Məhkəmə qərarları › İş №2(027)-192/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-192/2020

09.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-192/2020 09.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi və Cavabdeh torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, torpağın alğı-satqısına dair xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, torpağın alğı-satqısına dair xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə İddiaçı ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Mülki işin baxılması barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddiaçı tərəfin ərizəsini və mülki işi nəzərdən keçirərək, hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi geri qaytarılaraq baxılmamış saxlanılmalı, Cavabdeh torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, torpağın alğı-satqısına dair xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır.. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi və Cavabdeh torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, torpağın alğı-satqısına dair xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Cavabdeh torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, torpağın alğı-satqısına dair xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar