Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1932/2021 06.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X12 ərizə ilə məhkəməyə müraciət edərək, X1 ilə atası X6 faktiki nikah münasibətlərindən o, X12 xx xxxxxx 2001-cı il tarixində Quba rayonu, Gümür-Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi, ona, yəni X9 doğum haqqında şəhadətnamə verilərkən, vətəndaş qrafasında X12, ata qrafasında X13, ana qrafasında X10 kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X12 ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 2001-cı ildə Quba rayonunda doğulmuşdur. X1 ilə atası X13 2000-cı il tarixində el adəti üzrə ailə qurmuşlar. Birgə nikahlarını 11 avqust 2021-ci il tarixində qeyd etdirmişlər. Birgə münasibətlərindən o, və bacısı doğulmuşdur. Atası ilə anasının rəsmi nikahı olmadığından o, ev şəraitində doğulduğu üçün ona vaxtında doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda onun 18 yaşı tamam olmuş, valideynləri ona vaxtında doğum haqqında şəhadətnamə almadığı üçün, özü doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 16 iyul 2021-ci il tarixli 378 nömrəli məktubu ilə 1999-2005- ci illərdə doğumların qeydə alınması ilə əlaqədar doğum faktını, vaxtını və yerini, təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş həkimin verdiyi sənəd təqdim edildikdə doğum haqqında şəhadətnamənin verilməsinin mümkünlüyü bildirilmişdir. Ona görə də, doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X12 ərizəsi müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X7 bildirmişlər ki, ərizəçini tanıyırlar. O, xx xxxxxx 2001-cı il tarixində Quba rayonu, Gümür-Dəhnə kəndində ev şəraitində anadan olmuşdur. Onun anası – X10, atası ilə X11r. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X10 arasında 11.08.2021-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X4 rayonu, Gömür-Dəhnə kənd sakini olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 11.08.2021-ci il tarixli və 16.07.2021ci il tarixli arayışlarından görünür ki, X12 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçinin uşağı tibb müəssisəsindən kənarda anadan olduğu üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə qeyd edilib ki, “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-44.2-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X5 xx.xx.2001-ci il tarixdə Quba rayonu, Gümür-Dəhnə kəndində X3 doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, atalıq faktının müəyyən edilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi bununla əlaqədar ilk öncə Maraqlı şəxsnə müraciət etməli, atalıq faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmadıqda Quba rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X5 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə qismən təmin edilsin. X5 xx.xx.2001-ci il tarixdə Quba rayonu, Gümür-Dəhnə kəndində X3 doğulması faktı müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1932/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1932/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver