Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1956/2021 18.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Quba Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhərində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən atası X10 düşən1/14 hissəsinə atasının ölümündən sonra onun- Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərir ki, X3 03 iyul 1075-ci il tarixdə anası Maraqlı şəxs1 ilə rəsmi nikaha daxil olmuşlar. Onların nikahından Ərizəçi xx xxxxxxxx 1974-ci il tarixdə, qardaşı, Maraqlı şəxs2 xx xxxxxx 1976-cı il tarixdə anadan olmuşdur. X3 27 oktyabr 2017-ci il tarixdə Quba rayonunda vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcəli vərəsələr kimi anası Maraqlı şəxs1, özü, Ərizəçi və qardaşı Maraqlı şəxs2 qalmışdır. X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 0,80 ha olan kənd təsərrüfatı təyinatlı torpaq torpaq sahəsindən 1/14 hissə əmlak miras qalmışdır. X5 vəfat etdikdən sonra həmin torpaq sahəsinə o sahiblik edərək, nəzarət etmişdir. Lakin qanunu bilməməzlikdən atası X15 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməsə də atasının ölümündən sonra ondan qalmış mirası idarə etməklə mirası qəbul etmişdir. Belə ki, atasının dəfn xərclərini çəkib, atasından qalmış evdə atasının ölümündən qabaq və hal-hazırda da qeydiyyatda olmaqla yaşayır. Anası Maraqlı şəxs1 və qardaşı Maraqlı şəxs2 X1 qalmış həmin miras paydan Quba regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində verdikləri ərizə əsasında imtina etmişlər. Hazırda atasından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət də, oradan ona mirasın faktiki qəbulu və ona sahiblik etməyi barədə sübutlar təqdim edə bilmədiyi üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı 0.80 ha olan kənd təsərrüfatlı təyinatlıtorpaq sahəsindən atası X10 düşən1/14 hissəsinə atasının ölümündən sonra onun- Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Maraqlı şəxs2 ərizəni qəbul edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Azərbaycan Respublikası Quba Regional «ASAN Xidmət» mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Quba Regional «ASAN Xidmət» mərkəzi notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi və Maraqlı şəxs2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Az-İ 893491 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 27.10.2017-ci ildə Quba şəhərində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 06.11.2017-ci il tarixində 287 nömrə ilə qeyd edilib. İş materiallarına əlavə olunmuş Quba RİH 4 saylı Mənzil Yikinti Kooperativinin 21.05.2020ci il tarixli 03 saylı arayışından məlum olur ki, X4 şəhəri, M. Qorki küçəsi, ev 24, mənzil 47 ünvanında yaşamış, 27.10.2017-ci ildə Quba şəhərində vəfat etmiş və Maraqlı şəxs1, Ərizəçi və Maraqlı şəxs2 adlı vərəsələri qalmışdır. Quba RİH 4 saylı Mənzil Yikinti Kooperativinin 15.03.2020-ci il tarixli 01 saylı arayışından məlum olur ki, Ərizəçi 27.10.2017-ci ildə Quba şəhərində vəfat etmiş X8 dəfn mərasimi üçün lazım olan xərcləri çəkmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* nömrəli, 16.08.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Quba şəhəri ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahəsindən 0.80 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin 1/14 hissəsi üzərində X8 mülkiyyət hüququ yaranmışdır. ünvan 3 ünvanınnda qeydiyyatda olan Maraqlı şəxs1 tərəfindən verilmiş və Quba Regional “Asan Xidmət” Mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, 27.10.2017-ci ildə vəfat etmiş əri X9 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə, nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməddiyi , etmək fikirində olmadığını bildirmişdir. ünvan 3 ünvanınnda qeydiyyatda olan Maraqlı şəxs2 tərəfindən verilmiş və Quba Regional “Asan Xidmət” Mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, 27.10.2017-ci ildə vəfat etmiş X3nun ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə, nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməddiyi, etmək fikirində olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş İİİ-ЖГ 436907 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 06.09.1994-cü ildə Quba şəhərində anadan olmuş, X3, anası Maraqlı şəxs1 qeyd olunub. İş materiallarına əlavə olunmuş AZE- 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 ünvan 3 ünvanınnda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE- ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 ünvan 3 ünvanınnda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE- 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanınnda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, X7 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı 0.80 ha torpaq sahəsinin 1/14 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-308, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X7 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı 0.80 ha torpaq sahəsinin 1/14 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1956/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1956/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver