Məhkəmə qərarları › İş №2(027)-1927/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1927/2024

07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1927/2024 07.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 Səfərli qızının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 Səfərli qızına, Cavabdeh2 və maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən ediıməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 sentyabr 2017-ci il tarixdə vəfat etmiş atası -X1 vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən ünuni sahəsi 130.3 kv qeyri yaşayış binası, ölçüləri 0.01466 olan torpaq sahəsindən mirasın qəbul olunması və vərəsəlik tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci ildə Quba şəhərində anadan olmuşdur. Atası-X5r. 11 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir, ölümündən sonra onlara məxsus ünvan 2 ünvanda yerləşən ünuni sahəsi 130.3 kv qeyri yaşayış binası, ölçüləri 0,01466 ha olan torpaq sahəsindən miras qalmışdır. X2 vəfat etməmişdən əvvəldə o atasına baxmış hətda atasının xəstəliyinə görə əmisi Məhhərrəm də onunla birlikdə olub, atası rəhmətə getdikdən sonra o atasının dəfn mərasimində iştirak etmiş el adiyyatı ilə dəfn etmişlər. O, Atası - X3 miras qalmış əmlaka ərəsəlik hüququnun müəyyən etmək üçün X15 Xidmət notariat Ofisinə müraciət etmişdir. X15 Xidmət notariat Ofisi xx.xx.2023cü il tarixli məktubu ilə Atası -X3 miras qalmış əmlaka mirasın qəbulu edilmiş lakin onun xəbəri və iştirakı olmadan paylar müəyyən olunması barədə qətnamə olmasını əsas gətirərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina etmişdir. Ona görə də pozulmuş hüquqlarıının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hal-Hazırda o, həqiqətən vəfat etmiş X4 övladıdır. İş üzrə Cavabdeh1 Səfərli qızının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil oğlu iddiaya etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı mənə və digər cavabdehə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək 11 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X2ndan vəfat etdikdən sonra ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 130.3 kv.m qeyri yaşayış binası, ölçüləri 0,01466 ha olan torpaq sahəsindən mirasın qəbul olunması və vərəsəlik tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atasına xəstəliyinə görə baxmış, dəfn mərasimində iştirak etmiş, atası vəfat etdikdən sonra onun xəbəri və iştirakı olmadan payların müəyyən edilmişdir. İddia tələbini qəbul etmir, əsassız olduğundan rədd edilməsini xahiş edir. İddiaçının iddia ərizəsində qeyd etdikləri başdan ayağa yalan olmaqla, məqsəd ədalət mühakiməsini yanıltmaqdır. Ona görə ki, hazırkı İddiaçı və Cavabdeh2 2018-ci ildə ona qarşı vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli. 2(027)-206/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş. X1 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.3 kv.m olan qeyri yaşayış binasına və ölçüsü 0.0146 ha olan torpaq sahəsinə Cavabdeh2 və Cavabdeh1 bərabər paylarla hər birinə ½ hissə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras qoyan X1 miras qalmış əmlakı Cavabdeh1 faktiki idarə etməklə, Cavabdeh2 isə notariat kontoruna ərizə verməklə qəbul etmişdir. İddiaçı isə hazırkı iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq nə mirası faktiki olaraq qəbul etmiş, nə də ki, notariat orqanında ərizə vermişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(105)-2751/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(027)-206/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçılar həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-539/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(105)-2751/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq bundan əvvəl mirasın qəbul edilməsi və vərəsəlik paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsilə müraciət etmiş, lakin mirası nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etməməsi müəyyən edilmişdir. Həmin məhkəmə qərarları qanuni qüvvəsinə minmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş mülki iş üzrə müəyyən edilmiş faktlar yenidən mübahisələndirilmir və sübut edilmir. Həmçinin iddiaçının atasının xəstəliyində ona baxması və dəfn mərasimində iştirak etməsi ilə bağlı iddia ərizəsində qeyd edilənlərlə bağlı bildirmək istəyirəm ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki. hal-hazırda özlərini Səfərəlinin oğlanları kimi göstərən Zaur və İddiaçılər atasının sağlığında heç onunla maraqlanmamışlar. Dəfələrlə xəstəxanalarda yatan zaman onun yanına getməmiş, ən ağır günündə son nəfəsində ona baş çəkməmiş, hətta yas mərasimində belə iştirak etməmişlər. İddiaçılar həmin akta qarşı heç bir etirazını, aktda qeyd edilənlərin əksinə sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Yuxarıda sadaladığı halları nəzərə alaraq İddiaçı ona və digər cavabdehə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək 11 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X2ndan vəfat etdiksən sonra ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 130.3 kv.m qeyri yaşayış binası, ölçüləri 0,01466 ha olan torpaq sahəsindən mirasın qəbul olunması və vərəsəlik tanınması barədə iddiasının rədd edilməsinini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Səfərli qızının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2 və maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməslərinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə həmin cavabdehin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Quba rayon məhkəməsinin 24 yanvar 2019cu il tarixli 2(027)-206/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı vərəsəlik paylarının müəyyən edilməsi, evdən çıxarılma, pul tələbi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X1 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 130,3 kv.m qeyri-yaşayış binasına və ölçüsü 0,0146 ha olan torpaq sahəsinə Cavabdeh2 və Cavabdeh1 bərabər paylarla – hər birinə 1/2 hissə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2(105)-2751/2019 saylı qətnaməsindən görünür ki, Quba rayon məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(027)-206/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2(105)-2751/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır; Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı ünvnlanmış xx.xx.2023-cü il tarixli 2382 №li və xx.xx.2024-cü il tarixli 587 №li məktublarından görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüşdür, müddətin bərpası və vərəsələr arasında payların müəyyən olunmasına görə mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur; İş materiallarında olan AZ-İ seriyalı 908065 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə ölmüşdür. Beləliklə, faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, Quba rayon Məhkəməsinin 2(027)-206/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı mirası faktiki qəbul etmədiyinə və qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etmək üçün notariat kontoruna müraciət etmədiyinə görə onun iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki-prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. Həmin Məcəllənin 1243-cü madəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu işdə də preyudisiallıq şərtləri mövcuddur. Belə ki, konkret fakt işdə iştirak edən şəxslərin (tərəflərin) iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir və bu fakt həmin işdə iştirak edən tərəflərin iştirak etdiyi başqa bir iş üzrə də sübut etmə predmetinə aiddir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1 Səfərli qızına, Cavabdeh2 və maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən ediıməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, Q ə t e t d i: İddiaçı Cavabdeh1 Səfərli qızına, Cavabdeh2 və maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar