Məhkəmə qərarları › İş №2(105)-540/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-540/2023

05.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-540/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızına və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə çıxarılmış Quba Rayon Məhkəməsinin 2(027)-58/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın təmin edilməsi, cavabdeh X3 vərəsələri X6, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının İddiaçı məxsus zəbt etdikləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlat Komitəsi yanında DAŞİNMAZ Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu İspik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahasi cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızının hesabına boşaldılması, İddiaçı məxsus torpaq sahəsinə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızı tərəfindən yaradılmış maneələr aradan qaldırılması, cavabdeh X3 vərəsələri X6, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızı və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızından müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması barədədir. Hazırkı iş üzrə cavabdeh X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.7. maddəsinə əsasən hakim iş üzrə icraata iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə xitam verir. Qanunun mənasından göründüyü kimi iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi yalnız o halda iş üzrə icraata xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümündən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməsin. Mübahisəli hüquq münasibətinin hüquqi varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Nəzərə almaq lazımdır ki, bir qayda olaraq şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərdən biri olan şəxs Sübhəddin Əlimov öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, Quba Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Əlimova (Yusifova) Nargilə Sübhəddin qızına və Əlimova (Mirzəbəyova) Vəfa Sübhəddin qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar