Məhkəmə qərarları › İş №2(067)-337/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-337/2023

30.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-337/2023 30.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Müzəffər-oba kəndində yerləşən onun mülkiyyətində olan cavabdehlərin zəbt edərək istifadə etdiyi torpaq sahəsinin tam zəbt edilməsinin ekspertiza təyin olunaraq müəyyən olunması, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq cavabdehlərin qanunsuz sahibliyindən alınaraq bərpa edilməsi, cavabdehlər tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və onlar tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması, habelə ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı işin baxılmamış saxlanılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasına İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 gəlmişlər, Cavabdeh1 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh1nın iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən işin baxılmamış saxlanılması barədə ərizə təqdim olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar