Məhkəmə qərarları › İş №2(102)-2613/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2613/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2613/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh6 qarşı (vərəsələri X1, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı) iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəri hüquq varisliyinə yol vermədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh6 qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sah əsinin boşaldılması, torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-540/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayəti üzrə işə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər Quba rayonu, İspik kəndində qonşuluqda yaşamışlar.

2. Quba rayonu, İspik kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir.

3. Cavabdeh6 xx.xx.2020-ci ildə vəfat etmiş, vəfat etdikdən sonra 5 vərəsəsi qalmışdır: arvadı X1 və övladları Cavabdeh2, Cavabdeh3, Yusifova (Əlimova) Nargilə Sübhəddin qızı, Mirzəbəyova (Əlimova) Vəfa Sübhəddin qızı. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin Quba rayonu ispik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahasinin cavabdehin hesabına boşaldılması, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun torpaq sahəsini Cavabdeh6 atababa torpağı adı altında qeyri-qanuni zəbt edərək üç ildir istifadə etməyinə imkan vermir.

6. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, mübahisə predmeti olan torpaq sahəsinin uzun illər özü və ailəsi tərəfindən istifadə edildiyini, torpaq sahəsinə dair rəsmi sənədlərinin olmamasını bildirərək, idd ia tələbinin təmin edilməməsini xahiş etmişdir. 7. "xxxx" MMC-nin 01/567 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə görə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.02 ha hissəsi Xəritə 1-də göstərilən forma və Cədvəl 1-də qeyd edilən ölçülər daxilində cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə cava bdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur və bununla bağlı heç bir sənəd təqdim edilməmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4150 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə görə, "xxxx" MMC-nin 01/567 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsi xəritə 1-də göstərilən forma və Cədvəl 1-də qeyd edilən ölçülər daxilində cavabdeh tərəfindən faaktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeyd iyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0,12 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur və bununla bağlı heç bir sənəd təqdim edilməmişdir.

9. Cavabdeh6 vəfat etdiyindən birinci instansiya məhkəməsində mülki iş üzrə icraat dayandırılmışdır. Müəyyən olunmuşdur ki, X1, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı mərhumun qanun üzrə vərəsələridir. Ona görə də məhkəmə qeyd edilən şəxsləri Cavabdeh6 vərəsələri olaraq cavabdeh kimi işə cəlb etmişdir.

10. Quba Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Rahim Həsənov, iş N 2(027)-58/2022) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhk əməsi müvafiq ekspert rəyinə istinad edərək hesab etmişdir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 29, Mülki Məcəllənin 170.2, 152.1, 157.4, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəsi olan torpaq sahəsi yüz ildən artıqdır ki, onların istifadəsində və sahibliyində olmuşdur. Respublikada torpaq islahatı aparılarkən onların ailə üzvlərimizə JN: 0244 KOD 30300018 saylı torpağ a mülkiyyət hüququna dair dövlət aktı əsasında 0,90 ha torpaq sahəsi həmin ərazidən ayrılmışdır. Bu torpaq sahəsini uzun illər onlar becərmişlər. Hal-hazırda iddiaçı ona məxsus 0,12 ha torpaq sahəsindən istifadə etdiklərini bildirir. Məhkəmə qətnaməsində də onun və ailə üzvlərinin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Halbuki məhkəmə gedişatında təyin olunmuş "xxxx" MMC-nin 01/567 saylı, 27 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 20/4150 saylı, 30 dekabr 2020-ci il tarixli ekspert rəyində bildirilir ki, iddiaçının 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Nəticədə isə onların 0,12 ha torpaq sahəsindən çıxarılması qərara alınır ki, bu da düzgün nəticə deyildi r. Torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən aktın surətini, torpaq sahəsinin onların sahibliyində və istifadəsində olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişlər. İddiaçı onun və ailə üzvləri tərəfimdən ona məxsus 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və məhkəmə prosesində bu öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə qətnaməsi mülki prosessual məcəllənin göstərilən maddələrinin pozulması ilə qəbul edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsində icraat zamanı Cavabdeh3 ərizə təqdim edərək bildirmişdir ki, 0,02 ha torpaq sahəsini zəbt etdiyini etiraf edir və oradan çıxarılmasına etiraz etmir.

16. Digər vərəsələr məhkəməyə ərizə ünvanlayaraq apelyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bi ldirmiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova və Almaz Süleymanova, iş N 2(105)-540/2023) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi yalnız o halda iş üzrə icraata xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümündən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməsin. Mübahisəli hüquq münasibətinin hüquqi varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyy ən edilir. Nəzərə almaq lazımdır ki, bir qayda olaraq şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir.

19. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərdən biri olan şəxs Cavabdeh6 öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-nin 261.0.7-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) qərardadın ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlillərinə görə, qərardadda qətnamənin ləğv olunmasının əsası kimi, guya cavabdehl Cavabdeh6 ölməsi göstərilmişdir. Lakin bildirir ki, Cavabdeh6 cavabdeh deyildir, o, 2020-ci ildə vəfat etmişdir. Onun iddiası hal-hazırda qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmiş uşaqlarından gedir. Onun torpağını Cavabdeh6 yox, onun uşaqları zəbt ediblər. Bu halda hansı hüquq varisliyindən söhbət gedə bilər? Həmçinin onu da bildirir ki, apellyasiya şikayətini vermiş yeganə Cavabdeh3 Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə yazaraq, iddianı etiraf etmiş, onun torpaq sahəsini zəbt etdiyini bildirməklə, oradan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi bunu da nəz ərə almamışdır. Yuxarıdakılara əsasən və mübahisələndirilən 0,12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması səbəbindən, Sumqayıt Apellyasiya Məhkəməsi onun hüquqlarının pozulmasına yol vermişdir. Ümumiyyətlə götürdükdə isə qərardad əsassızdır və Mülki-Prosessual, həmçinin Torpaq qanunvericiliyinin müddəalarına ziddir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

32. Kassator qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

35. Hazırki mübahisə şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibəti olduğundan hüquq varisliyinə yol verilmir. Göstərilənlərə əsasən qərardad qanuni və əsaslıdır.

36. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məh kəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-540/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar