Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-58/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızına qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası əmlak Məsaələləri Dövlat Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestiri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu ispik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahasinin cavabdeh X2 hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə cavabdeh X4 tərəfindən yaradılmış maneələri aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azarbaycan Respublikas Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən verilmiş qeydiyyat nömrəsi ********** çıxarış asasında Quba royon İspik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi onun mülkiyyətindədir. Onun torpaq sahəsini cavabdeh X6 qeyri qanuni Ata- baba torpağı adı altında zəbt edərək üç ildir istifadə etməyinə imkan vermir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X4 vəfat etdiyindən, mülki iş üzrə icraat dayandırılmışdır. Müəyyən olunmuşdur ki, X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı mərhumun qanun üzrə vərəsələridir. Ona görə də məhkəmə qeyd edilən şəxsləri X3 vərəsləri olaraq cavabdeh kimi işə cəlb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtləki, əldə edilən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, mübahisə predmeti olan torpaq sahəsinin illərdir onun və ailəsi tərəfindən istifadə edildiyini, torpaq sahəsinə dair rəsmi sənədlərinin olmamasını bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər X5, Cavabdeh2, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin 01/567 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.02 ha hissəsi Xəritə 1-də göstərilən forma və Cədvəl 1-də qeyd edilən ölçülər daxilində cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur və bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/4150 saylı, xx.xx.2020ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 01/567 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsi xəritə 1-də göstərilən forma və Cədvəl 1-də qeyd edilən ölçülər daxilində cavabdeh tərəfindən faaktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0,12 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur və bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Ekspert tərəfindən qeyd olunur ki Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatını aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, Quba rayonu, İspik kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası əmlak Məsaələləri Dövlat Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestiri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu ispik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahasinin cavabdeh X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı tərəfindən yaradılmış maneələri aradan qaldırılması xahiş edir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin 01/567 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 10/4150 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.02 ha hissəsi Xəritə 1-də göstərilən forma və Cədvəl 1-də qeyd edilən ölçülər daxilində cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Quba rayonu, İspik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur və bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Cavabdehlər isə torpaq sahəsindən istifadə edilməsinin qanuni olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, cavabdeh X2 vərəsələri X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı iddiaçıya məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlat Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestiri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu ispik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahasinin cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının hesabına boşaldılmalı, həmin torpaq sahəsində iddiaçıya cavabdehlər tərəfindən yaradılmış maneələri aradan qaldırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlərdəndən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 vərəsələri X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının İddiaçı məxsus zəbt etdikləri Azərbaycan Respublikası Əmlak Məsaələləri Dövlat Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestiri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu İspik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılsınlar, həmin torpaq sahasi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının hesabına boşaldılsın, İddiaçı məxsus torpaq sahəsinə cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh X2 vərəsələri X5, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızından müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-58/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-58/2022
02.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver