Məhkəmə qərarları › İş №2(027)-1917/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1917/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1917/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 435 (dörd yüz otuz beş) manat məbləğində əsas borc və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonun Bağbanlı kəndində yaşayan Cavabdeh istifadə etdiyi təbii qaza görə 01.08.2021-ci il tarixinə 435 manat ödənilməmiş borcu qalmışdır (Ümumi borcu 1128,70 manat: bundan 691,20 manat dəymiş ziyan, 435 manat debitor borc). Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borc ödənilməmişdir. Buna görə də, Cavabdeh təbii qazdan istifadə edilməsinə görə yaranmış borcun İddiaçı İB-nin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən Məhkəməyə təqdim olunmuş abonentin sadosu ilə təsdiq olunur. Həmin saldodan görünür ki, abonent Cavabdeh Quba rayonun Bağbanlı kəndində yerləşən mənzili üzrə təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə 2021-ci ilin iyun ayına olan borcu 1128,70 manat təşkil edir ki, bundan 691,20 manat dəymiş ziyan, 435 manat debitor borcdur. Cavabdeh məhkəmə iclasına gəlməmiş, irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulamılıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Təbii qazdan istifadəyə görə yaranmış 435 (dörd yüz otuz beş) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar