Məhkəmə qərarları › İş №2(027)-1957/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1957/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1957/2021 28.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satın alınmasının baş tutması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Quba Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satın alınmasının baş tutması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X2 ərizəsini müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Quba Bələdiyyəsi 28.10.2021-ci il tarixdə ərizəyə etirazı Quba Rayon Məhkəməsinə göndərərək, ərizəni qəbul etmədiklərini və hazırki iş üzrə hüquq haqqında mübahisə olduğunu bildirib, ərizənin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamaış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, hazırki 2(027)-1957/2021 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 306.4-cü, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxs Quba Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satın alınmasının baş tutması faktının müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi və maraqlı şəxsə izah edilsin ki, onlar ümumi əsaslarla məhkəməyə iddia verə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar