Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1951/2023 24.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə və ərizələrə əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. 23 oktyabr 2023-cü il tarixdə iş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizələrini və iş materiallarını araşdırıb, hesab edir ki, İddiaçı vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalı, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsinə əsasən qarşılıqlı iddiası baxılmamış saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılma tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı vəsatətinə əsasən geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1951/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1951/2023
24.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver