Məhkəmə qərarları › İş №2(027)-1936/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1936/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1936/2020 26.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat şöbəsinə qarşı «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair ərizə üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə vəfat etmiş X9 onun anası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx xxxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 onun anası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 1911-ci il tarixdə Quba rayonu İdrisi kəndində, X3 1921-ci il tarixdə Quba rayonu İdrisi kəndində anadan olmuşdur. X12 və X10 faktiki olaraq ailə qursalarda, nikahlarını xx xxx 1961-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə, X13, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, X19, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, X14 anadan olmuşdur. Atası X12 xx xxxx 1983-cü il tarixdə, X3 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi o Ərizəçi və X13, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, X19, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, X14 qalmışdır. X2 Quba rayonu, İsnovqışlaq kəndində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 0,14 ha torpaq sahəsi və 2,85 ha pay torpaq sahəsi miras qalmışdır. Anası X10 öldükdən sonra da ondan qalmış miras əmlakı o qəbul edərək idarə etmiş, əmlaka dair vergiləri ödəmişdir. O, hal-hazırda ailə üzvləri ilə birlikdə anasından miras qalmış pay torpaq sahəsində yerləşən evdə yaşayır, 2,85 ha pay həyətyanı torpaq sahəsində əkibbecərməklə məşğul olur. Məhkəmədə Ərizəçi məhkəməyə verdiyi izahatında bildirdi ki, onun doğum haqqında şəhadətnaməsində doğulduğu vaxt atası ilə nikahı olmadığı üçün anasının soyadı olan Cəbrayılov kimi yazılmış, atası qrafası boş saxlanılmışdır. Sonradan anası ilə atasının nikahı xx xxxxxx 1961-ci ildə bağlanmış, anası atasının soyadı olan Nəzərova soyadını qəbul etmişdir. Onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində də atası Lətif qeyd edilmişdir ki, Lətif də onun atası anası Tavatla nikaha daxil olan şəxsdir. O soyadının Cəbrayılovdan Nəzərova dəyişdirə bilmir. Ona görə ki, onun bütün sənədləri, nikah haqqında şəhadətnaməsi, uşaqlarının doğum haqqında şəhadətnaməsi, hərbi bileti, torpağa mülkiyyət hüququnu müəyyən edən hüquqmüəyyən edici sənədlərində soyadı Cəbrayılov yazılmışdır. Əgər soyadını Cəbrayılovdan Nəzərova dəyişsə, gərək onda bütün sənədlərində soyadını da Nəzərova dəyişsin ki, bu da mümkün deyildir. Bu barədə Maraqlı şəxsnə də müraciət etmiş, Maraqlı şəxsndən verilmiş imtina məktubunda qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək ona tövsiyyə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 578 nömrəli arayışdan görünür ki, X10 1921-ci ildə Quba rayonu, İdrisi kəndində anadan olmuş və xx.xx.2005-ci il tarixdə Quba rayou İsnovqışlaq kəndində vəfat etmişdir. Ölən günədək Quba rayonu İsnovqışlaq kəndində yaşamış və qeydiyyatda olmuşdur. Vəfat etdikdən sonra onun vərəsləri X13, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, X19, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Ərizəçi qızı, X15 qalmışdır. İş materiallarına əlavə olunmuş Quba rayonu Zərdabi kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1961-ci il tarixli, İ-İE 210362 nömrəli evlənmək haqqında şəhadətnaməyə əsasən X12 ilə X8 xx xxxxxx 1961-ci il tarixdə nikahları bağlamışlar. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Quba rayonu İdrisi kəndində anadan olmuşdur. X1r. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə Quba rayonu Zərqava kəndində doğulmuş, Quba rayonu İsnovqışlaq kənində yaşayır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Vəl-vələ İƏD üzrə icra nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ 113117 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxx 2005-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx xxxxxxx 2020-ci il tarixli 629 nömrəli məktubundan görünür ki, sənədlərdə ananın soyadının fərqli yazıldığı üçün onun soyadını Ərizəçi doğum haqqında akt qeydində düzəliş olunmasının mümkün olmadığı bildirilmiş, qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi X6 1911-ci il tarixdə Quba rayonu İdrisi kəndində, X3 1921-ci il tarixdə Quba rayonu İdrisi kəndində anadan olmuşdur. X12 və X10 faktiki olaraq ailə qursalarda, nikahlarını xx xxx 1961-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə, X13, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, X19, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, X14 anadan olmuşdur. X3 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi o Ərizəçi və X13, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, X19, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, X14 qalmışdır. X2 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat orqanına müraciət etmiş, lakin doğum haqqında şəhadətnaməsi ilə anasının ölüm haqqında şəhadətnaməsində anası Tavat Nəzərovanın soyadı fərqli olduğu üçün mümkün olmamışdır. Özünün doğum haqqında şəhadətnaməsində soyadının Cəbrayılovdan Nəzərova dəyişməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin soyadının dəyişməsinin mümkün olmaması, qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx xxxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi anası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi anası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar