Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1965/2022 22.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi , Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, hal-hazırda qalmağ üçün şəraiti və evi olmadığından onunla birgə ailə üzvlərinin (həyat yoldaşı və 2 az yaşlı qızı) Quba rayonu, Güləzi Ə/D, Yeni Güləzi kəndindəki 74 nömrəli ünvandaki ata evinə köçürülməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiacı İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Quba rayonu Güləzi kəndində torpaq sürüşməsi baş verərkən, o hələ gəlin köçməmişdi. Torpaq sürüşməsindən sonra Dövlət komissiyası tərəfindən rayonun Aşağı Atuc kəndində torpaq sahəsi ayrılıb, evləri zərər görmüş kənd sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün evlərin tikintisinə başlanılıb. Mənzil bölgüsündə gəlin köçmədiyi üçün ata evində olanların siyahısında olub. Bu səbəbdən evdəki otaq saylari nəzərə alınıb. Daha sonra o gəlin köçüb, ailə qurub. Həyat yoldaşı fəhləlik edərək, birlikdə kirayələrdə yaşamağa başlayıb. xx.xx.2013-cü ildə böyük qızı Mədinə, xx.xx.2017-ci ildə kiçik qızı Selcan dünyaya gəlib. 2 uşaqla zülümlər çəkərək, kirayələrdə yaşayıb, neçə mənzillər dəyişib. Hazırda təmənnasız qaldığı evin sahibi onlara vaxt verib ki, evdən çıxsınlar. Həyat yoldaşı pandemiya dövründə “DOST” İM-də Güləzi İƏD-də fəhləlik edib. Yoldaşının telefonu xarab olduğundan, icra nümayəndəsi zəng edib, səsini eşitməyib. Axşamüstü yoldaşı geri zəng edərək, telefon zəngini eşitmədiyini bildirib. İcra nümayəndəsi cavabında, “Səni saymazlığına görə işdən azad etdim!”, deyə bildirib. O vaxtdan vəziyyəti daha da pisləşib. İndi də yoldaşı harda iş olsa, gedib qapılarda, bağlarda işləyir. Beləcə, evə gələn aylıq maaş da kəsilib. Onların daha nə ev tapmağa vaxtı, nə də kirayə pulu verməyə pulları yoxdur. Təkcə ümidi ata evində 1 otağa sığınıb, yaşamağadır. Buna da anası - Cavabdeh2, boşanmış bacısı -X4, qardaşı - X2 və bacısı Leylanın oğlu - Elvin imkan vermirlər. Atası ahıl və eşitmə qüsurludur. Yuxarıda adlarını çəkdiyi yaxınları, atasına təsir edərək, ona kömək etməyə imkan vermirlər. X1 onu dəfələrlə naümid qaytararaq, bildirib ki, - “O evdən gözünü çək, o evi bacısı oğlu Elvinə söz verib, gedin başınıza çarə tapın!” Mülkiyyətində olmayan əmlak barədə elə arxayınçılıqla qərar verir ki, elə bil dünyəvi, hüquqi, suveren dövlətdə yaşamır. X2 özü hərbçidir, əvvəllər ailəli olub, 3 uşaqla boşanıb, yenidən ailə qurub, 1 övladı var. birinci ailəsindən olan 3 uşaq üçün aliment verir. Bacısı - əvvəllər ərdə olub, boşanıb, 1 oğlu var, hərbidə işləyir, adı Elvindir. Anası - Cavabdeh2 qardaşının qorxusundan söz deyə bilmir. Qardaşı hazırda ailəsiylə birlikdə Qusarda yaşayır və işləyir. Bacısı oğlu Laçın rayonunda hərbçi işləyir. Sözü gedən evdə hazırda atası, anası və bacısı yaşayır. Ev 3 otaq, 1 eyvan və mətbəxdən ibarətdir. Onun və ailəsinin ata mülkündəki mənzilindən istifadə hüququ vardır. Amma cavabdehlər və həmin mənzildə yaşayanlar dəfələrlə müraciət etməyinə baxmayaraq, onların bu mənzildə yaşamağına imkan vermir və mənzilə buraxmırlar. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, hal-hazırda qalmağ üçün şəraiti və evi olmadığından onunla birgə ailə üzvlərinin (həyat yoldaşı və 2 az yaşlı qızı) Quba rayonu, Güləzi Ə/D, Yeni Güləzi kəndindəki 74 nömrəli ünvandaki ata evinə köçürülməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 idduanı qəbul etməyərək bildirdi ki, Yeganə onların övladı olsa da, amma bir övlad kimi heç vaxt onlarla maraqlanmayıb, xəstə vaxtlarında onlara baş çəkməyib. Belə də onun yoldaşının öz evi var, orda yaşaya bilərlər. Onlara aid ev isə üç otaqdan ibarətdir, otağın birində özü yoldaşıyla, birində oğlu ailəsiylə, digərində boşanan qızı yaşayır. Artıq otaqları yoxdur. Onun yoldaşı və iki uşağıyla onların yanında qalması mümkün olmadığını qeyd edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, söbutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aryışa əsasən məlum olur ki, İddiaçı xx.xx.1987-ci ildə Quba rayonu, Güləzi kəndində doğulmuş, 27 iyun 2005-ci il tarixdən Quba rayonu, Güləzi Ə/D, Güləzi kəndində qeydiyyatdadır. İş materiallarında olan Quba rayon İHB-nin Güləzi kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 316 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Güləzi kəndində qeydiyyatda olub, hal-hazırda Yeni Güləzi kəndində yaşayır. İş materiallarında olan AZE 13402012 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci il Rusiya Federasiyasının Tümen Vilayətində anadan olmuş, Quba rayonu, Güləzi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 758465 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünürki, X7 ilə X3 arasında xx.xx.2012-ci il tarixdə Quba Rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 233 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZE 18337938 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə Quba şəhərində doğulub, atası- X7, anası-İddiaçı qeyd edilib. İş materiallarında olan AZE 11657183 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə Quba şəhərində doğulub, atası- X7, anası- İddiaçı qeyd edilib. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmədə müəyyən edildi ki, İddiaçı 27 iyun 2005-ci il tarixdən Quba rayonu, Güləzi Ə/D, Güləzi kəndində atası Cavabdeh1 məxsus 74 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı ailə üzvləri ilə birlikdə Quba rayonu, Güləzi Ə/D, Yeni Güləzi kəndində 74 nömrəli yaşayış evinə köçürülməyi barədə tələbini qanuni hesab edir və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə Quba rayonu, Güləzi Ə/D, Yeni Güləzi kəndində 74 nömrəli yaşayış evinə köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1965/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1965/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver