Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1969/2022 30.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsinin Cavabdeh1, Cavabdeh2nə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinə qarşı “əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Quba rayonu 11 Nügədi Bələdiyyəsinin balansında olan Mədəniyyət evindən və onun ətrafında olan torpaq sahəsindən çıxarılması, həmin əmlakın (Mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin) Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq Quba rayonu İİ Nügədi Bələdiyyəsinin balansına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən tikilmiş kənd mədəniyyət evi Quba rayonu İİ Nügədi sovxozunun balansında olmuşdur. 1996-cı il ildə o vaxtkı sovxoz direktorunun 26 iyun 1996-cı il tarixli 66 saylı əmri ilə kənd mədəniyyət evi və ətrafındakı torpaq sahəsi ilə birlikdə sovxoz əmək kollektiv şurasında müzakirə olunmadan o vaxtı Dövlət Notariat Kontorunun notariusu işləmiş X1 25 il müddətinə icarəyə verilmişdir. Həmin ildə Azərbaycanda Aqrar İslahat başlamış, sovxoz və kolxozlarının əmlakı barəsində sovxozların verdiyi qərarların əsassız olduğu məlum olmuşdur. Bundan sonra elə həmin il İİ Nügədi kənd X8 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolunda qərara alınmışdır ki, İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996-cı il tarixdən 02 avqust 1996-ci il tarixə kimi yəni sovxozun fəaliyyətinin dayandırıldığı müddətə kimi verilmiş bütün əmr və müqavilələr ləğv olunması, o cümlədən kənd mədəniyyət evinin Mehriban Quliyevaya icarəyə verilməsi barədə 26 iyun 1996-cı il tarixli, 66 saylı əmr Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 1992-ci il tarixli Fərmanına zidd olduğuna, Mədəniyyət evinin icarəyə verilməsi barədə sovxoz əmək kollektivi şurasının qərarı olmadığına, icra hakimiyyəti orqanı işçilərinin sahibkarlarla məşğul olmasını qadağan edən qanuna zidd olduğuna görə yerli islahat komissiyasının qərarı ilə ləğv olunmuşdur. Bu qərarı əsas götürən İİ Nügədi kənd X8 Komissiyası 03 dekabr 1998-ci il tarixdə 734 saylı məktubla müraciət edərək mədəniyyət evinin binasını və binanın içindəki əmlakı üç gün müddətinə özünün iştirakı ilə bələdiyyə mülkiyyətinin vəzifələrini müvəqqəti icra edən yerli icra nümayəndəliyinə təhvil verməyi M.Quliyevadan tələb elmişdir. Bu tələb o vaxt yerinə yetirilməmişdir. 2000-ci ildə bələdiyyələr yaradılan zaman qanuna müvafiq olaraq keçmiş sovxoz əmlakı kimi mədəniyyət evi də bələdiyyə mülkiyyətinə verildi. Öz əmlakına sahiblik etmək istəyən İİ Nügədi bələdiyyəsi 24 aprel 2000-ci il tarixli, 08 saylı və 23 oktyabr 2000-ci il tarixli 29 saylı məktublarla M.Quliyevaya müraciət edərək mədəniyyət evinin binasını və oradakı əmlakı bələdiyyə mülkiyyətinə qaytarılmasını ondan tələb etmişdir. Lakin həmin vaxtdan sonra dəfələrlə məhkəməyə müraciət olunması üçün cəhd edilsə də, naməlum səbəblərdən məhkəməyə iddia ərizəsilə müraciət edilməmişdir. Həmin mədəniyyət evi və ətrafında olan torpaq sahəsini kol-kos basmış, tavanı uçmuş, pəncərəli sınmış, bir sözlə baxımsız vəziyyətə düşmüşdür. Mədəniyyət evinin içərisində olan kitablar yoxa çıxmış, mədəniyyət evində olan həddən artıq qiymətli olan çılçılaraq yoxa çıxmış, həmin vaxtdan bu vaxta kimi bir manatda olsun icarə haqqı ödənilməmişdir. 26 iyun 1996-cı il arixli 66 saylı əmri ilə kənd mədəniyyət evi (klub binası) və ətrafındakı torpaq sahəsi ilə birlikdə X1 icarəyə verilməsi barədə icarə müqaviləsi aşkar olunmamışdır. Bundan əlavə icarə müqaviləsinin müddəti xx.xx.1996-cı ildən 25 il müddətinə hesablananda 2021-ci ilin eyni tarixində müqavilənin müddəti bitir. Bələdiyyə 2020-ci ildə məhkəməyə müraciət etmiş, 2022-ci ilin iyun ayına kimi məhkəmələr davam etmişdir. Hazırda şərait dəyişdiyindən, icarə müqaviləsinin müddəti bitdiyindən, artıq tələblər dəyişdiyi üçün yeni tələblə məhkəməyə müraciət etmək zərurəti yarandığından bələdiyyə tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək iddia tələbinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasının getdiyi dövrdə cavabdeh X2 mədəniyyət binasının damını çıxardaraq yeni dam örtüyü vurmuş, halbuki dam örtüyünün dəmiri çox qiymətli dəmir olmuş, dəyişdirilməsinə ehtiyac olmamışdır. Cavabdeh1 bu əməlinin qarşısının alınması üçün iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(027)- 1085/2020 saylı qərardadı ilə hazırkı iş üzrə yekun qərar qəbul edilənəcək həmin mədəniyyət evinin üzərinə həbs qoyulmuş və əmlak üzərinə hər-hansı bir hərəkətin edilməsi qadağan edilmişdir. Həmin qərardaddan X2 apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsi, Cavabdeh2 və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli arxiv çıxarışından görünür ki, İİ Nügədi kəndində yerləşən, İİ Nügədi sovxozunun balansında olan, uzun müddət istifadəsiz qalmış mədəniyyət evi binası içərsindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi ilə birlikdə İİ Nügədi kənd sakini Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quba rayonu ikinci Nügədi bələdiyyəsi sözügedən mədəniyyət evinin X1 və ya digər şəxsə icarəyə və ya mülkiyyətə verilməsinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli protokoldan görünür ki, İcarə haqqında Respublika Qanunun icarəçi hüquq və vəzifələrini əsaslanaraq, sabiq İİ Nügədi soxvozu ilə M. Quliyeva arasında bağlanılmış icarə müqaviləsinin ləğv olunması, mədəniyyət evinin bələdiyyəyə qaytarılması barədə məhkəmə qarşısında iddia qaldırılması qərara alınmışdır. İş materiallarında olan İİ Nügədi Yerli AİK-nin xx.xx.1999-cu il tarixli, 79 saylı protokolunun qərarından çıxarışdan görünür ki, İİ Nügədi kənd sakini Cavabdeh1 klub binasının (sovxozun) özəlləşdirmək istəməsi barəsində ərizəsi nəzərə alınması, İİ Nügədi kənd sovxozunun büdcə təşkilatları qarşısında kreditor borcları olduğu üçün Azərbaycan Respublikasının “Aqrar İslahat haqqında” olan qanunun və müvafiq hüquqi normativ aktlarının tələblərinə uyğun olaraq sovxozun klub binası və binaya məxsus olan 01 ha torpaq sahəsi İİ Nügədi kənd sakini Cavabdeh1 mülkiyyətinə verilməsi, Cavabdeh1 klub binasının və binaya məxsus 01 ha torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il, 534 saylı Fərmanına uyğun özəlləşdirilməsinin tapşırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 klub binası və binaya məxsus torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi ərazinin torpaq sahəsi Quba rayonu İİ Nügədi sovxozu tərəfindən icarə əsasında və İİ Nügədi kənd X8 Komissiyası tərəfindən icarə əsasında Cavabdeh1 icarəsinə verilmişdir. Həmçinin, Quba rayonu İİ Nügədi kəndində yerləşən mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi ərazinin torpaq sahəsi İİ Nügədi kənd X8 Komissiyası qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X7 tərəfindən Quba rayonu İİ Nügədi bələdiyyəsinin 26 yanvar 2012-ci il tarixli, 03 nömrəli məktubuna cavab olaraq göndərilmiş 26. 01. 2012-ci il tarixli 163 nömrəli arxiv çıxarışı ilə sübut olunur ki, Quba rayonu İİ Nügədi sovxozu üzrə 26. Vİ-96 il tarixli əmr № 66 ilə Nügədi kəndində yerləşən, İİ Nügədi sovxozunun balansında olan, uzun müddət istifadəsiz qalmış mədəniyyət evi binası içərisindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi ilə birlikdə İİ Nügədi kənd sakini X1 icarəyə verilməsi məqsədi ilə komissiya yaradılmışdır. Əmirlə komissiyanın tərkibi müəyyən edilmişdir. İddiaçının Quba rayonu İİ Nügədi kəndində yerləşən İİ Nügədi sovxozunun balansında olmuş mədəniyyət evinin, ətrafındakı torpaq sahəsi ilə birlikdə icarəyə verilməsinin sovxoz əmək kollektiv şurasında müzakirə olunmadan, o vaxt Dövlət Notariat Kontorunun notariusu işləmiş X1 icarəyə verilməsinin qanunsuzluğuna dair dəlilləri qanunla müəyyən edilmiş əsas hesab edilə bilməz. Qeyd olunan əmrdən göründüyü kimi sovxoza məxsus olan əmlak M. Quliyevaya həmin kəndin sakini olaraq icarəyə verilmişdir. Azərbaycanda Aqrar İslahat başlaması, sovxoz və kolxozlarının əmlakı barəsində Nügədi kənd X8 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolu ilə İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996cı il tarixdən 02 avqust 1996-cı il tarixə kimi, yəni sovxozun fəaliyyətinin dayandırıldığı müddətə kimi verilmiş bütün əmr və müqavilələrin ləğv olunmasına dair sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin, Nügədi kənd X8 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolu ilə İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996cı il tarixdən 02 avqust 1996-cı il tarixə kimi verilmiş əmrlərin ləğv edilməsi İİ Nügədi sovxozu ilə M. Quluyeva arasında bağlanmış 26 iyun 1996-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Quba rayonu İİ Nügədi sovxozu üzrə 26 Vİ-96 il tarixli, 66№-li əmr mədəniyyət evi binasının, içərisindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi ilə birlikdə X1 icarəyə verilməsi məqsədi ilə komissiyanın yaradılması ilə bağlı olmuşdur. Mədəniyyət evi binası, içərisindəki əmlakla və binanın ətrafındakı torpaq sahəsi icarə müqaviləsi ilə Cavabdeh1 istifadəsinə verilmişdir. Nügədi kənd X8 Komissiyasının 04 oktyabr 1996-cı il tarixli yığıncağının 17 saylı protokolu ilə İİ Nügədi sovxozu üzrə 01 yanvar 1996-cı il tarixdən 02 avqust 1996-cı il tarixə kimi, yəni sovxozun fəaliyyətinin dayandırıldığı müddətə kimi verilmiş bütün əmr və müqavilələr ləğv olunması əsasına görə İİ Nügədi kənd X8 Komissiyasının 03 dekabr 1998-ci il tarixdə 73/1 saylı məktubla Mehriban Quliyevaya müraciət edərək mədəniyyət evini binasını və binanın içindəki əmlakı üç gün müddətinə özünün iştirakı ilə bələdiyyə mülkiyyətinin vəzifələrini müvəqqəti icra edən yerli icra nümayədəliyinə təhvil verməyi tələb etməsinə dair iddiaçının dəlilləri İİ Nügədi kənd X8 Komissiyasının sonradan əmlakın Cavabdeh1 icarəyə verilməsi, mülkiyyətinə verilməsi ilə bağlı bağlanmış müqavilələ ilə təsdiqini tapmır. Quba rayonu İİ Nügədi X8 Komissiyası ilə Quba rayonu İİ Nügədi kəndində yaşayan X2 arasında 02 oktyabr 1998-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilə ilə tərəflər razılığa gəlmişlər ki, “İcarədar” Quba rayonu İİ Nügədi sovxozunun əmlakı olan, əvvəllər klub binası kimi istifadə olunmuş iki mərtəbəli qeyri-yaşayış binasını və ona məxsus 1 (bir) ha torpaq sahəsini sonradan özəlləşdirmək məqsədi ilə “İcarəçi”yə icarəyə verir. Müqavilənin “Əsas şərtlər” bölməsinin 1-ci bəndinə görə “İcarəçi” qeyd olunan qeyriyaşayış sahəsini icarəyə götürür və müqaviləyə əsasən icarə haqqı verir. Müqavilənin 2-ci bəndə əsasən bu icarə müqaviləsi imzalanan gündən 99 (doxsan doqquz) il müddəti bağlanır. “İcarəçi “ icarəyə götürdüyü qeyri-yaşayış sahəsini bütövlükdə və yaxud hissəhissə subicarəyə (yəni özü məsləhət bilən hüquqi və ya fiziki şəxslərə) icarədarın razılığını almadan icarəyə vermək hüququna malikdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin “Əsas şərtlər” bölməsinin 3-cü bəndinə görə icarəyə verilən qeyri-yaşayış binasının ümumi sahəsi 900 (doqquz yüz) kv. metrdir. Müqavilənin 4-cü bəndə əsasən icarəyə verilən qeyri-yaşayış binasına məxsus olan 1 (bir) hektar torpaq sahəsi də həmin müddətdə bütövlükdə icarəçiyə verilir. Müqavilənin 5-ci bəndinə görə icarəyə verilən qeyriyaşayış binasını həmin günə olan vəziyyəti haqqında tərtib olunmuş akta əsasən “İcarəçi” müqavilə imzalandıqdan sonra qəbul edir. “İcarəçi” icarəyə götürdüyü müddət ərzində (yəni 99 il) lazım gəldikdə qeyri-yaşayış sahəsində dəyişikliklər etmək hüququna malikdir. “İcarəçi” icarəyə götürdüyü ərazidə əlavə tikintilər aparmaq hüququna malikdir. “İcarəçi” nin hesabına aparılmış tikintilər və təmir işləri nəticəsində əmələ gələn mülkiyyəti Azərbaycan Respublikası “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 3-cü bəndinə əsasən mülkiyyətçisi sayılır. Müqavilənin 6-cı bəndinə görə icarəyə verilən qeyri-yaşayış sahəsinə çəkilmiş xərcləri “İcarəçi” icarə haqqını əvəz etmək və ya etməmək hüququna malikdir. Müqavilənin 7-ci bəndinə əsasən icarədarın fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə icarə müqaviləsi öz qüvvəsində qalmalıdır. İcarədarın həmin müqavilə üzrə hüquqları yeni yaradılmış hüquqi şəxsə keçməlidir. Müqavilənin 8-ci bəndinə görə Azərbaycan Respublikası “İcarə haqqında” Qanunun 10-cu maddəsinə əsasən “İcarəçi” Azərbaycan Respublikası “Özəlləşdirmə” maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. İcarəçi icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmanı, bütün şəxslərin, o cümlədən icarəyə verənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İcarə müqaviləsinin “Mübahisə doğuran məsələlərin həlli” bölməsinin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, tərəflər müqavilə müddəti qurtarmayana kimi birtərəfli müqaviləni poza bilməz. Bunun üçün hər iki tərəf üç ay əvvəl digər tərəfə xəbərdarlıq etməlidir. Quba rayonu İİ Nügədi X8 Komissiyası ilə Quba rayonu İİ Nügədi kəndində yaşayan X2 arasında bağlanmış 02 oktyabr 1998-ci il tarixli icarə müqaviləsi “Sovxoz və kolxozların islahatı haqqında”, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunununa müvafiq olaraq əsaslı və qanuni bağlanmışdır. Sovxoz və kolxozların islahatı haqqında 8-ci maddəsinə əsasən X8 komissiyası əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin, təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. İİ Nügədi sovxozunun əmlakı olan, klub binası və ona məxsus 1 (bir) ha torpaq sahəsinin Quba rayonu İİ Nügədi X8 Komissiyası tərəfindən X1 02 oktyabr 1998- ci il tarixdə icarə müqaviləsi əsasında verildiyindən, tərəflər arasında icarə hüquq münasibətlərinin yarandığı dövrdə icarə münasibətlərini nizama salan xüsusi qanun kimi “İcarə haqqında” Qanunla icarə münasibətləri tənzimlədiyindən mübahisəyə həmin qanunun normaları tətbiq edilməlidir. İcarə haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə İcarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. Həmin Qanunun 4-cü maddəsinə görə əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. İcarə haqqında Qanunun 5-ci maddəsinə görə hər hansı hüquqi və fiziki şəxs icarəçi ola bilər. İcarə haqqında Qanunun 7-ci maddəsinin 1-ci hissəsnə görə i İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun l-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Lespııblikası Konstilusivasıııın 13-clİ ıınıdtləsiniıı 11 b ndin sas n mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə miiiki\x əti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152. l-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, sovxoz və kolxozların islahatı haqqında Qanunun 25-ci maddəsinə görə fiziki və hüquqi şəxslər X8 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. İddiaçı Quba rayonu İİ Nügədi bələdiyyəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə və Quba rayonu İİ Nügədi X8 Komissiyası ilə X2 arasında bağlanmış 02 oktyabr 1998ci il tarixli icarə müqaviləsi ilə sübuta yetirilir ki, Azərbaycan Respublikasında bələdiyyələr və Quba rayonu İİ Nügədi bələdiyyəsi yaradılmamışdan əvvəl İİ Nügədi sovxozuna məxsus olan klub binası və ona məxsus 1 (bir) ha. torpaq sahəsi özəlləşdirmək məqsədi ilə “İcarəçi” Cavabdeh1 icarəyə verilmişdir. Quba rayonu İİ Nügədi sovxozuna məxsus olan mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi 1 ha torpaq sahəsi İİ Nügədi X8 Komissiyasının 09 iyun 1999-cu il tarixli, 79 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Sovxoz və kolxozların islahatı haqqında Qanunda sovxoz və kolxozların balansındakı əmlakın satılması ilə bağlı başqa hər hansı müddəa, o cümlədən İİ Nügədi X8 Komissiyasının 09 iyun 1999- cu il tarixli, 79 saylı qərarı ilə müəyyən olunduğu kimi əmlakın hərrac yolu ilə satılmasına əsas verən müddəa qanunvericilikdə təsbit edilməmişdir. Ona görə də, həyata keçirilən islahatlar daxilində aqrar islahat komissiyası tərəfindən sovxozun balansındakı əmlakların satışı ilə bağlı qəbul edilmiş qərarların qanuniliyinin qiymətləndirilməsi zamanı qanunvericiliyin göstərilən müddəalar tətbiq olmalıdır. Mübahisələndirilən məsələ çərçivəsində islahatın obyektlərinin və həmin obyektlərdən pay almaq hüququ olan subyektlərin dəqiq müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Hazırkı mübahisəyə dair Quba rayonu İİ Nügədi sovxozuna məxsus olan mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi 1 ha. torpaq sahəsinin Quba rayonu İİ Nügədi X8 Komissiyası tərəfindən İİ Nügədi bələdiyyəsinə verilməsinə dair qərar qəbul edilməmişdir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə aqrar islahatla əlaqədar yaranan mübahisələrin həlli qaydası müəyyənləşdirilmişdir. Maddənin mənasına görə, fiziki və hüquqi şəxslər YAİK-in çıxardığı qərarla razılaşmadıqda RAİK-a, onun qərarı ilə razılaşmadıqda Azərbaycan Respublikasının Dövlət Aqrar İslahat Komissiyasına, nəhayət isə məhkəmələrə şikayət edə bilərlər. RAİK YAİK-in qərarını öz təşəbbüsü ilə ləğv etmək səlahiyyətinə malik deyildir. Bunun üçün mütləq YAİK-in qərarı ilə razılaşmayan fiziki və ya hüquqi şəxslərin müəyyənləşdirilmiş müddətdə RAİK-a müvafiq şikayətlərinin mövcudluğu tələb olunur. Ona görə də, məhkəmələrdə bu qəbildən olan mübahisələr həll edilərkən belə müraciətlərin olub-olmaması, onların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə verilib-verilməməsi, eləcə də daxil olmuş həmin şikayətlərə qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə və qaydada baxılıb-baxılmaması ilə əlaqədar faktların aydınlaşdırılması qanunvericiliyin düzgün tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. “X8ı komissiyası haqqında” Əsasnaməyə görə sovxoz və kolxozların əmlakının inventarlaşdırılmasının aparılması və əmlakın yenidən qiymətləndirilməsi səlahiyyəti YAİKa verilmişdir. Sovxoz və kolxozların əmlakının inventarlaşdırılmasının aparılması və əmlakın yenidən qiymətləndirilməsi səlahiyyəti vəzifəsini yerinə yetirilməsi hər hansı fiziki və ya hüquqi şəxsə, bələdiyyə deyil aqrar islahatı həyata keçirən orqanın üzərinə düşür. Odur ki, iddiaçı Quab rayonu İİ X4 rayonu İİ nügədi sovxozuna məxsus olan mədəniyyət evi və mədəniyyət evinin yerləşdiyi 01 ha torpaq sahəsinin sovxoz əmək kollektivini şurasının qərarının olmaması, icra hakimiyyəti orqanı işçilərinin sahibkarlıqla məşğul olmasını qadağan edən qanuna zidd olaraq Mehriban Quliyeva ilə icarə müqaviləsinin bağlanmasına dair tələb irəli sürməsi qanuna ziddir. Ona görə də, Məhkəmə hesab edir ki, Quba rayonu İİ Nügədi Bələdiyyəsinin Cavabdeh1, Cavabdeh2nə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinə qarşı “əmlakdan çıxarılma, həmin əmlakın (Mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin) Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq Quba rayonu İİ Nügədi Bələdiyyəsinin balansına geri qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Quba rayonu İİ Nügədi Bələdiyyəsinin Cavabdeh1, Cavabdeh2nə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinə qarşı “əmlakdan çıxarılma, həmin əmlakın (Mədəniyyət evinin və onun ətrafında olan torpaq sahəsinin) Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq Quba rayonu İİ Nügədi Bələdiyyəsinin balansına geri qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1969/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1969/2022
30.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver