Məhkəmə qərarları › İş №2(027)-194/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-194/2021

02.03.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-194/2021 02.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı bacısı X5 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xx.xx.2020-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 xx.xx.1966-cı ildə Quba rayonu, Alpan kəndində doğulmuşdur. X3 xx.xx.2015-ci ildən “Şizofreniyanın paranoid” xəstəliyindən əziyyət çəkir. Bacısı xəstəliyi ilə əlaqədar onun öz hərəkətlərini idarə edə bilmədiyindən müxtəlid dövlət orqanlarında öz xeyrinə olan müqavilələrin imzalanmasına razılıq verə bilmir və onun adından onun xeyrinə hər-hansı hərəkət etmək mümkünsüz olur. Odur ki, bacısı Ərizəçi öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı ollmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin arayışından və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X4, anası isə X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X10 xx.xx.1966-cı il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. X4, anası isə X1r. İş materiallarında olan Quba KPŞ-nin arayışından görünür ki, X15 xx.xx.2015-ci il tarixdən Quba KPŞ-nin psixiatrik kabinetində “Şizofreniyanın paranoid” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli, 205 saylı rəyindən görünür ki, tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, X10 xx.xx.2015-ci il tarixdən Şizofreniyanın paranoid forması diaqnozu ilə Quba MRX-nin konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. Yoxlanılan şəxsin bacısının verdiyi anamnestik məlumatlar və təqdim olunmuş tibbi sənədləri nəzərə alaraq müəyyən olunmuşdur ki,xx.xx.1966-cı il təvəllüdlü X5 yuxarıda göstərilən diaqnozlu əqli geriliklə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçüb- biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni oğlu xx.xx.1966-cı il təvəllüdlü X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X6 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1966-cı il təvəllüdlü Quba rayonu, Alpan kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar