun katibliyi, ərizəçi Əhmədova (Qəniyeva) Bahara Nəmət qızının iştirakı ilə ərizəçi Əhmədova (Qəniyeva) Bahara Nəmət qızının maraqlı şəxs Quba regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Əhmədova (Qəniyeva) Bahara Nəmət qızının maraqlı şəxs Quba regionla “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN:428 Kod 30307038 saylı dövlət aktına əsasən mərhum atası X9 məxsus olmaqla ondan miras qalmış Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, Digah kəndi olması və həmin mirasın X6 ölümündən sonra Əhmədova (Qəniyeva) Bahara Nəmət qızının qəbul etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Əhmədova (Qəniyeva) Bahara Nəmət qızı ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN:428 Kod 30307038 saylı dövlət aktına əsasən mərhum atası X10 məxsus olmaqla ondan miras qalmışdır. X1 və X4 1936-cı ildə el-adəti üzrə evlənib ailə qurmuşlar. Bir ailədə yaşadıqları müddətdə 15.12.1937-ci il tarixdə qardaşı Məmməd, 01.01.1951-ci il tarixdə bacısı Fəridə və xx.xx.1955-ci il tarixdə o, özü doğulmuşdur. X2 29.01.1989-cu il tarixdə, atası 29.08.1997-ci il tarixdə vəfat etmişlər. Atasının ölümündən sonra onun vərəsələri qardaşı X15, bacısı Qəniyeva (Quliyeva) Fəridə Nəmət qızı və o, Qəniyeva (Əhmədova) Bahara Nəmət qızı qalsalar da, vərəsələrdən bacısı Fəridə valideynlərinin sağlığında ailə quraraq Şabran rayonuna köçmüş və orada yaşamış, miras əmlakı olan torpaq sahəsi ilə əlaqəsi olmamışdır. Eləcə də, qardaşı Məmməd nə atasının sağlığında, nə də onun ölümündən sonra miras əmlakı olan torpaq sahəsindən istifadə etməmiş və ümumiyyətlə torpaq sahəsi ilə əlaqəsi olmamışdır. Atasından miras qalmış 0,98 ha torpaq sahəsi olan miras əmlakını yalnız faktiki o, istifadə və idarə etməklə qəbul etmişdir. Digər vərəsələr olan qardaşı Məmməd və bacısı Fəridə miras qalmış torpaq sahəsini nə faktiki idarə etməklə, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. Atasının ölümündən sonra ondan miras qalmış qeyd olunan torpaq sahəsi üzrə torpaq vergisini hər il o, ödəmiş və miras qalmış torpaq sahəsini təyinatı üzrə istifadə etməklə əkibbecərmişdir. Quba rayonu, Digah kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki idarə etməklə mirası qəbul etmişdir. Məhkəmə iclasında ərizəçi Əhmədova (Qəniyeva) Bahara Nəmət qızı ərizəni müdafiə edərək, bildirdi ki, Quba rayonu, Digah kəndində yerləşən torpaq sahəsi atasından miras qalmışdır. Atasının ölümündən sonra vərəsələri anası, bacısı və qardaşı vəfat etmişdir. O, tək qalan vərəsə kimi mirası faktiki qəbul edərək idarə edir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı tərəf Quba regionla “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə lazımi qaydada xəbərdar edilsə də, maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: - torpağa mülkiyyət hüququna dair JN:428 Kod 30307038 saylı dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15.08.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X9 Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir; - V-JQ 263869 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 05.09.1997-ci il tarixdə ölmüşdür; - Quba RİHB-nin Xucbala İƏD üzrə nümayəndəliyin 17.08.2021-ci il tarixli 566 saylı arayışından görünür ki, X6 vəfatından sonra vərəsələri: X4 (vəfat etmiş), X15 (vəfat etmiş), X12 (vəfat etmiş) və Qəniyeva Bahara Nəmət qızı qalmışdır; - Quba rayon Qeydiyyat şöbəsinin 11.08.2021-ci il tarixli arayışlarından görünür ki, X15 08.11.2006-cı il tarixdə, X12 29.06.2018-ci il tarixdə vəfat etmişdir; - AZ-İ 158707 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş Bahara X3 qızıdır; - İ-JQ 280721 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qəniyeva Bahara Nəmət qızı 11 avqust 1974-cü il tarixdə X7 ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Əhmədova” soyadı verilmişdir; - Quba rayonu Digah-Xucbala bələdiyyəsinin 10.09.2021-ci il tarixli 222 nömrəli arayışından görünür ki, Əhmədova (Qəniyeva) Bahara Nəmət qızının atası X6 Quba rayonu, Digah kəndində yerləşən JN:428 Kod 30307038 saylı aktda qeyd olunmuş torpaq sahəsinin 01.01.2022-ci il tarixinədək vergi borcu yoxdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 06.02.2021-ci il tarixli 2387 nömrəli məktubundan görünür ki, Əhmədova (Qəniyeva) Bahara Nəmət qızı mirasın qəbulu müddətini ötürdüyü üçün, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən “məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır”; 307.2.9-cü maddəsinə əsasən “məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır”; 308-ci maddəsinə əsasən “məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir; 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göstərilənlərdən və qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, Əhmədova (Qəniyeva) Bahara Nəmət qızı tərəfindən atası X5 miras qalmış Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat orqanına müraciət edilməməsinə baxmayaraq, həmin torpaq sahəsi onun tərəfindən faktiki qəbul edildiyindən mirasın açıldığı gündən onun mülkiyyəti sayılmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən edildi ki, ərizəçinin atası 05.09.1997-ci il tarixdə vəfat etmiş və vəfatından sonra üç vərəsəsi həyat yoldaşı Maxfırat Qəniyeva, iki qızı Fəridə və Bahara və oğlu Məmməd Qəniyev qalmışdır. Həmin vərəsələrdən üçü, Maxfırat, Fəridə və Məmməd Qəniyevlər vəfat etmişlər. Hazırki gün üçün vərəsələrdən bir tək Bahara Qəniyeva qalmış, hansı ki, miras qoyandan qalan əmlakı faktik olaraq idarə edir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN:428 Kod 30307038 saylı dövlət aktına əsasən X9 məxsus olmaqla ondan miras qalmış Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yeri Quba rayonu, Digah kəndi olması müəyyən edilməli, həmin mirasın Əhmədova (Qəniyeva) Bahara Nəmət qızı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 miras qalmış Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yeri Quba rayonu, Digah kəndi olması müəyyən edilsin. X5 miras qalmış Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçi Əhmədova (Qəniyeva) Bahara Nəmət qızı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1880/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1880/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver