Məhkəmə qərarları › İş №2(027)-198/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-198/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-198/2023 16.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddaçı İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qaytarmalı olduqları dəyəri 9000 (doqquz min) manat olan 45 baş qoyunun, Cavabdeh1 isə 5000 (beş min ) manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaylaq kimi xırdabuynuzlu iribuynuzlu heyvanları Quba rayonu Rük kəndində qışlaq sahələrində və Siyəzən rayonu ərazisindəki otlaq sahələrində saxlayır. O, həmişə həmkəndlisi Cavabdeh1 ilə şərikli heyvan alğı-satqısı ilə məşğul olmuşdur. 2021-ci ilin yay mövsümündə Rəfi adlı şəxs ona 3 baş qoyun satmışdır. Şəriki Cavabdeh1 5 baş xırdabuynuzlu Mehrabdan,1 baş Siyavuşdan, 2 baş xırdabuynuzlu heyvanı isə Sahil adlı şəxsdən almışdır. Yığdığı, cəmi 11 baş heyvanı isə şəriki Cavabdeh1 Quba rayonu, Ağbil kənd sakini Asif adlı qəssaba satmışdır. Təxminən 1 həftə keçdikdən sonra Mehrabın atası Mirələm Qonaqkənd PB-nə şikayət edərək, Asifin həyətində ona məxsus 5 baş xırda buynuzlu heyvanın olduğunu və heyvanların qanunsuz satıldığını və bu satışdan xəbəri olmadığını bildirmişdir. O, PB-nə dəvət edilmiş və araşdırma zamanı o, Mehrabın 5 baş xırdabuynuzlu heyvanını şəriki Eldənizin aldığını bildirsə də, şəriki Eldəniz Mehrabdan qoyun almasını boynuna almadığı üçün işləri mürəkkəbləşmişdir. Mehrabın atası Mirələm ona demişdir ki, “70 baş xırda buynuzlu heyvanı əskik gəlir, oğlum Sizə heyvan satmayıb, siz heyvanlarımı oğurlamısız”. Qonaqkənd PB-də ona, işlərini yoluna qoyulması haqqında məlumat verilmiş, əks halda cinayət işinin başlanılacağı bildirilmişdir. O, söhbətin bitməsi üçün Mirələmə öz şəxsi təsərrüfatından 45 baş qoyun vermişdir. Bundan sonra şəriki Eldəniz ondan 5000 manat nağd pulu almışdır. Ona Mehrabın atası Mirələm Muradov 9000 manat dəyərində 45 baş qoyun verməlidir, şəriki Eldəniz isə şərikli iş görmək üçün 20 iyun 2021-ci il tarixində verdiyi 5000 manat geri qaytarmalıdır. O, Eldənizdən qoyunlarını və 5000 manatı istəyəndə ona müxtəlif bahənələr gətirərək qaytaracağını bildirmişdir. Lakin hələdə ona məxsus olan 9000 manat dəyərində 45 baş qoyunu və 5000 manat əlbəəl verdiyi pulu qaytarmamış və beləliklə cavabdehlər ona ziyan vurmuşlar. O, dəyəri 9000 manat olan 45 baş qoyunu və 5000 manat pulu cavabdehlərə vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 45 baş qoyunu Mehraba o, verməmişdir. Mehrab Elyardan 65 baş qoyun istəmiş, 45 baş qoyunu Elyar, 25 baş qoyunu isə o Mehraba vermişdir. O, Elyardan 5.000 manat məbləğində pul almamışdır. Elyarla şərikli olaraq işləmişlər. Mehrabdan aldığı quzuları Asif adlı şəxsə satmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, 45 baş qoyunu Elyar ona vermişdir. Oğurlandığını düşündüyü qoyunlar Elyarın sürüsündən çıxamışdır. Bununla bağlı polisə müraciət etdiyindən Elyar 45 baş qoyunu ona qaytarmışdır. Elyarın ona verdiyi qoyunlar oğurlanan qoyunlar olmamışdır. O, heyvanları Eldənizə satmışdır. 78 baş qoyunu oğurlanmışdır. Lakin, oğurluğun Elyar tərəfindən olduğunun şəxsən şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Elyar onun əmisi oğludur. Mehrab qoyunları Elyara satmış və o, həmin qoyunları Mehrabdan alaraq, Elyarın heyvanları saxladığı yatağa gətirmişdir. Qoyunları satdıqdan sonra, Mehrab polisə heyvanlarının Elyar tərəfindən oğurlanması barədə müraciət etmişdir. O, Mehrabdan 5 baş qoyun gətirmiş, lakin bunun müqabilində Elyar ona 45 baş qoyun qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Zahəddin Ziyəddin oğlu ilə eyni məzmunlu ifadə verərək, Mehrab tərəfindən Elyara satılmış qoyunları Zahəddinlə birlikdə ona məxsus avtomobillə gətirərək, Elyara təhvil verdiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru X2 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 2021-ci ilin sentyabr ayında Cavabdeh2 məxsus xırda buynuzlu heyvanlarını oğurlaması öz təsdiqini tapmamışdır. İddiaçı özünə məxsus 9000 manat dəyərində 45 baş qoyunu şərikli işlədikləri üçün Cavabdeh1 əvəzinə Mirələm Muradova vermişdir. Həmçinin şərikli işlədikləri dövrdə Cavabdeh1 vətəndaş İddiaçı 5 min manat borcunun olması materialla təsdini tapmış, lakin Cavabdeh1 45 baş qoyunu və 5 min manat pulu İddiaçı qaytarması materialla sübuta yetirilməmişdir. Bu səbəbdən göstərilən xüsusatlar mülki xarakterli olduğundan və oğurluq faktının olması təsdiqlənmədiyindən matetial üzrə cinayət işinin başlanılması edilmiş və İddiaçı 9000 (doqquz min) manat dəyərində 45 baş qoyunun, həmçinin 5000 manat nağd pulunun geri alınması tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 şərikli olaraq xırdabuynuzlu heyvanların alğı-satqısı ilə məşğul olmuşlar. İddiaçı Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 5 baş xırdabuynuzlu heyvan almış və Quba rayonu, Ağbil kənd sakini Asif adlı qəssaba satmışdır. Bir müddət sonra Cavabdeh2 iddiaçının 70 baş xırdabuynuzlu heyvanını oğurlaması ilə bağlı Quba RPŞ-nə müraciət etmişdir. Quba RPŞdə aparılan araşdırmanın yekunlaşması məqsədi ilə, iddiaçı öz şəxsi təsərrüfatından 45 baş ana qoyunu Cavabdeh2 vermişdir. Cavabdeh2 məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı tərəfindən ona verilən qoyunlar onun sürüsündən oğurlanan qoyunlar olmamış və heyvanların İddiaçı tərəfindən oğurlanmasını şəxsən görməmişdir. Cavabdeh2 sadəcə şübhələr əsasında oğurlanan qoyunların iddiaçı tərəfindən oğurlandığını düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X8 bildirmişlər ki, Cavabdeh2 iddiaçıya 5 baş qoyun satmış, onlar isə həmin heyvanları Zaur Manafova məxsus avtomobillə götürərək, İddiaçı təhvil vermişlər. Cavabdeh1 isə heyvan alğı-satqısının onun vasitəsi ilə həyata keçdiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 məxsus xırdabuynuzlu heyvanların oğurlanması Quba RPŞ-də aparılmış araşdırma zamanı sübuta yetirilməmişdir. Lakin, iddiaçı 45 baş xırda buynuzlu heyvanı Cavabdeh2 vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, 9.000 manat dəyərində olan 45 baş qoyun cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı Cavabdeh1 şəriki olduğu üçün heyvan alğı-satqısı ilə bağlı 5.000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh1 şərikli iş görmək adı ilə aldığı 5.000 manatı iddiaçıya qaytarmamış və ya onun əvəzində xırdabuynuzlu heyvan alıb verməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 5.000 manat məbləğində pul almadığını qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə də, təmin edilməli, Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.000 manat dəyərində 45 baş qoyun və Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Çünki, Quba RPŞ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru X2 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehlərin iddiaçıya borclu olmaları öz təqsdiqini tapmışdır. Qeyd edilən qərar qüvvədə olduğundan Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmə həmin qərara istinad etmişdir. İddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.000 manat dəyərində 45 baş qoyun və Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar