Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1993/2021 18.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarışa əsasən onların mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehdən geri qaytarılması və cavabdeh tərəfindən mülkiyyət hüquqlarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmədə iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi və iddiaçı, İddiaçı1 iddia ərizəsini müdafə edərək, bildirdi ki, isalahat zamanı ona və ailə üzvlərinə pay torpağı verilib, həmin torpaq sahəsinin bir hissəsi satılıb və qalan 0.05 ha torpaq sahəsinə 2018-ci ildə daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış alıb. Sonradan Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edərək oradan istifadə edir. Dəfələrlə ona, onlara məxsus torpaq sahəsindən çıxması barədə xəbərdarlığ edilsə də, o bunlara əhəmiyyət vermir, həmin torpaq sahəsinin onun olduğunu zənn edir. İddiaçı1 göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində göstərirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmış xüsusi mülkiyyət hüquqlarına əsasən Quba rayonu, Qəçrəş kəndində 0,05 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi konturları üzrə qeydiyyata alınmış və onlara təhkim edilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edərək oradan istifadə edir. Dəfələrlə ona bununla əlaqədar xəbərdarlıqlar edilsə də, cavabdeh torpaq sahəsinin onlara qaytarılmasından imtina etmişdir. Hazırda zəbt və istifadə etdiyi torpaq sahəsinin özünün olduğunu iddia edir. Görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Göstərilənləri nəzərə alaraq, Cavabdeh qanunsuz sahibliyində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarışa əsasən onların mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehdən geri qaytarılması və cavabdeh tərəfindən mülkiyyət hüquqlarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı2, İddiaçı3 nümayəndəsi və İddiaçı1 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********992 reyestr nömrəli, 28.12.2019-cu il qeydiyyat tarixli Çıxarış əsasında Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.05 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 qızının və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Quba rayonu, Qəçrəş kəndində qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********992 reyestr nömrəli, 28.12.2019-cu il qeydiyyat tarixli Çıxarış əsasında Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.05 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 qızının və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılmalı və Cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqlarına yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152. 157-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılsın və Cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqlarına yaradılmış maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1993/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1993/2021
18.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver